Авиаудары бомбардировщиками Ту-22М3 ВКС РФ по объектам террористов в провинции Дейр-эз-Зор

Yerdə dayanmış təyyarənin heyəti "uçdu", 3 nəfər həlak oldu

94
(Yenilənib 15:45 23.03.2021)
Təyyarənin texniki baxışdan keçirilməsi və hadisənin səbəblərinin araşdırılması üçün aerodroma Rusiya KSQ-nin komissiyası göndərilib.

BAKI, 23 mart - Sputnik. Rusiyada, Kaluqa şəhəri yaxınlığındakı hərbi aerodromda insident baş verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aerodromda yerləşən uzaq məsafəli Ту-22М3 bombardmançı təyyarəsinin katapultu qəfildən işə düşüb.

"Kaluqa vilayətindəki aerodromda uçuşa hazırlanan Ту-22М3  təyyarəsində katapulta sistemi gözlənilmədən işə düşüb. Paraşütlərin açılması üçün kifayət qədər yüksəklik olmadığından heyətin üç üzvü yerə çırpılaraq həlak olub", - RF Müdafiə Nazirliyindən bildirilib.  

Təyyarənin texniki baxışdan keçirilməsi və hadisənin səbəblərinin araşdırılması üçün aerodroma Rusiya KSQ-nin komissiyası göndərilib.

94
Teqlər:
həlak, faciə, hərbi, pilot, katapult, Rusiya, bombardmançı təyyarə, təyyarə
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

21
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

21

Qoca nənə ilə baba görüşə bilmək üçün peyvənd olundular

10
(Yenilənib 19:44 10.04.2021)
Cütlük üç il əvvəl rəqs meydançasında tanış olub. Ancaq koronavirus pandemiyası onların görüşlərinə mane olub.

BAKI, 10 aprel - Sputnik. Rusiyanın İrkutsk şəhərindən olan iki təqaüdçü rəqs meydançasında görüşə bilmək üçün koronavirus əleyhinə peyvənd olunublar. Sputnik Azərbaycan bildirir ki, bu barədə REN TV xəbər verib.

88 yaşlı Nina Tolmaçova ilə 87 yaşlı Anatoli Çesnokov koronavirus vaksininin ilk dozasını birlikdə vurdurublar. Onlar deyirlər ki, özlərini yaxşı hiss edirlər, heç bir yan təsir hiss etmirlər. 

Cütlük üç il əvvəl rəqs meydançasında tanış olub. Ancaq koronavirus pandemiyası onların görüşlərinə mane olub. Bu "xəta"nı aradan qaldırmaq üçün onlar peyvəndlənmək qərarına gəliblər.

 

10
Teqlər:
görüş, peyvənd, pensiyaçı, Rusiya
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

0
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

0