Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Qarabağ üzrə üçtərəfli bəyanat ardıcıl şəkildə reallaşdırılır"

58
(Yenilənib 15:31 11.01.2021)
Rusiya, Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupu Qarabağda ticari və iqtisadi əlaqələrin bərpası məsələləri ilə məşğul olacaq

BAKI, 11 yanvar — Sputnik. Qarabağ üzrə üçtərəfli bəyanat ardıcıl şəkildə reallaşdırılır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü bildirib.

"Qarabağ üzrə razılaşmalar ardıcıl şəkildə reallaşdırılır, bu münaqişənin ədalətli əsaslarla həlli üçün ilkin şərtlər yaradır", - deyə Putin qeyd edib.

Rusiya Prezidenti qeyd edib ki, Dağlıq Qarabağda vəziyyət sakit olaraq qalır, artıq 48 minə qədər qaçqın regiona qayıdıb.

"Rusiya, Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupu Qarabağda ticari və iqtisadi əlaqələrin bərpası məsələləri ilə məşğul olacaq", - deyə Putin qeyd edib.

O, vurğulayıb ki, bu işçi qrupuna baş nazir müavinlərinin rəhbərlik edəcək.

Xatırladaq ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir

Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

58
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

14
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

14
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

20
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

20
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0