Rusiyada vaksinasiya, arxiv şəkli

Rusiya daha bir koronavirus peyvəndini təsdiqlədi

23
Baş nazirin Mixail Mişustinin açıqlamasına əsasən, bu peyvənd mart ayından istifadə olunmağa başlanılacaq.

BAKI, 20 fevral — Sputnik. Rusiya daha bir koronavirus peyvəndini təsdiqləyib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin açıqlama verib. KoviVak adlanan peyvənd REA-nın M.Çumakov adına Mərkəzi tərəfindən hazırlanıb. Baş nazirin açıqlamasına görə, bu peyvənd mart ayından istifadə olunmağa başlanılacaq.

Qeyd edək ki, Rusiya koronavirus peyvəndini təsdiqlədən ilk ölkədir. Rusiyanın ötən ilin avqustunda ilk təsdiqlənən peyvəndi Sputnik V hazırda dünyanın müxtəlif ölkələrində vurulur. Rusiyanın digər təsdiq olunmuş peyvəndi EpiVakKorona-dır.

23
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada qorxunc olay: Əli bıçaqlı adam qarşısına keçənləri kəsib

17
(Yenilənib 17:36 07.03.2021)
Hadisənini şahidi: "Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi".

BAKI, 7 mart — Sputnik. Bu gün Volqoqrad sakini əlində bıçaqla küçədən keçənlərin üzərinə hücum edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

"Bu gün səhər saat 7 radələrində işə getmək üçün həyətə çıxdım. Blokdan çıxan kimi gördüm ki, idman geyimində, qan içində olan bir kişi qaçır. Onun bir əlində böyük burğac, digər əlində bıçaq var idi. Mənim üzərimə qaçırdı. Ardınca isə polis qaçırdı. Mən özümü itirib nə edəcəyimi bilmədim. Bir təhər yana çəkildim", - deyə hadisə şahidlərindən biri danışıb.

Onun sözlərinə görə, həmin vaxt qonşu dükandan satıcı çıxaraq kişiyə travmatik tapançadan atəş açmağa başlayıb.

"Polis əməkdaşı qışqırırdı: "Atəş aç ona, atəş aç!". Beş və ya altı atəş açıldı. Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi", - şahid deyir.

Kişini yalnız polis-patrul xidməti gəldikdən sonra tutmaq mümkün olub. Lakin onu polislər yox, sakinlərdən biri başına boru ilə zərbə endirərək "sakitləşdirib".

Şahidlər bildirib ki, cinayətkar ən azı bir nəfərə xəsarət yetirib, Qan içində olan qadını təcili yardım aparıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdır.

17

Rusiya məktəblərində inqilabi addım: Uşaqlara qarşı rəqəmsal cinayətlərin qarşısı alınacaq

2034
(Yenilənib 00:13 06.03.2021)
Rusiyanın Təhsil naziri: "Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq",

BAKI, 6 mart - Sputnik. İlin sonuna qədər Rusiya məktəbləri yalnız təsdiqlənmiş kontentə giriş üçün nəzərdə tutulan Wi-Fi şəbəkəsinə qoşulacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Təhsil Naziri Sergey Kravtsov "Rossiya24" telekanalının efirində Nailə Əsgər-Zadəyə verdiyi müsahibəsində deyib. 

"Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq", - deyə nazir bildirib. 

Kravtsov ilin sonuna qədər bütün şəhər məktəblərinin saniyədə ən az 100 meqabit, kənd məktəblərinin saniyədə 50 meqabit sürətlə internetə qoşulacağını vurğulayıb.

Bu həftənin əvvəlində Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında interneti izləməyin və uşaqları orada qanunsuz hərəkətlərə cəlb edənlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb.
Daha sonra "Biz Birlikdəyik" aksiyasının iştirakçıları ilə görüşdə prezident internet vasitəsilə uşaqlar arasında uşaq pornoqrafiyasının və narkotik maddələrin təbliğ olunduğunu qeyd edib.

O, həmçinin vurğulayıb ki, internet belə şəxslər üçün yetkinlik yaşına çatmayanlardan istifadə edərək qazanc əldə etmək mənbəyidir. Bundan sonra İstintaq Komitəsinin rəhbəri Aleksand Bastrıkin tabeliyində olanlara "internetə sızmağı" və rəqəmsal cinayətlərlə daha aktiv işləməyi tapşırıb.

2034
Bəşər Əsəd, arxiv şəkli

Əsəd ailəsi koronavirusa yoluxdu

0
(Yenilənib 16:29 08.03.2021)
Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib

BAKI, 8 mart - Sputnik. Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb. 

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir. 

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.   

0
Teqlər:
Koronavirus, Suriya, Əsma Əsəd, Bəşər Əsəd
Mövzu:
Yeni tip koronavirus pandemiyası