Rusiyada polis əməkdaşları, arxiv şəkli

Polis "Əbədi alov"un üzərində qayğanaq bişirən qadını saxladı

39
Hadisə ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü ("Ölmüş şəxslərin cəsədlərinin və dəfn olunduğu yerlərin təhqir edilməsi") maddəsi ilə cinayət işi qaldırılıb.

BAKI, 7 aprel — Sputnik. Polis əməkdaşları Moskva yaxınlığındakı Puşkino şəhərində "Əbədi alovun" üzərində qayğanaq bişirən qadını saxlayıb. Bu barədə Rusiya mətbuatı Rusiya Daxili İşlər Nazirliyinin Moskva Bölgəsi üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Petrovaya istinadən xəbər yayıb. Məlumatda qeyd olunur ki, Krasnoarmeysk sakini olan qadın şəhərin mərkəzindəki "Kədərli ana" abidəsinin "Əbədi alov"unda yemək bişirməyə cəhd göstərib.

Hadisə ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü ("Ölmüş şəxslərin cəsədlərinin və dəfn olunduğu yerlərin təhqir edilməsi") maddəsi ilə cinayət işi qaldırılıb.

Qeyd edək ki, 2017-ci ildə Rusiya İstintaq Komitəsinin (TFR) Moskva vilayətinin əməkdaşları Orexovo-Zuyevo şəhərində "Əbədi alov"un ətrafında rəqs edən 16 yaşlı gənci də saxlamışdılar. Onun barəsində də eyni maddə ilə cinayət işi qaldırılmışdı.

39
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

10
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

10
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu
Aleksey Navalnı, arxiv şəkli

Navalnını vərəm xəstəxanasında təkadamlıq kameraya saldılar

9
Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı.

BAKI, 20 aprel - Sputnik. "Hazırda sərt rejimli koloniyanın vərəm xəstəxanasının təkadamlıq kamerasında olan Aleksey Navalnı özü ona qlükoza köçürülməsinə razılıq verib". 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə onun vəkili Olqa Mixaylova jurnalistlərə deyib.

Moskvanın Simonov məhkəməsinin fevralda "İv Roşe" şirkəti üzrə işə görə şərti cəzanı ləğv edib 3.5 il ümumi rejimli koloniyada həbs cəzası kəsdiyi Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı. Olqa Mixaylova Navalnının durumu ilə əlaqədar bildirmişdi ki, onun ayaqları və kürəyi ağrıyır. Federal Cəzaların İcrası Xidməti (FCİX) müayinədən sonra Navalnının vəziyyətini stabil və qənaətbəxş adlandırmış və koloniyada bütün lazımi tibbi yardımı aldığını bildirmişdi.

Ötən həftə Vladimir vilayətinin FCİX-dən bildirmişdilər ki, Navalnını aprelin 5-dən 9-dək Pokrovdakı islah koloniyasının tibbi-sanitar bölməsində saxlayıb, sonra "səhhəti yaxşılaşdığından" geriyə, dəstəyə qaytarıblar. Bazar ertəsi isə həkimlər komissiyası Navalnının koloniyadan Vladimirdəki məhkumlar üçün vilayət xəstəxanasına köçürülməsinə qərar veriblər.

 

9
Teqlər:
kamera, vərəm, həbsxana, Rusiya, Aleksey Navalni
Qərənfil

"Şərəf" ordenli yazarımız vəfat edib

0
(Yenilənib 12:13 21.04.2021)
O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Onun pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.

BAKI, 21 aprel — Sputnik. Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, dramaturq 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1968-1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971-1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Ədib 1978-1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra edib. 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləyib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində işləyib.

O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Ədib həm şair, həm də dramaturq kimi tanınıb. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Dramaturqun hekayələri "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı" qəzetlərində vaxtaşırı çap olunub. Şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. O, 1984-cü ildən bəstəkar Nəriman Məmmədovla birlikdə solist-xor orkestri üçün "Çiçəklənən Naxçıvan" suitasının mətnini yazıb. Eyni zamanda 90-dan artıq mahnı mətninin müəllifidir.

Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatına - "Şərəf" ordeninə layiq görülüb.

0