Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İndi də Navalnının arvadı Almaniyada

© REUTERS / Toby MelvilleСитуация в Лондоне
Ситуация в Лондоне - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Bundan öncə Navalnayanın vəkili Veronika Polyakova Yuliyanın Moskvanı tərk edib Almaniyaya getməsi barədə suallara "xəbərim yoxdur" demişdi.

BAKI, 10 fevral - Sputnik. Rusiyalı bloger, müxalifətçi Aleksey Navalnının xanımı Yuliya Almaniyaya uçub.

Sputnik Azərbaycan bildirir ki, Spiegel qəzeti bu səfərin şəxsi xarakter daşıdığını yazıb. 

Ситуация в связи с эпидемиологической обстановкой в Москве - Sputnik Azərbaycan, 1920, 31.01.2021
RUSİYA
Navalnının arvadını yenə tutdular - VİDEO

Yuliya Navalnaya Frankfurta gedib. Onunla birlikdə uçan sərnişinlərdən birinin sözlərinə görə, hər kəsin aeroportun tranzit zonanı tərk edib dövlət nəzarətindən keçməsinə baxmayaraq, Navalnaya uzun müddət orada gözləyib. Bunun səbəbini kimsə izah etməyib.

Bundan öncə Navalnayanın vəkili Veronika Polyakova Yuliyanın Moskvanı tərk edib Almaniyaya getməsi barədə suallara "xəbərim yoxdur" demişdi. Y.Navalnayanın Almaniya səfərini bu ölkənin Nazirlər Kabineti və Lufthansa şirkəti də şərh etməkdən boyun qaçırıb.

Qeyd edək ki, Aleksey Navalnı yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı. Fevralın 2-də Moskvanın Simonovski məhkəməsi Navalnının Yves Rocher işi üzrə şərti cəzasının ləğv edilməsinə və onun ümumi rejimli koloniyada cəza çəkmək şərti ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Bundan sonra ABŞ, Almaniya, Fransa və İngiltərə də daxil olmaqla bir çox ölkələr Navalnının sərbəst buraxılması üçün Rusiya səlahiyyətlilərinə müraciət edib.

Xəbər lenti
0