Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva yeni etiraz mitinqlərinə hazırlaşır - Metronu bağlayırlar

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidMoskvada polis əməkdaşı, arxiv şəkli
Moskvada polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bazar günü Rusiya paytaxtında yeni etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. Bu səbəbdən Moskva polisi bir neçə metro stansiyasını bağlamaq niyyətindədir

BAKI, 29 yanvar - Sputnik. Moskvada yanvarın 31-də yeni razılaşdırılmamış aksiyaların keçirilməsinə çağırışlar edildiyindən paytaxtın mərkəzindəki yeddi metro stansiyasını bağlayacaqlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Daxili İşlər Naziliyi Baş İdarəsi məlumat yayıb. 

"Saat 8:00-dan Moskva metropoliteninin "Aleksandrovskiy sad", "Oxotnıy ryad", "Teatralnaya", "Ploşşad Revolyutsii", "Kuznetskiy most", "Lubyanka" və "Kitay-qorod" stansiyaları bağlanacaq. Bütün məhdudiyyətlər polisin xüsusi göstərişinədək qüvvədə olacaq", - məlumatda deyilir. 

Алексей Навальный, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
G7 ölkələrinin Navalnı tələbi

Bundan başqa, bazar günü Moskvanın mərkəzində piyadaların hərəkəti də məhdudlaşdırılacaq. 

Bu ərəfədə DİN və Baş Prokurorluq kütləvi iğtişaşların təşkili və onlarda iştirakın məsuliyyət yaratdığı barədə xəbərdarlıq yayıblar. 

RF CM-nin 212-ci maddəsinə görə, "zorakılıq, iğtişaş, yanğın, əmlakın məhv edilməsi, silah tətbiqi,  <…> eləcə də hakimiyyət nümayəndələrinə zor tətbiq edilməsi ilə müşayiət olunan" qarşıdurmaların təşkilinə görə şübhəlilər 8-15 il həbs cəzası ala bilərlər. Kütləvi iğtişaşlarda iştiraka görə isə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

Xəbər lenti
0