Mi-24 helikopteri, arxiv şəkli

Rusiya Mİ-24-ün vurulması ilə bağlı Azərbaycana müraciət edib

201
(Yenilənib 13:54 05.01.2021)
Belə ki, söhbət ekstradisiya edilə bilməyən xarici vətəndaşlardan getdiyi üçün Rusiya tərəfi istintaq materiallarını həmin şəxlərin məsuliyyətə cəlb edilməsi üçün Bakıya göndərəcək.

BAKI, 5 yanvar — Sputnik. Rusiya hərbi müstəntiqləri azərbaycanlı həmkarlarına Ermənistan və Azərbaycan sərhədində Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı cinayət işinin istintaqı üçün müraciət edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, işin istintaqı zamanı bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti yaranıb.

"Şübhəlinin şəxsiyyətinin, habelə bu hadisənin bəzi hallarının dəqiqləşdirilməsi zərurəti yaranıb. Bununla əlaqədar beynəlxalq hüquq yardım üçün Azərbaycana müraciət göndərilib", -  deyə bildirilb.

Qeyd edilib ki, yalnız müvafiq materialları aldıqdan sonra rus hərbi pilotlarına ödənişin verilməsi məsələsi həll edilə bilər.

Belə ki, söhbət ekstradisiya edilə bilməyən xarici vətəndaşlardan getdiyi üçün Rusiya tərəfi istintaq materiallarını həmin şəxlərin məsuliyyətə cəlb edilməsi üçün Bakıya göndərəcək.

Hazırda Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqləri tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin ömürlük azadlıqdan məhrum etmə cəzasına qədər nəzərdə tutulan "İki və ya daha çox şəxsi qəsdən öldürmə" maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq müddətinin daha iki ay uzadılacağı gözlənilir.

Xatırladaq ki, Mİ-24 noyabrın 9-da Ermənistanın hava sahəsində vurulub. Hadisə zamanı iki nəfər ölüb, bir nəfər yaralanıb.

201
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

13
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

13
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır

16
(Yenilənib 16:29 18.01.2021)
"Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk".

BAKI, 18 yanvar — Sputnik. "Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən emosional bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər". Bilirsiniz necə? Söz material gücə çevrilir. Bu halda müxtəlif tərəflərdən sözlər neqativ material gücə çevrildilər. Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk. Mən ümid edirəm ki, emosiyalar ikinci plana keçiriləcək", - deyə Lavov qeyd edib.

16
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

0
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

0