Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada son sutkada 437 nəfər koronavirusdan öldü

© AFP 2023 / NATALIA KOLESNIKOVAМедик в одном из городов Росии, фото из архива
Медик в одном из городов Росии, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3868087-yə çatıb. Rusiyada pandemiya yayılandan 73619 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 1 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 17648 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 437 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3868087-yə çatıb. Rusiyada pandemiya yayılandan 73619 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3318173-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 milyonu keçib, 2,22 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0