Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 74 mini keçdi

© REUTERS / ANTON VAGANOVМедик в одном из городов Росии, фото из архива
Медик в одном из городов Росии, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 74158 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3340545-ə çatıb.

BAKI, 2 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 16643 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 539 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3884730-a çatıb. Rusiyada pandemiya yayılandan 74158 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3340545-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103,4 milyonu keçib, 2,23 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0