Sirkdə fil, arxiv şəkli

Sirkdə qorxu dolu anlar: fillər tamaşa vaxtı savaşdılar - VİDEO

20
(Yenilənib 20:00 21.03.2021)
Sirkdə yerli vaxtla saat 17:00-a təyin olunan növbəti tamaşa "texniki səbəblərə görə" təxirə salınıb.

BAKI, 21 mart - Sputnik. Kazan sirkində tamaşa vaxtı fillər savaşıblar. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Sosial şəbəkədə yayılan kadrlardan görünür ki, filin biri digərini aşırıb və manejdən kənara çıxarmaq istəyir. Tamaşaçılar dərhal yerlərini tərk ediblər. 

Sirkdən bildiriblər ki, təlimçilər filləri ayıra biliblər və heç kim xəsarət almayıb. Amma yerli vaxtla saat 17:00-a təyin olunan növbəti tamaşa "texniki səbəblərə görə" təxirə salınıb.

20
Teqlər:
video, fil, sirk, Kazan, Rusiya
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

20
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

20

Qoca nənə ilə baba görüşə bilmək üçün peyvənd olundular

10
(Yenilənib 19:44 10.04.2021)
Cütlük üç il əvvəl rəqs meydançasında tanış olub. Ancaq koronavirus pandemiyası onların görüşlərinə mane olub.

BAKI, 10 aprel - Sputnik. Rusiyanın İrkutsk şəhərindən olan iki təqaüdçü rəqs meydançasında görüşə bilmək üçün koronavirus əleyhinə peyvənd olunublar. Sputnik Azərbaycan bildirir ki, bu barədə REN TV xəbər verib.

88 yaşlı Nina Tolmaçova ilə 87 yaşlı Anatoli Çesnokov koronavirus vaksininin ilk dozasını birlikdə vurdurublar. Onlar deyirlər ki, özlərini yaxşı hiss edirlər, heç bir yan təsir hiss etmirlər. 

Cütlük üç il əvvəl rəqs meydançasında tanış olub. Ancaq koronavirus pandemiyası onların görüşlərinə mane olub. Bu "xəta"nı aradan qaldırmaq üçün onlar peyvəndlənmək qərarına gəliblər.

 

10
Teqlər:
görüş, peyvənd, pensiyaçı, Rusiya

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

0
(Yenilənib 10:25 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

0