Rusiyanın Qelencik şəhərində Saray

Navalnı iddia edir, Putin təkzib verir, bəs bu saray kimindir? - VİDEO

37
(Yenilənib 19:43 29.01.2021)
Rusiya Prezidenti Vladimir Putinin Gelencikdə saray tikdirməsi ilə bağlı Navalnının qaldırdığı mövzu hər kəsi maraqlandırıb. Onun izi ilə Qara dəniz sahilinə gedənlər bəs nə görüblər?

BAKI, 29 yanvar — Sputnik. Aleksey Navalnının paylaşımında bəhs etdiyi Rusiyanın Gelencik şəhərindəki "saray" tikintinin sıfır mərhələsindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya KİV-ində yayılan məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda sarayın darvazası belə yoxdur. Bildirilir ki, Gelencikdəki "saray"da Qış sarayının fasadındakı başında tac olan qartaldan əsər-əlamət yoxdur. Müəllif həmin ərazidən bəhs edərkən onu "böyük beton" adlandırıb: "Əslində hər şey tikintinin sıfır mərhələsindədir. Ətrafda xeyli sayda işçi var. Hər addımda tikintidə işləyən adamları görürsən. Biz binaya baxış keçirdiyimiz vaxt uşaqlar qazırdılar, tikirdilər, bir sözlə, etməli olduqları işi görürdülər... Düzünü desək, olduqca maraqsız idi. Həmin o sarayı görmək mümkün olmadı".

Qeyd edək ki, yanvarın 25-də Rusiya Prezidenti Vladimir Putin rusiyalı tələbələrlə onlayn görüşdə bildirib ki, Aleksey Navalnının Gelencikdəki "Saray" haqqında filmini izləməyib, çünki onu izləməyə vaxtı yoxdur. Lakin köməkçilərinin hazırladığı seçmə videolara göz gəzdirib.

"Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsusdur və heç vaxt da olmayıb. Heç vaxt", - deyə Putin qeyd edib.

O qeyd edib ki, filmdə onun tanışları, sabiq həmkarları, "hansısa uzaq qohumları"nın adları çəkilir: "Lakin mənim heç vaxt görmədiyim adamların da adı çəkilir. Bu informasiya 10 ildən çox müddətdir ki, yayılır, indi isə bu məlumatları birləşdiriblər və bunlarla bizim vətəndaşlarımızın beynini yumaq istəyiblər".

37
Teqlər:
video, saray, iddia, Aleksey Navalniy, Vladimir Putin, Rusiya
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Azimut aviaşirkətinin təyyarəsi, arxiv şəkli

Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır

12
Biletlər üçün minimum qiymətlər 25 avrodan başlayacaq. Biletlər artıq satışdadır. Cədvəldə saatlar Rusiyanın yerli vaxtı ilə ifadə olunub.

BAKI, 12 iyun — Sputnik. Rusiyanın "Azimut" Hava Yolları iyunun 19-dan etibarən Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aviadaşıyıcının rəsmi saytında məlumat verilib. Belə ki, Bakıya Mineralnıye Vodıdan müntəzəm uçuşlar 19 iyun, Krasnodardan isə 26 iyundan etibarən (hər şənbə günü olmaqla) başlanacaq. Rostov-Dondan uçuşlar iyunun 23-dən etibarən yaz-yay mövsümüm sonuna qədər çərşənbə günləri həyata keçiriləcək.

Rostov-Don - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 09:15-də Rostov-Dondan qalxacaq və 12:20-də Bakıya enəcək. Daha sonra saat 13:20-də isə Bakıdan yola düşəcək və 14:35-də Rostov-na-Donuya eniş edəcək.

Krasnodar - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 08:10-da Krasnodardan yola düşəcək və 11:10-da Bakıya enəcək. Daha sonra 13:05-də Bakıdan qalxacaq və 13:55-də Krasnodara eniş edəcək.

Mineralnıye Vodi - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 10:20-də Mineralnıye Vodıdan uçuşa başlayacaq və 13:00-da Bakıya eniş edəcək. Bakıdan isə saat 14:45-də qalxacaq və 15:10-da Mineralnıye Vodıya eniş edəcək.

Qeyd edək ki, biletlər üçün minimum qiymətlər 25 avrodan başlayacaq. Biletlər artıq satışdadır. Cədvəldə saatlar Rusiyanın yerli vaxtı ilə ifadə olunub.

Eləcə də oxuyun:

  • Bakıda təyyarə məcburən anqara qayıtdı

  • AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

12
Teqlər:
Azərbaycan, Rusiya, aviareys, uçuş, təyyarə