Andrey Stenin fotojurnalistika müsabiqəsi

Andrey Stenin fotojurnalistika müsabiqəsinə fotoların qəbulu başladı

6
(Yenilənib 14:00 22.12.2020)
2021-ci ildə müsabiqənin mükafat fondu hər nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərə müvafiq olaraq, 125, 100 və 75 min rubldur. Müsabiqənin ən yüksək mükafatı olan Qran-prinin sahibi isə 700 min rubl məbləğində pul mükafatı ilə ödülləndiriləcək.

BAKI, 22 dekabr — Sputnik. Moskvada yeddinci Andrey Stenin Beynəlxalq Fotojurnalistika müsabiqəsi start götürüb. Ənənəyə uyğun olaraq, "Rossiya Seqodnya" media qrupunun xüsusi fotomüxbirinin ad günündə onun xatirəsinə həsr olunmuş müsabiqəyə dünyanın hər yerindən gənc fotoqrafların işlərinin qəbuluna başlanılıb. 18-33 yaş arası peşəkar fotoqraflar öz işlərini stenincontest.ru saytına rus (http://stenincontest.ru), ingilis, (https://stenincontest.com) və çin dillərində (https://cn.stenincontest.com) göndərə bilərlər. Müsabiqədə həm tək, həm də silsilə şəklində fotolar 4 nominasiya üzrə dəyərləndiriləcək: "Əsas xəbərlər", "İdman", "Mənim planetim" və "Portret – zəmanəmizin qəhrəmanı". Nominasiyaların hər birinə ya bir ədəd tək, ya da eyni silsilədən olan bir neçə foto ilə qatılmaq mümkündür.

2021-ci ildə müsabiqənin mükafat fondu hər nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərə müvafiq olaraq, 125, 100 və 75 min rubldur. Stenin adına müsabiqənin ən yüksək mükafatı olan Qran-prinin sahibi isə 700 min rubl məbləğində pul mükafatına layiq görüləcək.

Bu müsabiqə eyni zamanda, gənc fotojurnalistlərə öz işlərini həm Rusiyada, həm də dünyada nümayiş etdirmək imkanı verəcək. Belə ki, laureatların fotolarının nümayiş olunduğu sərgi turu Rusiya ilə yanaşı, Avropa, Asiya, Latın Amerikası, Afrika və Yaxın Şərqin onlarla şəhərini əhatə edir.

Bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York qərargahı da 2018-ci ildən bəri müsabiqənin ekspozisiya sahəsinə daxil edilib. 2019-cu ildən isə müsabiqə çərçivəsində təşkil olunan sərgi Strasburqda, Avropa Şurasında da nümayiş olunur.

Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsinin kuratoru, "Rossiya Seqodnya" mediaqrupunun vizual layihələr xidmətinin rəhbəri Oksana Oleynik müsabiqə haqqında bunları deyib: "Növbəti il üzrə müsabiqənin start götürməsi yenə bizi həyəcanlandırıb. Çünki bu, yeni işlər, yeni adlar və yeni kəşflər deməkdir. Bu il müsabiqə bütün dünya üçün çətin şəraitdə, COVID-19 pandemiyası dövründə baş tutacaq, buna görə də daha simvolik xarakter daşıyır. Yeni həyat şəraiti vərdişləri dəyişdirə, yeni iş gerçəkliklərini diktə edə bilər, lakin əsas dəyərlərimiz dəyişməz olaraq qalır - peşəkarlıq, öz ideyalarını və gördüklərini potensial izləyicilərlə bölüşmək istəyi. Bizim konkursla bağlı hər şey plan üzrə gedir. Əminik ki, iştirakçılarımızda da belədir. Biz onlara inanırıq və yeni işlər, yeni rakurslar, yeni mövzular gözləyirik. Və əlbəttə ki, onlara müsabiqədə uğur, qələbə arzulayırıq!".

Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi 2020-ci ildə həm Rusiyanın, həm də dünyanın nəhəng media orqanlarının, informasiya agentliklərinin və foto cəmiyyətinin dəstəyi ilə baş tutmuşdu. Bir neçə nominasiyanın tərəfdaşları Birləşmiş Şanxay Media Qrupu, "China Daily" qəzetinin internet portalı, Əl-Məyadin TV ümumərəb informasiya holdinqi, həmçinin dünyanın ən böyük humanitar təşkilatlarından biri olan Beynəlxalq Qızıl Xaç Komitəsi idi.

Müsabiqə haqqında:

"Rossiya Seqodnya" BİA-nın təşkilatçılğı və UNESCO üzrə Rusiya Komissiyasının himayəsi ilə keçirilən Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi gənc fotoqrafları dəstəkləmək və cəmiyyətin diqqətini müasir fotojurnalistikanın problemlərinə yönəltmək məqsədi daşıyır.

Bu, istedadlı, həssas və hər bir yeniliyə açıq, eyni zamanda, bizim diqqətimizi ətrafımızdakı insanlara, hadisələrə yönəldən gənc fotoqraflar üçün bir platformadır.

2020-ci ildə müsabiqənin əsas informasiya tərəfdaşları "Vesti.Ru" informasiya-xəbər portalı və "Rossiya-Kultura" ümumrusiya dövlət telekanalıdır.

Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları "Sputnik" informasiya agentliyi və radiosu, "Askanews" informasiya agentliyi, "Independent Media" holdinqi, "Notimex" informasiya agentliyi, ANA xəbər agentliyi, RT telekanalı və portalı, "Shanghai United Media Group" (SUMG), "China Daily" qəzetinin internet portalı , "The Paper-in" internet portalı, "Al Mayadeen" media şəbəkəsi, "Prensa Latina" informasiya agentliyi, "News1" informasiya agentliyi, DBW internet portalı, "Brasil247" xəbər portalıdır.

Bundan başqa, "National Geographic Russia" jurnalı, "Russian Photo" portalı, "Photo-study.ru" portalı, "Аkademia fotografii" foto məktəbi, "YOung JOurnalists" informasiya portalı, "Fotoargenta" jurnalı, "New Daily" fotojurnalistika klubu, "Enfoque Visual", jurnalı, "LF Magazine", "All About Photo" internet portalı və "PhotON" festivalı sahə tərəfdaşlığı statusunda müsabiqəyə dəstək verir.

6
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

14
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

14
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

20
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

20
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0