Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya MN də "İskəndər" məsələsinə qarışdı

© Sputnik / Наталья Селиверстова / Mediabanka keçidЗдание министерства обороны РФ на Фрунзенской набережной в Москве
Здание министерства обороны РФ на Фрунзенской набережной в Москве - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
Rusiya MN-in təkzibinə rəğmən, erməni tərəfi ilk dəfə deyil ki, "İskəndər"lərdən Azərbaycan əleyhinə istifadə olunduğunu etiraf edir.

BAKI, 25 fevral - Sputnik. Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı öz "İskəndər"lərindən istifadə etməyib, raketlərin bütün döyüş ehtiyatları ölkənin silahlı qüvvələrinin anbarlarındadır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın Müdafiə Nazirliyindən jurnalistlərin Ermənistan baş naziri Nikol Paşinyanın "İskəndər"lərin müharibə zamanı partlamaması və ya cəmi 10%-nin partlaması barədə iradına cavab olaraq deyiblər. 

"Bizdə olan obyektiv və səhih, obyektiv nəzarət sisteminin də təsdiq etdiyi məlumatlara görə, bu tip raket kompleksinin heç biri Dağlıq Qarabağda münaqişə zamanı istifadə olunmayıb. Raketlərin döyüş başlıqlarının hamısı Ermənistan Respublikasının SQ-nin anbarlarındadıır", - qurumdan bildirilib.

"Ola bilsin, Ermənistanın baş naziri Nikol Paşinyana yanlış mıəlumat veriblər və o, dəqiq olmayan informasiyanı səsləndirib", - məlumata əlavə olunub.

Bunlara rəğmən, erməni tərəfi ilk dəfə deyil ki, "İskəndər"lərdən Azərbaycan əleyhinə istifadə olunduğunu etiraf edir. Məsələn, 2020-ci il noyabrın 19-da Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət İdarəsinin sabiq rəisi Movses Akopyan bəyan edib ki, Dağlıq Qarabağda müharibə zamanı ermənilər “İskəndər” operativ-taktiki kompleksindən istifadə edib

“İstifadə olunub (“İskəndər”- red). Deyə bilmərəm hansı istiqamətdə”, - deyə Akopyan brifinqdə "niyə “İskəndər”dən istifadə olunmayıb" sualını cavabında bildirib.

Xəbər lenti
0