Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə kosmosda əməkdaşlığa hazırlaşır – Yeni razılaşma

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidКомплексные тренировки экипажа МКС-63
Комплексные тренировки экипажа МКС-63 - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
"Qlavkosmos" rəhbəri qeyd edib ki, idarə edilən uçuşlar da daxil olmaqla daha ciddi layihələr yalnız ölkələr arasında razılaşma imzalanandan sonra mümkündür.

BAKI, 6 aprel — Sputnik. Rusiyanın "Roskosmos" dövlət korporasiyasının törəmə müəssisəsi olan "Qlavkosmos" Səhmdar Cəmiyyəti və Türkiyə tərəfi sonuncunun peyklərinin orbitə Rusiya raketlərində çıxarılmasına dair danışıqlar aparır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya KİV-nə açıqlamasında "Qlavkosmos"-un rəhbəri Dmitri Loskutov bildirib.

Loskutov eyni zamanda, söhbətin hansı peyklərdən getdiyini və bunun nə vaxt baş verəcəyini açıqlamayıb.

Onun sözlərinə görə, hazırda "Roskosmos" dövlət korporasiyası Türkiyə ilə əməkdaşlığa dair ikitərəfli sazişin imzalanmasına dair danışıqlar aparır.

"Qlavkosmos" rəhbəri qeyd edib ki, idarə edilən uçuşlar da daxil olmaqla daha ciddi layihələr yalnız ölkələr arasında razılaşma imzalanandan sonra mümkündür.

Qeyd edək ki, 2014 və 2015-ci illərdə "Baykonur" kosmodromundan buraxılan "Proton – M" raketləri Türkiyənin "Turksat 4A" telekommunikasiya peyklərini orbitə çıxarıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Kosmik Agentliyinin rəhbəri Hüseyn Yıldırım bəyan edib ki, Türkiyə rəhbərliyi yaxın vaxtlarda kosmosda əməkdaşlığa dair sazişin imzalanmasını planlaşdırır.

Xəbər lenti
0