Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yaponiyanın baş naziri Kuril adaları ilə bağlı Moskva ilə razılığa gəlməyi söz verib

© SputnikВид на берег острова Шикотан с плашкоута "Дружба".
Вид на берег острова Шикотан с плашкоута Дружба. - Sputnik Azərbaycan, 1920, 25.03.2021
Abunə olmaq
1956-cı ildə Sovet İttifaqı və Yaponiya ölkələr arasında sülh müqaviləsi imzalandıqdan sonra Xamomai və Şikotanın digər tərəfə verilməsinin mümkünlüyü barədə birgə bəyannamə imzalayıblar. Lakin sonrakı danışıqlar heç bir nəticə verməyib.

BAKI, 25 mart — Sputnik, Kseniya Naka. Yaponiya Rusiya ilə 1956-cı ildə imzalanmış Sovet-Yapon bəyannaməsi əsasında dialoq yolu ilə Cənubi Kuril probleminin həllinə nail olmaq niyyətindədir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Yosoxide Suqa ölkə parlamentində dinləmələr zamanı deyib.

Hökumət başçısı xatırladıb ki, 2020-ci ilin sentyabr ayında Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı hər iki tərəf danışıqların gedişini sürətləndirməkdə qətiyyətli olduqlarını ifadə ediblər.

"Müharibədən sonra 70 il həllini tapmamış problemin çözülməsi asan deyil. Lakin əsas mövqeyimizə istinad edərək ərazi probleminin həlli və sülh müqaviləsinin imzalanması üçün var gücümlə çalışmaq niyyətindəyəm", - deyə Suqa bildirib.

Yaponiyanın xarici siyasət idarəsinin rəhbəri Tosimitsu Motei də öz növbəsində Tokionun Kuril adalarında Moskva ilə müştərək iqtisadi fəaliyyətə hazır olduğuna hazırlığını ifadə edib. "Hər bir layihə üzrə mütəxəssislər və işçi qruplar səviyyəsində onlayn görüşlər keçirilir", - deyə nazir vurğulayıb.

Moteqi onu da deyib ki, ötən ilin oktyabrında Rusiya XİN rəhbəri Sergey Lavrovla aparılmış danışıqlar zamanı tərəflər "beş sahədə - dəniz məhsullarının yetişdirilməsi, kənd təsərrüfatı məhsullarının istixanalarda yetişdirilməsi, turizm, tullantıların emalı və küləklə işləyən elektrik stansiyaları istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyində yekdil olublar". Artıq tullantıların emalı və turizm sahəsində iki pilot layihə həyata keçirilib.

Xatırladaq ki, uzun illərdən bəri rəsmi Moskva ilə Tokio arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsinin hələ də imzalanmaması münasibətlərə kölgə salır. Əsas maneə Cənubi Kuril adalarının (Kunaşir, Şikotan, İturup və Xabomai silsiləsi) kimə mənsub olması məsələsidir. Yaponiya 1855-ci ildə imzalanmış ticarət və sərhədlərə dair ikitərəfli traktata əsaslanaraq adalarının ona mənsub olduğunu iddia edir. Moskva isə adaların müharibə nəticəsində SSRİ-nin tərkibinə daxil olduğunu və Rusiyanın bu ərazilərdə suverenliyinin şübhə altında olmadığını iddia edir.

Qeyd edək ki, 1956-cı ildə Sovet İttifaqı və Yaponiya ölkələr arasında sülh müqaviləsi imzalandıqdan sonra Xamomai və Şikotanın digər tərəfə verilməsinin mümkünlüyü barədə birgə bəyannamə imzalayıblar. Lakin sonrakı danışıqlar heç bir nəticə verməyib.

Rusiya höküməti dəfələrlə Yaponiyanın ilk növbədə İkinci Dünya Müharibəsinin nəticələrini, o cümlədən Cənubi Kuril adalarının Rusiyanın suveren ərazisi kimi qəbul etməli olduğunu qeyd edib.

 

Xəbər lenti
0