Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şimal qonşumuzda bir gündə 550-dən çox adam koronavirusdan vəfat edib

© AP Photo / ALEXEY MALGAVKOСитуация в связи с эпидемиологической обстановкой в России, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada bu xəstəliyə yoluxanların sayı 2707945-ə çatıb. Rusiyada pandemiya yayılandan 47968 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2149610-a çatıb.

 

BAKI, 15 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26689 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 577 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2707945-ə çatıb. Rusiyada pandemiya yayılandan 47968 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2149610-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 72,8 milyonu keçib, 1,62 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0