Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rossiya seqodnya" media qrupu jurnalistlər və blogerlər arasında müsabiqə elan etdi

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidЗдание Международного информационного агентства "Россия сегодня" на Зубовском бульваре после отключения подсветки в рамках экологической акции "Час Земли" в Москве.
Здание Международного информационного агентства Россия сегодня на Зубовском бульваре  после отключения подсветки в рамках экологической акции Час Земли в Москве.  - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
Müraciətlərin qəbulu 5 may 2021-ci il tarixinə kimi layihənin ria.ru veb-səhifəsi vasitəsi ilə həyata keçiriləcək.

BAKI, 4 mart — Sputnik. "Rossiya seqodnya" media qrupu Yuri Levitan adına "Zəmanəmizin qəhrəmanları" müsabiqəsinə start verdiyini elan edib. Jurnalistlər və blogerlər öz işlərini dörd nominasiya üzrə müsabiqəyə təqdim edə bilərlər: televiziya proqramı, müəllif radio proqramı, audio-podkast və video-bloq. Müraciətlərin qəbulu 5 may 2021-ci il tarixinə kimi layihənin ria.ru veb-səhifəsi vasitəsi ilə həyata keçiriləcək. Təqdim olunan işləri Rusiyanın nüfuzlu jurnalistləri, televiziya və radio aparıcıları, məşhur media mütəxəssislərinin daxil olduğu münsiflər heyəti dəyərləndirəcək.

Mütəxəssis qrupunun işinin yekunları əsasında "qısa-siyahı" (shirt-list) tərtib olunacaq. Həmin siyahı iyunun 15-də layihənin internet səhifəsində yayımlanacaq. Müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən 24 iyun 2021-ci il tarixində onlayn-formatda keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq. Mükafat fondu hər bir nominasiya üzrə 80 min rubla bərabərdir. Nominasiyalar üzrə qaliblərə pul mükafatı və diplom veriləcək. İkinci və üçüncü yeri tutanlara isə xatirə diplomu təqdim olunacaq. Müsabiqənin şərtləri və texniki tələblərlə bağlı daha geniş məlumat layihənin internet səhifəsində öz əksini tapıb.

"Qeyri-adi səs tembrinə malik əfsanəvi sovet diktoru Yuri Levitanın xatirəsinə həsr olunmuş müsabiqə bizim media qrupu üçün mühüm hadisə sayılan Sovet İnformasiya Bürosunun ("Sovinformbüro") yaradılmasının 80 illik yubileyi ərəfəsində start götürüb. Bizim üçün bu layihə zəmanəmizin əsl qəhrəmanları olan insanlar haqqında danışmaq üçün daha bir fürsətdir. İşlərin müasir tamaşaçının diqqətini cəlb edəcək mediaformatda yerinə yetirilməsi də çox vacib məsələdir. Müsabiqə jurnalistlərə, blogerlərə öz istedadlarını və bacarıqlarını, işə yaradıcı yanaşmalarını nümayiş etdirmək imkanı verəcək. Ən əsası isə biz insanları əsl qəhrəmanlıq göstərməyə ruhlandırmaq istəyirik", – deyə "Rossia seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib.

Müsabiqə iştirakçılarının işləri parlaq müəllif üslubu, ideya orijinallığı, mövzuya özünəməxsus yanaşma, jurnalist bacarığı və peşəkarlığı ilə seçilməlidir. Bundan başqa, müəlliflər izləyicilərin və dinləyicilərin qəlbinə toxunmağı da bacarmalıdırlar.

"Rossiya seqodnya" media qrupunun müsabiqəsi ümumittifaq radiosunun əfsanəvi diktoru Yuri Levitanın adını daşıyır. Sovet İttifaqının bir neçə nəsli onun ecazkar səsinin təsiri altına böyüyüb. Levitanın adı insanların yaddaşında, ilk növbədə, "dövrün səsi", "qələbənin səsi" kimi qalıb. Levitanın adı gələndə onun Böyük Vətən müharibəsi dövründə bütün ölkəni əhatə edən radio şəbəkəsində oxuduğu Sovet İnformasiya Bürosunun cəbhə xəbərləri yada düşür.

"Zəmanəmizin Qəhrəmanları" müsabiqəsi "Rossiya seqodnya" media qrupunun Sovet İnformasiya Bürosunun 80 illik yubileyinə həsr etdiyi yubiley tədbirlərinin bir hissəsidir.

Sovet İnformasiya Bürosu Böyük Vətən müharibəsinin başlamasından iki gün sonra, 24 iyun 1941-ci ildə qurulub. Rusiyanın iki ən böyük beynəlxalq xəbər agentliyi – "Novosti" və "RİA Novosti"-"Rossiya seqodnya" beynəlxalq media qrupu da öz tarixini buradan götürür.

"Rossiya seqodnya" beynəlxalq media qrupunun əsas missiyası dünyada baş verən hadisələrin operativ və balanslı şəkildə işıqlandırılması, insanların əsas olaylara fərqli baxışlarla bağlı məlumatlandırılmasıdır. "Rossiya seqodnya" media qrupu bir sıra informasiya resurslarına malikdir: xaricdə - Sputnik beynəlxalq xəbər agentliyi və radiosu, Rusiyada – "RİA Novosti", "Praym", "InoSMI", "Ukraina.ru", Baltnews və TOK. "Rossiya seqodnya"nın xəbərlərini mətbuat xidmətinin "Zubovski, 4" teleqram kanalı vasitəsilə də izləmək olar.

Xəbər lenti
0