Moskvada Kremlə mənzərə, arxiv şəkli

Moskva ABŞ-la bağlı nəyə təəssüflənir?

9
(Yenilənib 21:24 01.04.2021)
Moskva ABŞ tərəfinin Rusiya liderinin canlı efirdə danışmaq təklifindən istifadə etməməsinə görə təəssüflənir.

 

BAKI, 1 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenə cavabı diplomatik və nəzakətli oldu. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ORT-də "Böyük Oyun" proqramının efirində bildirib.

"Bu ritorika, bir daha vurğulamaq istəyirəm ki, hiddətləndirici və qəbuledilməzdir. Lakin Rusiya Prezidenti Putin ona diplomatik və nəzakətlə cavab verdi", - deyə Lavrov qeyd edib.

O, həmçinin bildirib ki, Moskva ABŞ tərəfinin Rusiya liderinin canlı efirdə danışmaq təklifindən istifadə etməməsinə görə təəssüflənir.

Qeyd edək ki, ötən ay ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı söylədiyi fikirlər bütün dünyada böyük əks-səda doğurub.

Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də, həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya liderini qatil adlandırıb. Buna cavab olaraq, Putin Baydenə sağlamlıq arzulayıb və onu canlı yayımda teledebata çağırıb.

9

"İskəndər-M" raketləri barədə Bakı Moskvaya rəsmi məktub ünvanlayıb

7
(Yenilənib 11:49 13.04.2021)
"Mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir".

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda "İskəndər-M" raketlərinin qalıqlarının aşkar olunması barədə məlumatı müzakirə etdiyini bildirib. Sputnik Azərbaycan bildirir ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayıb.

"Aprelin 1-də mənim rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Adətən, bildiyiniz kimi, telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumat verilir. Lakin mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edurəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik (Putinlə)", - deyə İlham Əliyev "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında bildirib.

"Mənim göstərişimlə Azərbaycanın Müdafiə Nazirliyi şəkillərlə, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələ heç bir cavab almamışıq", - deyə dövlət başçısı bildirib.

Prezident rəsmi Yerevanın adı çəkilən raketlərdən istifadə olunması barədə bəyanatını "qəribə" adlandırıb.

"Onlar gah partlamamış raketlər barədə danışırlar, gah deyirlər ki, bu sirdir. Deməli, raketlər istifadə olunub. Biz Yerevandan rəsmi cavab gözləyirik. Mən sizə hələ bundan artığını deyəcəyəm: bizdə kifayət qədər sübut var, lakin biz rəsmi izahatları gözləyəcəyik", - deyə Əliyev vurğulayıb.

7
Teqlər:
məktub, Moskva, Bakı, raket, "İskəndər"
Moskvada məsciddə müsəlmanlar, arxiv şəkli

Moskvada məscid çatışmır

8
(Yenilənib 00:42 13.04.2021)
Rusiya Müftilər Şurasının sədr müavini Ruşən Abbasov bildirib ki, Ramazanda Moskva məscidlərinə dindarların böyük axını gözlənilir.

BAKI, 13 aprel — Sputnik. Ramazan ayında müsəlmanların məscidlərə böyük axını gözlənilir, ancaq paytaxtda belə ibadətgahların sayı azdır. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı xəbərə görə, bu açıqlama ilə Rusiya Müftilər Şurasının sədr müavini Ruşən Abbasov çıxış edib.

"Möminlər üçün kifayət qədər məscidimiz, meydançamız yoxdur. Adi cümə namazı vaxtı belə, Bolşaya Tatarskaya küçəsi, Poklonnaya Qoradakı və Mir prospektindəki küçələr bağlanır. Məsələn, bu il yanvarın 1-i cümə gününə təsadüf etdiyindən 35 min nəfər namaz qılmaq üçün Moskva Baş Məscidinə gəlmişdi. Halbuki bu məscidin tutumu 10 min nəfərdir, ancaq pandemiya ilə əlaqədar yalnız 5 min nəfəri içəri buraxa bilirik. Əgər cümə iş gününə təsadüf edərsə, məscidə 13-15 min adam gəlir", – deyə müfti bildirib.

Abbasov onu da qeyd edib ki, Ramazan ayı boyunca məscidlərdə "Rospotrebnadzor"-un bütün tələblərinə əməl olunacaq: "Biz xahiş edirik ki, insanlar gigiyena qaydalarına əməl etsinlər. Ancaq dindarların sayı həddən artıq çoxdur, odur ki məscidlərdə xeyli sayda insan toplaşır. Üstəlik, miqrantların axını da gözlənilir. Məsciddə kifayət qədər yer olmasa, insanlar çölə çıxıb orada namaz qılmağa çalışırlar".

8
Prezident İlham Əliyev, arxiv şəkli

"Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil" - İlham Əliyev

0
"Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Bəzən bu çox çətindir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Təbii ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını təxmin etmək çətindir. Düşünürəm ki, bu, böyük ölçüdə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Düşünürəm ki, burada, həm də Yerevanda körpülər qurmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, əgər bunu Ermənistan istəyirsə. Biz onların niyyətlərini bilmirik. Onlar bunu heç vaxt açıqlamayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Mən artıq bir neçə dəfə demişəm ki, biz müharibə səhifəsinin bağlandığını düşünürük. Mən artıq bir neçə dəfə demişəm ki, biz artıq Ermənistanla mümkün sülh razılaşması ilə bağlı da danışa bilərik. Bu bizim planlarımızdır. Lakin biz Ermənistan tərəfindən belə bir mesajlar görmürük.

Ermənistan Baş naziri susub. Ermənistan xarici işlər naziri isə aqressivdir. Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil. Müharibə zamanı baş verənləri xatırlamalıdırlar. Erməni müxalifəti əslində isteriyadadır. Hazırda Azərbaycanafobiya və türkofobiya yeganə amilə çevrilib. Bu onlarda həmişə ən önəmli faktorlardan biri olub. Onların seçki kampaniyalarını Azərbaycanafobiya və türkofobiya, revanşizm hissi üzərində quracaqlarına əminəm.

Buna görə bu qarşılıqlı əlaqəni birtərəfli qura bilmərik. Mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu asan olmayacaq. Ağdama və digər işğaldan azad olunan ərazilərə qayıdacaq sabiq məcburi köçkünlər ermənilərin onların torpaqlarına, onların yaxınların məzarlarına, dini abidələrə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən bunu təxmin edə bilərəm. Bilirsiniz, mən müharibə zamanı təmas xəttini keçəndə və ya Ağdama binokl vasitəsi ilə baxanda və işğaldan azad olunan ərazilərə səfər edəndə eyni şeyi hiss etdim. Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Lakin bəzən bu çox çətindir. Mən Azərbaycanlı qaçqınların hansı hissləri keçirəcəyini proqnozlaşdıra bilmərəm. Lakin gələcəyə baxan bir insan kimi, əgər Ermənistan tərəfi müsbət siqnallar verərsə, biz bu əlaqələri qurmaq üçün hər şeyi edəcəyik", -  Azərbaycan Prezidenti əlavə edib.

0