İnsan

Biznesmenlər deputatı zorlayaraq ondan heyiflərini alıblar

55
(Yenilənib 01:15 04.04.2021)
Rusiyalı müstəntiqlər siyasətçini 2013-2014-cü illərdə Rusiyadan Moldovanın "Moldindconbank" bankı vasitəsilə qanunsuz olaraq 500 milyard rubl vəsaiti çıxarmağa müvaffəq olmuş beynəlxalq cinayətkar ictimaiyyətin üzvü hesab edirlər.

BAKI, 3 aprel — Sputnik. Moldovada oliqarx Vlad Plaxotnyukun sədrliyi altında parlamentdə Demokratik Partiyanın hakimliyi dövründə deputatlardan birinin əməllərindən əziyyət çəkmiş altı iş adamı millət vəkilini zorlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu TV8-də çıxışı zamanı "Naşa Partiya"nın sədri Renato Usatı deyib. Partiya sədri hadisənin təfərrüatlarını, o cümlədən zorlanmış mllət vəkilinin adını açıqlamasa da, xəbərin həqiqət olduğunu qeyd edib.

"Plaxotnyukun dövründə biznesmenlərə çox ziyan vurmuş bir deputat vardı. Adını demək istəmirəm, lakin məsələnin nə ilə qurtardığını deyə bilərəm. Altı iş adamı bir yerə toplaşdılar və sözün əsl mənasında deputatı zorladılar", - deyə Usatı bildirib.

Lakin siyasətçi hadisənin hər-hansı digər təfərrüatlarını açıqlamaqdan qəti imtina edib və bildirib ki "bu hadisəyə bulaşmaq istəmir".

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi Renato Usatını axtarışa verib. Müstəntiqlər siyasətçini 2013-2014-cü illərdə Rusiyadan Moldovanın "Moldindconbank" bankı vasitəsilə qanunsuz olaraq 500 milyard rubl vəsaiti çıxarmağa müvaffəq olmuş beynəlxalq cinayətkar ictimaiyyətin üzvü hesab edirlər.

Həmin oğurluq sxeminin müəllifi, hüquq-mühafizə orqanlarının qənaətinə görə, Rusiya və Moldova pasportları olan, ölkədən qaçmış oliqarx Vlad Plaxotnyuk və Vyaçeslav Platondur. Qeyd edək ki, bir müddət əvvəl Demokratik Partiyanın lideri həmçinin Türkiyə vətəndaşlığını da alıb.

 

55
Rusiya dəniz donanması, arxiv şəkli

Rusiyanın Xəzər, Baltik Şimal donanmalarının gəmiləri Qara dənizə üçün göndərilib

5
(Yenilənib 11:59 20.04.2021)
Donbasda vəziyyətin kəskinləşməsi fonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir müddət əvvəl bildirib ki, ABŞ və müttəfiqləri Ukraynanı Krıma münasibətdə də təxribatlara təhrik edirlər.

BAKI, 20 aprel — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Xəzər, Baltik və Şimal donanmalarına aid olan raketdaşıyan, artilleriya və desant gəmilərinin Qara dənizə aparılması – Cənubi-Qərb strateji istiqamətində istənilən təhlükənin qarşısını almağa hazırlıq deməkdir. Əgər Qara dənizi şahmat lövhəsi ilə müqayisə etsək, görərik ki, hazırda orada Rusiyanın "fiqurları"nın sayı daha çoxdur və onlar Qərbin təklif etdiyi bu hərbi-strateji oyunda daha effektiv mövqe tutur.

Xəzər donanmasının 15 gəmidən ibarət qrupu aprelin 17-də səhər Kerç boğazı ilə Krım körpüsü altından keçərək Qara dənizdəki təyinat yerinə üz tutub. Donanmalararası keçid edən gəmi dəstəsi Volqa-Don kanalında 13 darvazasını arxada qoyaraq Qara dəniz donanmasının operativ tabeliyinə keçib.

Elə həmin gün Bosfor boğazı vasitəsilə Şimal donanmasının "Aleksandr Otrakovski" və "Kondopoqa" böyük desant gəmiləri, bir qədər sonra isə Baltik donanmasının də analoji "Kalininqrad" və "Korolyov" gəmiləri də Qara dənizin sularına daxil olub. Beləliklə, ümumilikdə Qara dənizdə Rusiyanın böyük desant gəmilərinin sayı 11-ə çatlb ki, onlar da göyərtəsinə silah və zirehli texnikası ilə birlikdə (100-dən çox tank) üç min nəfərə qədər dəniz piyadası götürə bilər. Lakin desant katerlərini də nəzərə almamaq olmaz.

Xəzər, Baltik və Şimal donanmalarının qüvvələri Qara dəniz donanması ilə birlikdə ərazidə yaranmış ciddi vəziyyəti nəzərə alınaraq təşkil olunmuş iri miqyaslı manevrlərdə iştirak edirlər. Həmin gəmilər "Kalibr" qanadlı raketləri ilə 2000 km radiusda "Liviya ssenarisini" və ya "səhrada tufanı" həyata keçirməyə, yəni istənilən Avropa ölkəsinin ərazisində işğalçını məhv etməyə qadirdir.

Bu təlimlərə həmçinin Qara dəniz və Xəzər donanmalarının dəniz piyadaları və sahil mühafizə qoşunlarının da bölmələri cəlb olunub. Rusiyanın Cənubi-Qərb sərhədlərinə həmçinin iki ümumqoşun ordusu, üç hava-desant diviziyası, habelə Cənub hərbi dairəsinin zərbə aviasiyası da cəmləşdirilib. Krımda yerləşən qruplaşma isə quruda, suda və havada ehtimal olunan düşmənin dəniz və hava desantını "isti-isti" qarşılanmasını məşq edir.

Qərbin təqyiqlərinə cavab

Şərqi Avropada NATO-nun 26 ölkədən 30 minə qədər hərbçisinin iştirakı ilə "Defender Europe 21" təlimləri keçirilir. Həmin təlimlərin Qara dənizdəki aktiv fazası cari ilin may ayına planlaşdırılıb. Həmin vaxta qədər əraziyə Böyük Britaniyanın döyüş gəmiləri – minadaşıyan və sualtı qayıq vuran freqatı gələcəklər. Onlar isə ABŞ-ın "Qarpun" tipli gəmi əleyhinə raketləri və 80 km məsafədə aerodinamik hədəfləri vurmağa qadir olan "Sea Wolf" zenit-raket kompleksləri ilə silahlanıb.

O da məlumdur ki, İngiltərənin Qara dənizdə üzən hərbi gəmilərini Aralıq dənizindəki "Kraliça Yelizoveta" təyyarədaşıyan gəmisinin göyərtəsindəki F-35 çoxtəyinatlı qırıcı-bombardmançıları da dəstəkləməyə hazırdır.

Donbasda vəziyyətin kəskinləşməsi fonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir müddət əvvəl bildirib ki, ABŞ və müttəfiqləri Ukraynanı Krıma münasibətdə də təxribatlara təhrik edirlər.

Rusiya silahlı qüvvələri ehtimal olunan "Avropa müdafiəçilərinin" Krım sahillərinə və Kerç boğazına yollarını kəsir. Planlaşdrılmış hərbi manevrlərlə əlaqədar olaraq aprelin 21-dən oktyabrın 31-dək Rusiya Qara dənizin bir neçə rayonunu xarici hərbi gəmilər üçün bağlayacaq. Söhbət üç gəmi yolundan gedir: Krımın cənub sahili boyunca (Sevastopoldan Qurzufa qədər), Kerç yarımadası sahillərində və Krımın Qərb sahillərində dənizin kiçik bir hissəsi. Qeyd edək ki, bütün bu məhdudiyyətlər Rusiyanın ərazi suları daxilində, beynəlxalq qaydalara uyğun tətbiq olunur və Kerç boğazı vasitəsilə mülki gəmilərin keçməsinə mane olmur.

Ukrayna və NATO silahlı qüvvələrinin "böhran regionunda" desant çıxarılmasının məşq edildiyi standart təlimlərinə Rusiya Krım sahilləri yaxınlığında yüksək dəqiqliyə malik qanadlı raketlərlə silahlanmış gəmi-zərbə qruplaşmasını, Qara dəniz və Cənub hərbi dairələrinin "hava armadasını" formalaşdırmaqla cavab verir və bununla da təchiz olunmamış sahillərə çıxma imkanlarını nümayiş etdirir.

Bir qədər əvvəl Qara dəniz üzərində Cənub hərbi dairəsi və Qara dəniz donanmasının dəniz aviasiyasının birgə iri miqyaslı təlimləri keçirilib. Həmin təlimlərdə Su-24M və Su-34 bombardmançıları, habelə Su-27SM və Su-30SM çoxtəyinatlı qırıcıları aşağı hündürlüklərdə dəniz hədəflərinə raket və bomba zərbələrini məşq edir, habelə Qara dəniz donanması gəmilərinin havadan qorunması tapşırıqlarını yerinə yetiriblər.

Rusiya silahlı qüvvələrinin dominantlığı şəraitində "Avropanın müdafiəçiləri"nin Qara dənizdə manevr etmək üçün güc və vasitələri məhduddur. Yəqin ki, "Defender Europe 21" planlarına bir qədər düzəliş etmək lazım olacaq. Həm də bu zaman NATO-nun "böyük tərəfdaşları"nın nüfuzuna da xələl gələcək. Pentaqonun "gəmilərin hərəkət azadlığı"nın pozulması barədə səksəkəli bəyanatları da elə bununla bağlıdır. Regiondakı vəziyyət isə, yəqin ki, oktyabr ayında normallaşacaq.

5
 Rusiyada epdimioloji vəziyyət

Rusiyada koronavirusdan ölüm sayı azalmaq bilmir

12
(Yenilənib 23:36 19.04.2021)
Rusiyada pandemiya yayılandan 105928 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4310557-yə çatıb.

BAKI, 19 aprel — Sputnik. Son bir sutka ərzində Rusiyada 8589 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 346 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4710690-a çatıb. Rusiyada pandemiya yayılandan 105928 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4310557-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12