Little Big qrupunun üzvləri Sofya Tayurskaya və İlya Prusikin, arxiv şəkli

“Little Big” qrupunun sabiq solistinin meyitini tapdılar

12
(Yenilənib 13:49 02.03.2021)
Musiqi karyerasından əlavə, Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

BAKI, 2 mart — Sputnik. “Little Big” qrupunun sabiq üzvü Anna Kastelyanos evində ölmüş vəziyyətdə tapılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər veriri ki, 40 yaşlı müğənninin meyitini Sankt-Peterburq şəhərindəki mənzilində könüllü aşkarlayıb. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Kastelyanos üçüncü qrup əlil idi, son yarım ildə isə o, yataq xəstəsi olmuşdu.

Musiqi karyerasından əlavə,  Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

 

12
Teqlər:
müğənni, ölü, meyit, Rusiya

Mişustinin sərəncamı icradadır: Rusiya qlobal enerjiyə keçidə hazırlaşır

683
(Yenilənib 18:25 04.08.2021)
Çinin iqlim dəyişikliyi ilə mübarizə planları və öz bazarını "çirkli" mallardan qorumaq üçün Aİ-nin radikal təşəbbüsləri fonunda işçi qruplarının yaradılmasına dair qərar iyun ayında qəbul edilib.

BAKI, 4 avqust - Sputnik. Rusiya hökuməti baş nazir Mixail Mişustinin sərəncamı ilə "Rusiya iqtisadiyyatını qlobal enerji keçidinə uyğunlaşdırmaq üzrə" işçi qrupları yaratmağa hazırlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RBK" özünün müvafiq mənbələrinə istinadla məlumat yayıb. 

Məlumata görə, Baş nazirin birinci müavini Andrey Belousov sözügedən qrupların kuratoru olacaq.

Çinin iqlim dəyişikliyi ilə mübarizə planları və öz bazarını "çirkli" mallardan qorumaq üçün Aİ-nin radikal təşəbbüsləri fonunda işçi qruplarının yaradılmasına dair qərar iyun ayında qəbul edilib.

Qlobal enerji keçidi alternativ enerjinin inkişafı fonunda ənənəvi yanacağa olan tələbatın azaldılması nəzərdə tutur.

"Qarşıda duran vəzifə - Rusiya iqtisadiyyatı üçün qlobal enerji keçidinin risklərini və imkanlarını müəyyən etmək, bütün istiqamətlər üzrə ssenariləri qiymətləndirmək və ən optimal variantı hazırlamaqdır. Etibarlı məlumatların toplanmasını, idarələrin, təşkilatların və mütəxəssislərin əlaqələndirilməsini təmin etmək vacibdir", - deyə hökumətə yaxın mənbə məsələnin mahiyyətini izah edib.

RBK-nın həmsöhbətlərindən biri bildirib ki, son bir ay ərzində hökumət, Rusiyanın aşağı karbohidratlı inkişaf istiqamətində qlobal iqtisadiyyatın yenidən qurulmasına hazırlaşması ilə bağlı bir sıra qapalı müzakirələr aparıb.

Yay aylarında "iqlim" işçi qruplarının ilkin tərkibi müəyyənləşdirilib və Baş nazir müavinlərinin qapalı iclasları keçirilib. Burada Rusiya üçün risklərin və imkanların təhlilinin ilkin nəticələri müzakirə edilib. Hökumətdə iqlim gündəminin problemlərinin prioritet olmasının vacibliyinə dair anlayış mövcuddur.

Həmçinin oxuyun:

* Fermerə günəş paneli quraşdırmaq neçəyə başa gəlir və sərfəlidirmi?

İşləməyən günəş panelləri: Deputatlar enerji sahəsindəki problemləri topa tutdular

* Asim Mollazadə: "Azərbaycanda günəş panelləri istehsal edilməlidir"

Azərbaycanda günəş elektrik stansiyasının tikintisi rəsmiləşdirildi

683
Teqlər:
Mixail Mişustin
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

İnfeksionist: COVID-19 peyvəndi postkovid sindromundan qoruyur

15
(Yenilənib 21:32 03.08.2021)
İnfeksionist Yevgeni Timakov hesab edir ki, COVID-19 peyvəndi artıq xəstələnmiş insanları sonrakı fəsadlardan qoruyur.

BAKI, 3 avqust — Sputnik. İnsan yoluxduğu halda belə, koronavirusa qarşı peyvənd postkovid sindromundan qoruya bilər.

Bunu ilkin elmi məlumatlar və reabilitasiya mərkəzlərində peyvənd olunanların yoxluğu sübut edir.

"Situasiyanın analizi göstərir ki, reabilitasiya mərkəzlərində peyvənd olunmuş adamlara rast gəlinmir, yəni, ilkin elmi məlumatlara görə, mövcud vaksinlər insanları postkovid sindromundan qoruyur", - infeksionist həkim Yevgeni Timakov RİA Novosti-yə müsahibəsində bildirib.

Koronavirus əleyhinə vaksinasiya Rusiya Federasiyasının bütün bölgələrində aparılır. Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinin COVID-19-un profilaktikası üçün hazırladığı ilk peyvəndi 2020-ci ilin avqustunda qeydiyyatdan keçirib. Ona "Sputnik V" adı verilib. Eləcə də Rusiyada "Rospotrebnadzor"un "Vektor" mərkəzinin «EpiVakKorona» və REA Çumakov adına Mərkəzin «KoviVak» peyvəndləri mövcuddur. Mayın əvvəlində dördüncü yerli peyvənd «Sputnik Layt»ın qeydiyyata alınması barədə məlumat yayılıb.

Eləcə də oxuyun:

15
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksin
День Ашуры в столичной мечети Тезепир

Azərbaycanda Məhərrəm ayının başlayacağı Aşura gününün olacağı tarix açıqlanıb

0
(Yenilənib 19:30 04.08.2021)
Qafqaz Müsəlmanları İdarəsi bildirib ki, avqustun 10-da Azərbaycanda Məhərrrəm ayı başlayacaq, avqustun 19-da isə Aşura günü olacaq.

BAKI, 4 avqust - Sputnik. Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Sputn ik Azərbaycan-a bildirilib ki, avqustun 10-da Azərbaycanda Məhərrrəm ayı başlayacaq. Avqustun 19-da isə Aşura günü olacaq.

Kərbəla hadisəsinin tarixi və ya müsəlmanlar İmam Hüseynə niyə yas saxlayır

Məhərrəm İslam dininə görə 4 “haram” (“Muhərrəm” haram edilmiş mənasındadır - K.R.) aydan biridir. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. İslam mənbələrində Məhərrəm ayı haqda bir sıra məlumatlar var. O cümlədən, həm İslamaqədərki və həm də İslamın gəlişindən sonra bu ayda baş vermiş əlamətdar hadisələr xatırlanır.

Bunların arasında Adəm Peyğəmbərin yaradılışı, İbrahim Peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması, Musa Peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var. 

Ancaq heç şübhəsiz, bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla hadisəsidir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhid olub.

Kərbəla hadisələri yalnız qanlı qırğın, müharibə deyil, bütövlükdə bir hadisələr zənciri olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istifadəsinə qarşı sivil etiraz idi. Həzrət Hüseyn (ə) əməvi xəlifəsi, hakimiyyəti atasından irs almış Yezidin beyət tələbini rədd edir. İslamda irsi sülalə hakimiyyətinin olmadığını, Peyğəmbərin xəlifəsi adına iddia edən şəxsin dinin tələblərinə riayət edən, əxlaqlı, ədalətli insan olması tələbini qoyur. İmam Hüseyn (ə) bir inqilabçı, üsyançı deyil, özünün də dəfələrlə dediyi kimi, islahatçı, insanları doğruya dəvət edən, pisliklərdən çəkindirən və nəhayət, bu yolda öz həyatını və ən yaxınlarını qurban verən bir əzabkeş idi. 

Həzrət Hüseyn bir döyüşçü və ya komandir deyil, ilk növbədə İmam, İslam ümmətinin rəhbəri idi. Bütün qanlı cinayətlərin, qarşılaşdığı haqsızlıq və nifrətin müqabilində düşmənlərini əfv etməsi, mərhəmətlə yanaşması, İmam Hüseynin (ə) rəhmli, mərhəmətli, həqiqi Allah aşiqi olduğunu göstərir. Məhz bu səbəbdən Kərbəla hadisələri, İmam Hüseynin fədakarlığı bir çox dünya mütəfəkkirlərinə böyük təsir göstərib, ilham qaynağı olub.

İmam Hüseyn hicrətin 4-cü (Miladi 626-cı il) ili, Şaban ayının 3-də Mədinə şəhərində dünyaya gəlib. Hüseyn (ə) İmam Əlinin (ə) İmam Həsəndən (ə) sonra dünyaya gəlmiş ikinci övladıdır. Rəvayətə görə, İslam Peyğəmbəri (s) Hüseyni çox sevib əzizləyərmiş. Bununla bağlı bir sıra hədislər var: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”.

İmam Hüseyn (ə) “Əhli-Beyt”in üzvüdür. Məşhur rəvayətə görə, İslam Peyğəmbəri (s) qızı Fatimə, kürəkəni Əli (ə) və nəvələri Həsən və Hüseynin “Əhli-Beyt”dən olduğunu bildirib. İmam Hüseyn (ə) 3-cü imamdır. Qardaşı İmam Həsəndən (ə) sonra müsəlmanların rəhbəri (imam) olub. İmam Hüseyn (ə) İmam Əli ailəsinin üzvü kimi ilahi elmə, yüksək əxlaqi dəyərlərə sahib insan olub. O, bir alim olmaqla yanaşı, atasının yaxın köməkçisi kimi onunla birgə döyüşlərdə iştirak edib.

Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə şəhid edir. Kərbəla şəhidlərinin kəsilmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparılır...

İslam tarixində dönüş nöqtəsi

Hicri Məhərrəm ayının 10-da baş verənlər İslam tarixində dönüş nöqtəsi sayılır. Bu hadisə İslam dünyasında böyük təsir yaratdı. Səhabə və tabeindən olan çox insanlar Yezidə etiraz etdilər, hətta daha sonra xəlifə İmam Hüseynin (ə) öldürülməsi ilə bağlı fərman vermədiyini, bunu Kufə valisinin özbaşına etdiyini deyir. Ancaq etirazlar böyüyür və sonrakı il Mədinədə etirazları yatırmaq üçün əməvi xəlifəsi Yezid şəhərə ordu göndərib Mədinəni yandırır. Ancaq Kərbəla hadisəsindən sonra xilafətdə əməvi sülaləsinə etirazlar dayanmır. Bir neçə ildən sonra baş verən Muxtar Səqəfinin qiyamı zamanı Kərbəlada cinayətə əl atan xəlifə döyüşçüləri cəzalandırılır. Əməvi imperiyası isə zəifləyir. 

Ancaq Peyğəmbərin (s.ə.s) sevimli nəvəsinin və ailə üzvlərinin qətlə yetirilməsi, ailəsinin əsir alınması, Dəməşqə zəncirlənib aparılması böyük bir faciəyə çevrilir. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.ə.s) nəvəsinə yas tuturlar. Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir, hər il müsəlmanlar Aşura qətliamını eyni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyn və tərəfdarlarına yenicə dünyadan köçmüş insanlar kimi yas tuturlar. 

Hicri 61-ci ildən sonra Məhərrəm ayı təqvimdə xüsusi yer aldı. İlk olaraq İmam Hüseyn (ə) ailəsi, daha sonra Kufə müsəlmanları Kərbəlada matəm mərasimlərini keçirməyə başladılar. Təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdi. Fatimilərin dövründə Misirdə Aşura rəsmi əza və matəm günü olaraq qalırdı. İbn Kəsir yazır ki, hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu, xalq Hüseynin susuzluğunu nəzərə alıb küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə Peyğəmbərin (s) vəfat etdiyi günün ildönümündə olduğu kimi əzadar idi. 

Sonrakı illərdə, hətta Əməvilər dövründə sərt qadağalara baxmayaraq hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edib. Hər il Məhərrəmin 10-cu günü əzadarlıq mərasimləri təşkil olunur, Kərbəla şəhidləri yad edilir. Müsəlman ölkələrində böyük bir mədəni irsə çevrilən növhə, mərsiyə yazılı ədəbiyyatı və şəbih tamaşalarının ilham qaynağı Aşura idi.

Ancaq İmam Hüseynə əza saxlamaq yalnız yas tutmaq deyil, həm də onun tutduğu yolun davam etdirilməsi, Peyğəmbər və Əhli-Beyt yoluna sadiqlik, ədalət tərəfdarı, haqsızlığa qarşı olmaq qəbul olunur. Alimlər Aşura əzadarlığını nəzəri olaraq iki hissəyə bölür. Birinci hissə daha çox zahiri əlamətlərlə seçilən və müsəlman ölkələri folklorunun əsasını təşkil edən mərsiyə, növhə, qəsidə kimi yaradıcılıq nümunələri, şəbih teatrları da daxil olmaqla, əzadarlıq mərasimlərini əhatə edir. 

İkinci əsas hissə isə Aşuranın fəlsəfi mahiyyətidir ki, birinci hissə də məhz buna xidmət edir. Hər il müsəlmanlar heç bir çağırış, dəvət olmadan ilin müəyyən ayında əzadarlıq mərasimlərinə qoşulur, dünyada az hallarda rast gəlinən həmrəylik, yaxınlaşma olur. Müsəlmanları Məhərrəm ayında Hüseyn acısı, Kərbəla çölündə tənha, susuz qalan, əzizlərini itirən, əzabla öldürülən 3-cü İmamın acısı bir araya gətirir. 

Aşura ərəblərin cahiliyyə dövründən rəsmi bayram günləri idi. Həmin gün xalq şənlik keçirirdi. İranda Novruz günü bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura, tarixi bayram günü və ayrı-ayrı ərəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu.

Təbii ki, bütün dini məsələlərdə olduğu kimi, Aşura hadisəsinin qeyd olunmasında da ifrata varmalar olur. Aşura hadisəsini əfsanələşdirən, onun mahiyyətini bəzən təhrif edən hekayə və əhvalatlar meydana çıxıb. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edib. Bütün bunlar fərqli yozumlara səbəb olsa da, bütövlükdə təhriflərə, qadağalara baxmayaraq Kərbəla olaylarını unutdurmaq mümkün olmayıb.

Son illərdə müsbət hadisədir ki, Aşurada İmam Hüseynə əza saxlamaqla yanaşı sosial yardımlaşma, ehtiyaclılara yardım, qan verilməsi kimi sosial aksiyalar da keçirilir. 

0