Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pəncərədən yıxılan kişi körpəni öldürdü

© pixabay / AntraniasДетская коляска,фото из архива
Детская коляска,фото из архива - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
Şahidlərin sözlərinə görə, qadın uşağını arabada gəzdirirmiş. Qəfildən hündürlükdən arabanın üstünə bir adam düşüb

BAKI, 4 fevral - Sputnik. Rusiyada ikiqat faciə olub. Pənəcərədən yıxılan kişi arabadakı uşağın üstünə düşüb və onu öldürüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Вести Воронеж" məlumat yayıb.

Bildirilir ki, hadisə çoxmərtəbəli evin həyətində baş verib. Şahidlərin sözlərinə görə, qadın uşağını arabada gəzdirirmiş. Qəfildən hündürlükdən arabanın üstünə bir adam düşüb. Körpə cəmi beş aylıq imiş. Hadisədən bir neçə dəqiqə sonra uşaq təcili tibbi yardım maşınında keçinib. Onun anası şok keçirdiyindən həkimlər sakitləşdirici iynə vurublar. 

Qonşuların sözlərinə görə, həlak olan kişinin təxminən 30 yaşı varmış.

Xəbər lenti
0