Co Bayden, arxiv şəkli

Bayden and içəndən sonra "nüvə sakitliyi" gözlənilir

15
(Yenilənib 20:11 20.01.2021)
ABŞ-ın dövlət katibi postuna namizəd göstərilən Entoni Blinken məlumat verib ki, Ağ Evin yeni komandası nüvə silahı barədə müqavilənin müddətinin uzadılmasına nail olmağa çalışacaq

BAKI, 20 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyası andiçmə mərasimindən dərhal sonra Vaşinqtonla Moskva arasında bağlanmış SHS III (Strateji Hücum Silahları Haqqında) müqaviləsinin müddətinin uzadılması məsələsinə baxmaq niyyətindədir. Hərbi politoloq Andrey Koşkin Sputnik radiosunun efirində bu məsələni şərh edib.

Qeyd edək ki, bu barədə ABŞ-ın dövlət katibi postuna namizəd göstərilən Entoni Blinken məlumat verib. Onun sözlərinə görə, Ağ Evin yeni komandası müqavilənin müddətinin uzadılmasına nail olmağa çalışacaq. E.Blinken onu da qeyd edib ki, bununla belə, administrasiya raketdən müdafiə sistemindəki məhdudiyyətlərlə razılaşmayacaq.

G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının rəhbəri Andrey Koşkin Sputnik radiosunun efirində məsələni şərh edərkən bildirib ki, Bayden administrasiyasının müqavilənin müddətini uzatmaq niyyətini sadəcə alqışlamaq olar.

"Bu, ABŞ və Rusiya Federasiyası arasındakı qarşılıqlı münasibətlər vektorunu müəyyən dərəcədə dəyişdirir. Sözügedən addım hər bir halda nüvə silahı yarışının qarşısının alınması mexanizmini qoruyub saxlamaq cəhdi kimi qiymətləndirilməlidir və çox güman ki, ABŞ administrasiyasının bu istiqamətdə yeni siyasətinin başlanğıcı olacaq. Yəqin ki, ABŞ da daxil olmaqla, dövlətlərin nüvə silahı ilə silahlanmasına nəzarət etməyə tam imkan verə biləcək digər razılaşmaların bağlanmasına da gətirib çıxaracaq", – deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında SHS III müqaviləsi 5 fevral 2011-ci il tarixində qüvvəyə minib. Müqavilə hər iki tərəfin qarşıdakı yeddi ildə və gələcəkdə ümumi silah sayının 700 qitələrarası ballistik raket, həmçinin sualtı qayıq və ağır bombardmançı təyyarələrdəki ballistik raketlər, 1550 döyüş başlığı və 800 raket-buraxılış qurğusu ilə məhdudlaşdırılmasını nəzərdə tutur. Sözügedən müqavilə hazırda Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılmasına dair yeganə qüvvədə olan sənəddir və onun müddəti 2021-ci il fevral ayının 5-də başa çatacaq.

15
Teqlər:
Co Bayden, nüvə anlaşması, nüvə silahı, Rusiya, ABŞ
Moskvada Kremlə mənzərə, arxiv şəkli

Kreml Paşinyanın "İskəndər"lərlə bağlı açıqlamalarından məmnundur

46
(Yenilənib 14:58 01.03.2021)
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov: "Çox önəmlidir ki, bu məsələdə həqiqət bərpa olundu".

BAKI, 1 mart — Sputnik. "Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra "İskəndər" məsələsində ona yanlış məlumatın çatdırılması qənaətinə gəlməsinə dair Yerevandan səsləndirilən bəyanatlardan məmnundur ". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Çox önəmlidir ki, bu məsələdə həqiqət bərpa olundu", - Peskov qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra bu qənaətə gəlib ki, ona "İskəndər"lərlə bağlı yanlış məlumat verilib.

"Ermənistan Baş naziri və Rusiya Federasiyası Prezidenti bu yaxınlarda baş tutan telefon danışığı zamanı digər məsələlərlə yanaşı Ermənistan Baş nazirinin "İskəndər" sisteminin tətbiqi ilə bağlı bəyanatını da müzakirə ediblər", - deyə Gevorqyan bildirib.

Agentlik qeyd edir ki, mövcud faktlar və məlumatların müqayisəsi nəticəsində Ermənistan Baş naziri bu qənaətə gəlib ki, cari duruma dair ona yanlış məlumat verilib.

"Bundan əlavə, Baş nazirin bəyanatının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiqlik əlaqələrinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahələrində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir", - deyə Paşinyanın mətbuat katibi qeyd edib.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan "1in.am" nəşrinə müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb.

Bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.

"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları verməyib.

Jurnalistin "belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" komleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

46
 Rusiyada epdimioloji vəziyyət

Rusiyada koronavirusdan bir gündə 333 nəfər öldü

9
(Yenilənib 14:59 01.03.2021)
Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 257 640-a çatıb. Rusiyada pandemiya yayılandan 86 455-ə nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 823 074- ə çatıb.

BAKI, 1 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 11 571 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 333 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 257 640-a çatıb. Rusiyada pandemiya yayılandan 86 455-ə nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 823 074- ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

9
Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0