Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Fortuna" "Şimal axını -2"-nin üzünə güləcəkmi

© AFP 2023 / TOBIAS SCHWARZ"Şimal axını-2" layihəsinin tikintisi
Şimal axını-2 layihəsinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
Layihəni davam etdirmək şansı yaranarsa, dekabr ayında "Fortuna" gəmisi Almaniya ərazisində qaz borusu döşəməyə başlayacaq.

BAKI, 10 dekabr — Sputnik. "Şimal axını-2"-nin inşasının başa çatdırılmasında istifadə oluna biləcək "Fortuna" gəmisi, Almaniyanın Rostok limanında qısa müddətli fasilədən sonra şərqə doğru, qaz kəməri istiqamətində hərəkət başlayıb və Dars-Zingst yarımadası yaxınlığında açıq dənizdə dayanıb.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı xəbərə görə, bu məlumat Marine Traffic gəmi izləmə sistemindən alınıb.

Qeyd edək ki, dekabrın 5-də günortadan sonra gəmi Almaniyanın Vismar limanından Rostoka doğru yola çıxsa da, elə həmin günün sonunda Vismar yaxınlığında açıq dənizdə lövbər salmışdı. Dekabrın 9-da günortadan sonra "Fortuna" hərəkətini davam etdirərək axşam Rostok limanına yaxınlaşıb.

Bununla yanaşı, Almaniyanın Federal Dəniz Gəmiçiliyi və Hidroqrafiya İdarəsi dekabrın 5-də elan edib ki, "Fortuna" 31 dekabr tarixinə qədər Baltik dənizinin cənub hissəsində işə başlayacaq

Xatırladaq ki, "Şimal axını-2" Rusiya sahillərindən başlayıb Baltik dənizindən keçməklə Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetrə (illik) bərabər olan iki təbii qaz boru kəmərinin inşasını nəzərdə tutur. Maye qazını Avropa Şurası, eləcə də Ukrayna və bir sıra Avropa ölkələrinə satmaq istəyən ABŞ isə fəal şəkildə bu layihəyə qarşı çıxır. 2019-cu ilin dekabrında ABŞ qaz kəmərinə qarşı sanksiya tətbiq etdi ki, nəticədə də İsveçrənin "Allseas" şirkəti layihə çərçivəsində boru döşənməsi prosesini dayandırmaq məcburiyyətində qaldı.

Dekabr ayında müstəsna hal kimi yalnız Almaniya iqtisasi zonasında boru döşənməsi işinin davam etdiriləcəyi barədə məlumat verilmişdi. "Fortuna" borudöşəyən gəmisi bu iş üçün bütün tələblərə cavab verir.

Xəbər lenti
0