Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

20
(Yenilənib 14:59 27.03.2021)
Xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqlara kitablar, oyuncaqlar və şirniyyatlar təqdim edib, onları hədiyyələrlə sevindiriblər.

BAKI, 27 mart - Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvadakı “Bizim evimiz” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində (ATDM) olublar.

AZƏRTAC xəbər verir ki, uşaq evinin direktoru Vadim Menşov çoxillik dostluq və dəstəyə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

O deyib: “Biz Azərbaycanı çox sevirik, uşaqlarımıza göstərdiyi qayğıya görə Leyla xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Leyla Əliyeva tez-tez bizim uşaq evini ziyarət edir, onun gəlişi uşaqlar üçün həmişə bayrama çevrilir”.

Təşkilatın rəhbəri qeyd edib ki, “Bizim evimiz” mərkəzinin kollektivi və yetirmələri dəfələrlə Azərbaycanda olublar. “Bizim 1 saylı Bakı uşaq evindən olan həmkarlarımız və uşaqlar ilə çox gözəl münasibətlərimiz var. Biz bir ailə olmuşuq, hər gün əlaqə saxlayırıq və yenidən görüşəcəyimizi arzu edirik. İnanırıq ki, sərhədlər tezliklə açılacaq və biz yenidən Azərbaycana səfər etmək imkanı əldə edəcəyik”, - deyə o bildirib.

Heydər Əliyev Fondunun nümayəndələri Moskva və Bakı uşaq evlərindən olan uşaqların pandemiyaya qədər bir-birinə tez-tez səfərlərindən danışıb, tezliklə görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqlara kitablar, oyuncaqlar və şirniyyatlar təqdim edib, onları hədiyyələrlə sevindiriblər.

20
Aleksandr Lukaşenko və Vladimir Putin, arxiv şəkli

Kreml: Lukaşenko Putinlə Qarabağ məsələsini müzakirə edib

990
(Yenilənib 14:04 15.04.2021)
Aleksandr Lukaşenkonun bu ərəfədə Azərbaycana baş tutan səfəri konteksində Dağlıq Qarabağ nizamlanması məsələsinə toxunulub.

BAKI, 15 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan "Kremlin" saytına istinadən xəbər verir ki, tərəflər ikitərəfli gündəlikdə olan bəzi əhəmiyyətli məsələləri müzakirə ediblər.

"Aleksandr Lukaşenkonun bu ərəfədə Azərbaycana baş tutan səfəri konteksində Dağlıq Qarabağ nizamlanması məsələsinə də toxunulub", - deyə "Kremlin" saytının yaydığı məlumatda bildirilir.

Putin və Lukaşenko müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko 13-14 aprel tarixlərində Azərbaycanda rəsmi rəfərdə olub. 

 

990
Rusiya bayrağı

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

1352
(Yenilənib 11:57 15.04.2021)
"Bloomberg": ABŞ-ın sanksiya tətbiq etməyə hazırlaşdığı şəxslər arasında Rusiya hökuməti və kəşfiyyatındakı vəzifəli şəxslərin də adı var.

BAKI, 15 aprel — Sputnik. Birləşmiş Ştatlar "SolarWinds" vasitəsi ilə seçkilərə müdaxilə və kiberhücumlara görə on Rusiya diplomatını ölkədən qovacaq, həmçinin Rusiyanın 12 vətəndaşına və 20 təşkilatına qarşı sanksiya tətbiq edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbələrinə istinadən xəbər verir.

Nəşr mənbəyə istinadən xəbər verir ki, Vaşinqton bu tədbirlərin tətbiqini artıq cümə axşamı elan edə bilər. Mənbə qeyd edir ki, ABŞ-ın sanksiya tətbiq etməyə hazırlaşdığı şəxslər arasında Rusiya hökuməti və kəşfiyyatında vəzifəli şəxslərin də adı var.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında hakerlər "SolarWinds" kompüter təhlükəsizliyi şirkətinin müştərilərinin elektron məlumatlarına hücum həyata keçirib. ABŞ həmin hücumda Rusiyanı ittiham edib. Vaşinqtonda bildiriblər ki, ABŞ-ın hökumət idarələrinin də məruz qaldığı hücumun məqsədi kəşfiyyat məlumatlarının əldə olunması olub. Lakin hücumun təşkilatçıları "həssas məlumatları" əldə edə bilməyiblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən kiberhücumların Moskvaya aidiyyətinin olmadığını bildirib. Rusiya XİN rəsmisi Mariya Zaxarova isə ABŞ-ın Amerika federal idarələrinin elektron məlumatlarına kütləvi haker hücumlarında Rusiyanın əlinin olması ilə bağlı ittihamlarını əsassız adlandırıb.

 

1352
Bıçaq

Qadın keçmiş əri tərəfindən azyaşlı övladının gözü qarşısında bıçaqlandı

0
(Yenilənib 16:26 15.04.2021)
Zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlunun gözü qarşısında bıçaqladığı məlum olub.

 

BAKI, 15 aprel — Sputnik. 25 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə Gədəbəy rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0