Rusiyada təcili yardım maşını, arxiv şəkli

Rusiyada koronavirusa yoluxanların sayı durmadan artır

9
(Yenilənib 20:50 24.02.2021)
Rusiyada bu xəstəliyə yoluxanların sayı 4200902-yə çatıb. Pandemiya yayılandan bu ölkədə 84430 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 24 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11749 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 383 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4200902-yə çatıb. Rusiyada pandemiya yayılandan 84430 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3751562-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

9
Vnukovo hava limanında təyyarə, arxiv şəkli

Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib

11
(Yenilənib 22:58 12.04.2021)
Hökumət rəsmisi Rusiyanın bu ölkələrlə 1,5 aylıq müddətə, aprelin 15-dən iyunun 1-nə kimi həm müntəzəm, həm də çarter reyslərini dayandırdığını açıqlayıb.

 

BAKI, 12 aprel — Sputnik. Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır. 

APA-nın verdiyi məlumata görə, bu barədə baş nazirin müavini Tatyana Qolikova bildirib. 

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Rusiya adı çəkilən iki ölkə ilə çarter reyslərini dayandırmağa qərar verib.

Hökumət rəsmisi Rusiyanın bu ölkələrlə 1,5 aylıq müddətə, aprelin 15-dən iyunun 1-nə kimi həm müntəzəm, həm də çarter reyslərini dayandırdığını açıqlayıb.

11
Damla (Mənsümə Məmmədova), arxiv şəkli

Damlanın iştirak etdiyi toya polis gəldi - VİDEO

14
(Yenilənib 20:24 12.04.2021)
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları asayişin pozulduğu məkana gəliblər. "Zolotoy dvor" şadlıq evində məclisə gələnlər saxlanılıb. Buna səbəb yeni evlənənlərin şərəfinə toy sahiblərinin havaya atəş açması olub

BAKI, 12 aprel — Sputnik. Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy mərasimində atəş açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, məclisdə müğənni Damla da yer alıb. Bu haqda onun prodüseri Şamil sosial şəbəkədə paylaşım edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları asayişin pozulduğu məkana gəliblər. "Zolotoy dvor" şadlıq evində məclisə gələnlər saxlanılıb. Buna səbəb yeni evlənənlərin şərəfinə toy sahiblərinin havaya atəş açması olub.

Şamil bildirib ki, yaşanan hadisəyə görə gecə səhər saat 5-ə qədər polis bölməsində qalıb.

14
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0