Bundan belə Putin daha iki dəfə prezident seçilə bilər

15
Prezidentlik müddətləri barədə təşəbbüsün müəllifləri deputatlar Pavel Kraşeninnikov, Olqa Sevastyanova, eləcə də senator Andrey Klişasdır.

BAKI, 5 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin seçki və referendumların RF Konstitusiyasına uyğunlaşdırılması ilə bağlı qanun imzalayıb. Bu qanun hazırkı dövlət başçısına daha iki müddət prezidentliyə namizəd olmağa imkan verir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq sənəd rəsmi hüquq məlumatları internet portalında dərc olunub. 

Prezidentlik müddətləri barədə təşəbbüsün müəllifləri deputatlar Pavel Kraşeninnikov, Olqa Sevastyanova, eləcə də senator Andrey Klişasdır.

RF Konstitusiyasının 81-ci maddəsinin tələbi nəzərə alınmaqla "RF prezidentinin seçilməsi barədə" qanunda qeyd olunur ki, "35 yaşdan yuxarı, ölkə ərazisində ən azı 25 il yaşamış və əvvəllər başqa ölkənin vətəndaşı olmamış, yaxud orada yaşamaq hüququ və ya digər sənəd əldə etməmiş şəxs Rusiya Federasiyasının prezidenti seçilə bilər". Bu tələb vaxtilə özü və ya bir hissəsi federal konstitusiya qanunu ilə RF-in tərkibinə daxil olmuş dövlətlərin vətəndaşlığına malik olan, yaxud həmin dövlətlərdə daimi yaşayan şəxslərə şamil edilmir.

Bundan əlavə, qanunda Rusiya Federasiyası Prezidenti vəzifəsinə iki müddətdən artıq seçilməyin məhdudlaşdırılması ilə bağlı müddəalar aydınlaşdırılıb. Rusiya Federasiyası Konstitusiyasının eyni şəxsin Rusiya Federasiyası Prezidenti vəzifəsini tuta biləcəyi müddət sayını məhdudlaşdıran müddəası Rusiya Federasiyası Prezidenti vəzifəsini tutmuş və (və ya) hazırda tutan şəxsə müvafiq məhdudlaşdırmanı nəzərdə tutan qanunun qəbulundan əvvəl vəzifədə olduğu müddətlər nəzərə alınmadan şamil edilir.

15

Qoca nənə ilə baba görüşə bilmək üçün peyvənd olundular

9
(Yenilənib 19:44 10.04.2021)
Cütlük üç il əvvəl rəqs meydançasında tanış olub. Ancaq koronavirus pandemiyası onların görüşlərinə mane olub.

BAKI, 10 aprel - Sputnik. Rusiyanın İrkutsk şəhərindən olan iki təqaüdçü rəqs meydançasında görüşə bilmək üçün koronavirus əleyhinə peyvənd olunublar. Sputnik Azərbaycan bildirir ki, bu barədə REN TV xəbər verib.

88 yaşlı Nina Tolmaçova ilə 87 yaşlı Anatoli Çesnokov koronavirus vaksininin ilk dozasını birlikdə vurdurublar. Onlar deyirlər ki, özlərini yaxşı hiss edirlər, heç bir yan təsir hiss etmirlər. 

Cütlük üç il əvvəl rəqs meydançasında tanış olub. Ancaq koronavirus pandemiyası onların görüşlərinə mane olub. Bu "xəta"nı aradan qaldırmaq üçün onlar peyvəndlənmək qərarına gəliblər.

 

9
Teqlər:
görüş, peyvənd, pensiyaçı, Rusiya
Buta Airways şirkətinə məxsus təyyarə, arxiv şəkli

Bakıdan Moskvanın daha bir hava limanına reyslər başlanır

13
(Yenilənib 15:03 10.04.2021)
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".

BAKI, 10 aprel — Sputnik. Aşağıbüdcəli aviadaşıyıcı "Buta Airways" Bakıdan "Jukovski" aeroportuna xüsusi reyslər həyata keçirəcək.

Bu barədə Sputnik Azərbaycan-a "Buta Airways"-dən bildirilib.

Məlumata görə, uçuşlar aprel ayının 23-dən həftədə bir dəfə - həftənin cümə günləri Bakı - "Jukovski" hava limanı (IATA: ZIA) və geri istiqamətində yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında ("Super" və "Standart" tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Bakı -"Jukovski" hava limanı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/russia

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics

"Jukovski" hava limanı-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/azerbaijan

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.butaairways.az/az/covid/azerbaijan

Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı yenilənəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısını alınması və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.

13
Teqlər:
Moskva, Bakı, reys, təyyarə
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda