Almaz-Antey konserni Volk-18 (Canavar-18)

Bu ixtira Bayraktarı düşündürəcək - Dronların qənimi gəlir

1578
(Yenilənib 14:33 10.02.2021)
Şirkətin yaydığı məlumata görə, "Volk-18" uçuş sınaqları zamanı "real hədəf dronları məhv edib". "Dövlət sınaqlarını bu il keçirməyi planlaşdırırıq", - deyə konserndən bildirilib.

BAKI, 10 fevral — Sputnik. S-400 zenit-raket komplekslərinin yaradıcısı, "Almaz-Antey" konserni "Volk-18" (Canavar-18) PUA ələ keçirənin sınaqlarını yekunlaşdırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, "Volk-18" düşmən dronlarını avtomatik rejimdə tapa, vura və ya onlarla toqquşa bilər.

Şirkətin yaydığı məlumata görə, "Volk-18" uçuş sınaqları zamanı "real hədəf dronları məhv edib".

"Dövlət sınaqlarını bu il keçirməyi planlaşdırırıq", - deyə konserndən bildirilib.

Qeyd olunur ki, "Volk-18" müasir optik-lokasiya sistemi və idarəetmə sistemi ilə təchiz olunub.

1578
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada qorxunc olay: Əli bıçaqlı adam qarşısına keçənləri kəsib

16
(Yenilənib 17:36 07.03.2021)
Hadisənini şahidi: "Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi".

BAKI, 7 mart — Sputnik. Bu gün Volqoqrad sakini əlində bıçaqla küçədən keçənlərin üzərinə hücum edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

"Bu gün səhər saat 7 radələrində işə getmək üçün həyətə çıxdım. Blokdan çıxan kimi gördüm ki, idman geyimində, qan içində olan bir kişi qaçır. Onun bir əlində böyük burğac, digər əlində bıçaq var idi. Mənim üzərimə qaçırdı. Ardınca isə polis qaçırdı. Mən özümü itirib nə edəcəyimi bilmədim. Bir təhər yana çəkildim", - deyə hadisə şahidlərindən biri danışıb.

Onun sözlərinə görə, həmin vaxt qonşu dükandan satıcı çıxaraq kişiyə travmatik tapançadan atəş açmağa başlayıb.

"Polis əməkdaşı qışqırırdı: "Atəş aç ona, atəş aç!". Beş və ya altı atəş açıldı. Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi", - şahid deyir.

Kişini yalnız polis-patrul xidməti gəldikdən sonra tutmaq mümkün olub. Lakin onu polislər yox, sakinlərdən biri başına boru ilə zərbə endirərək "sakitləşdirib".

Şahidlər bildirib ki, cinayətkar ən azı bir nəfərə xəsarət yetirib, Qan içində olan qadını təcili yardım aparıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdır.

16

Rusiya məktəblərində inqilabi addım: Uşaqlara qarşı rəqəmsal cinayətlərin qarşısı alınacaq

2031
(Yenilənib 00:13 06.03.2021)
Rusiyanın Təhsil naziri: "Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq",

BAKI, 6 mart - Sputnik. İlin sonuna qədər Rusiya məktəbləri yalnız təsdiqlənmiş kontentə giriş üçün nəzərdə tutulan Wi-Fi şəbəkəsinə qoşulacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Təhsil Naziri Sergey Kravtsov "Rossiya24" telekanalının efirində Nailə Əsgər-Zadəyə verdiyi müsahibəsində deyib. 

"Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq", - deyə nazir bildirib. 

Kravtsov ilin sonuna qədər bütün şəhər məktəblərinin saniyədə ən az 100 meqabit, kənd məktəblərinin saniyədə 50 meqabit sürətlə internetə qoşulacağını vurğulayıb.

Bu həftənin əvvəlində Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında interneti izləməyin və uşaqları orada qanunsuz hərəkətlərə cəlb edənlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb.
Daha sonra "Biz Birlikdəyik" aksiyasının iştirakçıları ilə görüşdə prezident internet vasitəsilə uşaqlar arasında uşaq pornoqrafiyasının və narkotik maddələrin təbliğ olunduğunu qeyd edib.

O, həmçinin vurğulayıb ki, internet belə şəxslər üçün yetkinlik yaşına çatmayanlardan istifadə edərək qazanc əldə etmək mənbəyidir. Bundan sonra İstintaq Komitəsinin rəhbəri Aleksand Bastrıkin tabeliyində olanlara "internetə sızmağı" və rəqəmsal cinayətlərlə daha aktiv işləməyi tapşırıb.

2031
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0