Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın daha 4 müəssisəsinə Rusiyaya pomidor ixrac etmək icazəsi verilib

© AFP 2023 / SEBASTIEN ST-JEANУрожай томатов, фото из архива
Урожай томатов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyaya pomidor ixrac etməsinə icazə verilən həmin müəssisələr Kürdəmir, Masallı, Salyan və Hacıqabul rayonlarında yerləşir.

BAKI, 16 dekabr - Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 16-dan Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.

Xatırladaq ki, daha öncə Xızı rayonunda yerləşən "Aqroterm" MMC-dən pomidor idxalına icazə verilmişdi.

Yeni icazə verilənlər "Geotermal" MMC (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan oğlunun müəssisəsi (Masallı rayonu), "Gp Alfa greenhouse" MMC (Salyan rayonu), "Hajigabul greenhouse" (Hacıqabul rayonu) müəssisələridir.

"Rosselxoznadzor"un məlumatında deyilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə aparılan danışıqlarda Azərbaycan tərəfi məhsullarda zərərvericilərlə bağlı araşdırmalar barədə informasiya və monitorinqin nəticələrini təqdim edib.

Qeyd edək ki, Rusiya dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Bu barədə qərarı "Rosselxoznadzor" qəbul edib. Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.

Xatırladaq ki, Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172 min tondan çox olub. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Xəbər lenti
0