Baykonurda raketin buraxılışına hazırlıq, arxiv şəkli

Cəhənnəm üçlüyü: Moskvanı nüvə zərbəsindən xilas edən silah

31
(Yenilənib 20:17 17.12.2020)
Düz 40 il əvvəl, 1980-ci il dekabrın 17-də SSRİ-də eyni gündə üç təkmilləşdirilmiş Qitələrarası Ballistik Raket istismara verildi və bu hadisə Moskva ilə birbaşa qarşıdurma kursu götürmüş "qırğı" ləqəbli Ronald Reyqanı daha soyuqqanlı davranmağa vadar etdi.

BAKI, 17 dekabr — Sputnik, Andrey Kots. Bu nüvə raketləri soyuq müharibənin ən qızğın dövründə SSRİ-nin təhlükəsizliyini təmin edirdi: düz 40 il əvvəl, 1980-ci il dekabrın 17-də eyni gündə üç təkmilləşdirilmiş Qitələrarası Ballistik Raket (QBR) - RS-16B, RS-18B və RS-20B silahlandırmaya qəbul edildi. Həmin dövrdə ABŞ-da Moskva ilə birbaşa qarşıdurma kursu götürmüş "qırğı" ləqəbli Ronald Reyqan hakimiyyətə gəlmişdi. Lakin Sovet İttifaqında yeni QBR-in meydana çıxması okeanın o tayındakıları daha soyuqqanlı davranmağa vadar etdi.

"RİA Novosti"nin növbəti məqaləsində həmin silahların xüsusiyyətlərindən bəhs olunur.

İstənilən şəhərə atıla bilərdi

Strateji Təyinatlı Raket Qüvvələri tarixindəki ən böyük qitələrarası ballistik raket 1960-cı illərin sonunda silahlandırmaya qəbul edilmiş RS-10-dur. Bu raket müvafiq olaraq 10,5 və beş min kilometr məsafəyə yüngül (0,5 meqaton) və ya ağır (1,1 meqaton) döyüş başlığı atmağa qadir idi. Lakin ABŞ həmin vaxt artıq təkbaşlıqlı raketlər əleyhinə müdafiə sistemlərinə sahib olduğundan, bir neçə döyüş başlığına malik raketlərə ehtiyac yaranmışdı.

İlk çoxbaşlıqlı raket RS-16A oldu. O, ölçülərinə görə R-10-a yaxın idi. Bu raketin döyüş başlığı hər biri 0,5-0,75 meqaton tutumlu dörd blokla təchiz edilmişdi. Beləliklə, Sovet Strateji Təyinatlı Raket Qüvvələri bir atışla düşməni 200 Xirosima gücündə dağıntıya məruz qoya bilərdi. Raketin mənzili 10-11 min kilometrdir. RS-16A istənilən Amerika şəhərinə gedib çata bilərdi. Ancaq çatışmazlıqları da var idi – bu raketin dəqiqliyi bir o qədər də yüksək deyildi.

Təkmilləşdirilmiş xüsusiyyətlərə malik modernləşdirilmiş R-16B-nin işlənib-hazırlanmasına 1976-cı ildə başlandı. Zahirən sələfindən az fərqlənirdi, ancaq imkanlarına görə ondan iki dəfə üstün idi. Dəqiqlik iki dəfə artırılmış, yeni döyüş başlıqları və onları işə salan komplekslə təchiz olunmuşdu.

R-16B raketi işə düşmə yeri yaxınlığında baş verən nüvə partlayışından sonra belə start götürmək və trayektoriyaya daxil olmağa imkan verən avtonom havadan nişan alma sistemi "Meridian"la təchiz olunmuşdu. Bu, potensial düşmən tərəfindən ilk zərbə endirilməsi halında belə Strateji Təyinatlı Raket Qüvvələrinin yaşamaq qabiliyyətini ciddi şəkildə artırdı. 80-ci illərdə hər iki modifikasiya üzrə cəmi 150 ədəd RS-16 dəsti inşa edilmişdi.

"Avanqard"ın daşıyıcısı

RS-18A qitələrarası ballistik raketlərin ilk alayı 1970-ci illərin ortalarında döyüşə hazır vəziyyətə gətirildi. Raket artıq hər biri 750 kiloton tutumlu altı döyüş başlığı və raket hücumundan müdafiə üçün bir kompleksi daşıya bilirdi. Mənzil on min kilometrə bərabər idi. Düşmənin müdafiəsini qıran bir RS-18A belə ona çox böyük zərər vura bilərdi. Odur ki, Pentaqon bunu ABŞ-ın təhlükəsizliyi üçün əsas təhdidlərdən biri kimi qəbul etdi.

RS-18B modifikasiyası konstruktiv şəkildə sadələşdirilmiş, daha etibarlı mühərriklər, təkmilləşdirilmiş idarəetmə sistemləri və döyüş avadanlığı ilə təchiz olunmuşdu. Strateji Təyinatlı Raket Qüvvələrini 1980-ci ildən yenidən bu raketlə təchiz etməyə başladılar və ümumilikdə 360 raket hazır vəziyyətə gətirildi.

Maraqlıdır ki, bu silah hələ də aktuallığını itirməyib. Hazırda ən yeni "Avanqard" hipersəsli döyüş başlıqlarını daşıyan məhz RS-18B raketidir. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, raket alaylarından biri artıq "Avanqard"larla tam təchiz edilib.

"Strateji hipersəsli silahlar dövrünü açan bu kompleks haqlı olaraq yeni silah növləri yaradılmasında avanqard hesab olunur" - Strateji Təyinatlı Raket Qüvvələrinin komandiri Sergey Karakayev bu yaxınlarda "Krasnaya Zvezda"ya verdiyi müsahibəsində belə deyib.

Güclü arqument

RS-20A – ağır, iki pilləli, maye yanacaqla işləyən bu raket 1975-ci ilin dekabrında istismara verildi. NATO terminologiyasına görə, bu silah dünyada daha çox "Satana" adı ilə tanınır. O, dünyanın ən güclü qitələrarası ballistik raketi hesab olunurdu.

Silah müasir raket əleyhinə müdafiə sistemləri ilə qorunan bütün növ hədəfləri məhv etmək məqsədi daşıyırdı və üç versiyada istehsal olunmuşdu: iki birbloklu (biri səkkiz meqatonluq döyüş başlığı, 16 min kilometr uçuş məsafəsinə, digəri isə 20 meqatonluq döyüş başlığı, 11 min kilometr uşuş məsafəsinə sahib), həmçinin ayırıcı döyüş başlıqlı hər biri 1,3 meqaton tutumlu bir səkkizbloklu.

Yeni raketin onsuz da həddindən artıq güclü olmasına baxmayaraq, tezliklə onun daha da təkmilləşdirilmiş versiyası üzərində iş başladı. RS-20B artıq hər biri 1 meqaton olan on döyüş başlığı daşıya və möhkəmləndirilmiş kiçik ölüçülü hədəflərə, məsələn, qorunan yeraltı bunkerlərə, yaxud qoşunların idarəetmə məntəqələrinə zərbə endirə bilirdi. Modernləşdirilmiş versiya daha dəqiq, daha etibarlı və istehsalı daha asan idi. Sələfindən daha böyük ərazini əhatə etməyə imkan verən yeni döyüş başlıqları ilə fərqlənirdi.

Raketin yerləşdirilmə və işəsalınma üsulundan ayrıca söz açmağa ehtiyac var. Onu birbaşa şaxtada nəqliyyat-işəsalma konteynerinə yerləşdirir, yanacaq doldurur və döyüş vəziyyətinə gətirirdilər. İşəsalma müddəti bir dəqiqədən bir az artıq çəkirdi. RS-20B şaxtadan təzyiq akkumulyatoru vasitəsilə atılır və mühərrik havada işə düşürdü.

"İyirmilik" seriyasının növbəti inkişaf mərhələsi - RS-20V oldu. Bu raketlərdə döyüş başlıqlarının ayrılma sahəsi artırılmış və işəsalma müddəti qısaldılmışdı. RS-20V raketləri hələ saxlanılsa da, onları perspektivli RS-28 "Sarmat" ağır raketləri ilə əvəzləmək planlaşdırılır. Bu prosesin isə gələn il baş tutacağı gözlənilir.

31
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

12
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

20
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

20
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

0
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

0