Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qütblər arasında uçmaq Rusiya "Sarmat"larının nəyinə gərəkdir?

© Sputnik / Ministry of Defense of the RF / Mediabanka keçidЗапуск ракеты "Сармат" с космодрома "Плесецк"
Запуск ракеты Сармат с космодрома Плесецк - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
"Avanqard" döyüş blokları ilə təchiz olunmuş yeni raket STRQ-də artıq 32 ildir ki, Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin edən, nüvə hücumunun qarşısının alınması məqsədi daşıyan "Voyevoda" raket kompleksini əvəz edəcək

BAKI, 1 aprel — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya 18000 km məsafədə hədəfi vurmağa hesablanmış ən yeni ağır "Sarmat" Qitələrarası Ballistik Raketinin (QBR) uçuş sınaqlarına başlayır. Bundan sonra yeni silahın kütləvi istehsalı başlanacaq və onlar Strateji Təyinatlı Raket Qoşunlarında (STRQ) döyüş növbəsinə qoyulacaq. Bu isə Rusiya və müttəfiqlərinin təhlükəsizliyinin möhkəmlənməsi deməkdir.

"Roskosmos" dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin martın 30-da bildirib ki, yaxın vaxtlarda ən yeni RS-28 "Sarmat" QBR-in uçuş sınaqları başlanacaq və hazırda buna hazırlıq işləri gedir.

Арктика. Архивное фото - Sputnik Azərbaycan, 1920, 23.03.2021
RUSİYA
“Artıq sınamışıq”: Rusiya şimal ərazilərini qeyri-adi silahla qoruyacaq

Şaxtalarda yerləşdiriləcək "Sarmat"ın uçuş-konstruktor sınaqları və kütləvi istehsala hazırlıq işlərinin 2021-ci ilin sonunda yekunlaşacağı planlaşdırılır. Gələn il hipersəsdən sürətli "Avanqard" döyüş blokları ilə təchiz olunmuş yeni raket STRQ-də artıq 32 ildir ki, Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin edən, nüvə hücumunun qarşısının alınması məqsədi daşıyan "Voyevoda" raket kompleksini əvəz edəcək.

"Sarmat"ın atəş sınaqları 2018-ci ilin mart ayında Plesetsk kosmodromunda yekunlaşdırılıb. 2019-cu ildə isə STRQ komandanı general-polkovnik Sergey Karakayev əsas raket alayının yeni raketlərlə silahlanmasına hazırlığın getdiyini bildirib. O, həmçinin bildirib ki, "Sarmat"ın taktiki-texniki göstəriciləri artıq bir neçə ildir ki, Rusiyanın aparıcı hərbi ali məktəblərində öyrənilir.

Ümumi ağırlığı 208 ton, faydalı yükü isə 10 ton (178 ton yanacaq) olan raket düşmənin 18000 km məsafədə yerləşən obyektlərinə zərbə vurmaq imkanı verir. QBR-in şaxtaları kütləvi nüvə hücumuna da tab gətirməyə qadirdir.

Müqayisəli təhlil

"Sarmat"ın dünyada analoqu yoxdur. Məsələn, ABŞ-ın yüngül, bərk yanacaqlı "Minuteman III" QBR-inin uçuş məsafəsi cəmi 10 km-dir və hətta dəfələrlə modernizasiya edildikdən sonra da Rusiyanın "Voyevoda"sına çata bilmir. Hazırda üzərində işlər aparılan

GBSD (Ground Based Strategic Deterrent) layihəsi isə onsuz da "Sarmat"la rəqabət aparmaq qabiliyyətində deyil. Odur ki, "Sarmat"ı elə Rusiya istehsalı olan "Voyevoda" ilə müqayisə etmək daha düzgün olardı.

Американские военные, отправляющиеся в район операций Центрального командования США из Форт-Брэгг, Северная Каролина - Sputnik Azərbaycan, 1920, 15.03.2021
TƏHLİL
Pentaqon nəyə pul xərcləmək fikrinə düşüb

Belə ki, STRQ-nin veteranı olan "Voyevoda" "ağır" tipli döyüş bloklarını 11000 km məsafəyə çatdırmağa qadirdir. Onun monoblok hissəsi isə düşmənin 16000 km məsafədə hədəflərini məhv etməyə qadirdir. "Sarmat"ın isə faydalı yükü iki ton çoxdur, daha çox sürətə malikdir və 2 km daha uzaq məsafəyə uçur.

Dağıdıcı gücünə görə "Voyevoda" və "Sarmat" müqayisəyə gəlir. Belə ki, hər iki raket təqribən Texas ştatı boyda ərazini viran qoymağa qadirdir. Voyevodanın hədəfdən mümkün yayınma məsafəsi təqribən 500 m təşkil edir. O da məlumdur ki, bu raketin döyüş blokları hətta yalançı hədəflər buludundan keçməklə də hədəfə çatır. Ehtimal etmək olar ki, "Sarmat" daha yeni müdafiə sistemi və maskalanma ilə təchiz olunub. Ən əsası isə yeni QBR nisbətən müstəqil hipersəsdən sürətli blokları daşıyacaq.

"Sarmat" və "Voyevoda"nın prinsipial fərqi – yüksək dəqiqliklə qeyri-nüvə zərbəsi endirmək qabiliyyətidir. Atmosferdə 15 MAX sürətlə (1 MAX=1225.04 km\saat) hərəkət edərkən döyüş blokunun kinetik enerjisi ərazini radioaktiv zəhərlənməyə məruz qoymadan da güclü dağıntı olacağına zəmanət verir.

QBR-lərin sayını isə təxmin etmək mümkündür. Belə ki, Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, 1998-ci ildə döyüş növbəsində 58 ədəd "Voyevoda" olub. Dünyada hazırkı vəziyyət də elə eyni sayda "Sarmat"ın istehsal edilərək döyüş növbəsinə qoyulacağını proqnozlaşdırmağa əsas verir. Bir müddət əvvəl ABŞ-ın CNBC telekanalı ölkənin kəşfiyyat orqanlarına istinadən 60 ədəd "Sarmat"dan xəbər verib. İstənilən halda, strateji hücum silahlarına dair müqaviləyə (SOA-3) əsasən Rusiya strateji nüvə qüvvələri üçün raket və atəş qurğularının maksimum sayı məlumdur: 700 ədəd atəş qurğusu və 1550 ədəd döyüş bloku (bunların 60%-i STRQ-də).

İri işğalçıya qarşı

"The National Interest" məcmuəsi "Sarmat" raketini nüvə müharibəsi üçün Rusiyanın ən seçilən silahı adlandırıb. Pentaqonda anlayırlar ki, ciddi münaqişə olacağı təqdirdə Rusiya "Sarmatlar"ı ABŞ-a yönəldərək oradakı 450 ədəd "Minuteman III" komplekslərini 100% ehtimalla məhv edə bilər. Amerikalı mütəxəssislərin qənaətinə görə, cəmi 1 ədəd "Sarmat" hədəfə 7.5 meqatonluq nüvə zərbəsi endirməklə 35-37 milyon insanın ölümünə səbəb ola bilər. 10 ədəd "Sarmat" isə ABŞ-ı Yer üzündən tamamilə silməyə qadirdir (hətta hərbi hava qüvvələri və hərbi dəniz qüvvələrinin müqaviməti nəzərə alınmaqla). Xatırladım ki, Rusiya STRQ eyni vaxtda onlarla "Voyevoda" kompleksindən atəş açmağa daim hazırdır. Bundan əlavə, daimi döyüş növbəsində digər tipli QBR-lər də var.

Комплекс радиоразведки (РЭБ) и радиоэлектронного подавления Инфауна  - Sputnik Azərbaycan, 1920, 30.03.2021
TƏHLİL
ABŞ radio-elektron mübarizə vasitələrində Rusiyadan geri qaldığını etiraf edib

Onu da qeyd edək ki, "Sarmat" raketləri raket hücumundan müdafiə sistemlərindən yan keçməklə proqnozlaşdırılmayan trayektoriya üzrə hətta Cənub qütbü üzərindən də uçmağa hazırdır. 15 MAX sürətlə hərəkət edən fərdi hipersəs bloklarının vurulması isə ehtimal olunan düşmənin texnoloji bazasının zəifliyi üzündən mümkün deyil.

Rusiya STRQ-nin inkişafında ABŞ-ın raket-nüvə potensialının yenilənməsini və ölkənin xarici siyasətində baş verən turbulentliyi, həmçinin Vaşinqtonun orta və kiçik mənzilli raketlərə dair müqavilədən çıxmasını, habelə ABŞ-ın orta mənzilli raketlərinin Avropada yerləşdirilməsini nəzərə almalı olur.

Xəbər lenti
0