Sputnik V peyvəndi, arxiv şəkli

Rusiya iyun ayınadək koronavirusa qarşı 88 milyon peyvənd dozası istehsal edəcək

15
Rusiya bu günə qədər 7.9 milyon COVID-19 peyvənd dozası istehsal edib. Bu ilin ilk rübünün sonuna qədər bu rəqəm ümumilikdə koronavirusa qarşı  30,5 milyon doza olacaq.

BAKI, 20 fevral — Sputnik. Rusiya Baş nazirinin müavini Tatiana Qolikova, bu gün dövlət televiziyasında verdiyi açıqlamada peyvənd istehsalı haqda danışıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, baş nazirin müanini bildirib ki, cari ili ilk yarısında Rusiya 83 milyon Sputnik V peyvəndi olmaqla ümumilikdə koronavirusa qarşı 88 milyon peyvənd dozası istehsal edəcək.

Qeyd edək ki, Rusiya bu günə qədər 7.9 milyon COVID-19 peyvənd dozası istehsal edib. Bu ilin ilk rübünün sonuna qədər bu rəqəm ümumilikdə koronavirusa qarşı 30,5 milyon doza olacaq.

15
Teqlər:
peyvənd, Koronavirus, epidemiya, COVID-19, Sputnik-V peyvəndi, Rusiya
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

11
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

11
Leonid Kalaşnikov, arxiv şəkli

Dövlət Dumasının komitə sədrindən Paşinyanın "İsgəndər" bəyanatı barədə maraqlı açıqlama

21
(Yenilənib 19:50 26.02.2021)
"Yadımdadır, o (Nikol Paşinyan) Yerevanın küçələrində çevriliş günlərində hərəkata başçılıq edəndə rus dilini bilmirdi və onu öyrənirdi".

BAKI, 26 fevral — Sputnik. "Paşinyanı tanıyaraq fikriləşirəm ki, Nikol sadəcə bunu rus dilini bilməməkdən və ya pis bilməkdəın edib". Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov Sputnik-in studiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raketləri ilə bağlı məlum fikrini şərh edərkən belə deyib.

"Yadımdadır, o Yerevanın küçələrində çevriliş günlərində hərəkata başçılıq edəndə rus dilini bilmirdi və onu öyrənirdi. Məncə o bu ifadəni işlədəndə dərindən fikirləşməyib. Yəni, 10%, 20% nə deməkdir? Raket 10% partlayıb? Amma bu raketin istifadəsi faktı çox şeydən xəbər verir" - Kalaşnikov bildirib.

21
Yemək yeyən insanlar, arxiv şəkli

Gecə keyfi həbslə bitdi: dörd kişi bir qadına polis rəhm etmədi

0
(Yenilənib 14:07 27.02.2021)
Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətirilib

BAKI, 27 fevral — Sputnik. Ağstafa rayonunda karantin rejimini pozan kafe aşkarlanıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar.

Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba DünyəmovŞərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimə edilib, E.Atakişiyev 15 sutka, F.Yolçuyev 20 sutka, İ.Yolçuzadə 7 sutka, X. Dünyəmov 15 sutka, Ş.Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs ediliblər.

0
Teqlər:
cərimə, həbs, polis, karantin, kafe
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar