Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya vertolyotlarını sınayır: Suriyadan Qafqaza

© Sputnik / Илья Питалев / Mediabanka keçidВертолеты Ми-26, Ми-8, Ми-8, Ми-38 и Ми-28Н (справа налево) во время тренировки перед открытием Международного авиационно-космического салона МАКС-2017
Вертолеты Ми-26, Ми-8, Ми-8, Ми-38 и Ми-28Н (справа налево) во время тренировки перед открытием Международного авиационно-космического салона МАКС-2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya vertolyotları yeni yüksəkliklərə çatır – həm texnoloji, həm də coğrafi: Suriya səhralarıyla Qafqaz dağlarındakı ciddi sınaqlar perspektivli maşınların hərbi potensialını artırır.

BAKI, 10 dekabr – Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya Federasiyası Müdafiə Nazirliyi Ми-28НМ və Ми-26Т2В vertolyotlarının Elbrus ətrafında dağ yüksəkliyi (qış) şəraitində sınaq proqramını təsdiq edib. Müxtəlif istiqamətli hava axınlarının və kəskin yüksəklik fərqlərinin olduğu yerlərdə uçan aparatların işi çətin olacaq. Ancaq texnoloji ardıcıllıq artıq yoluna qoyulub: əvvəl bu bölgədə Rusiyanın  «Ансат» (yüngül çoxhədəfli) və Ми-171А2 (Ми-8-in modernləşdirilmiş variantı) sınaqdan keçirilib.

Российский многофункциональный истребитель пятого поколения Су-57, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Sarsıdıcı inteqrasiya: Su 57 qırıcısı və "Oxotnik" PUA-sı gücünü birləşdirir

Ми-28НМ zərbə vertolyotu Suriya Ərəb Respublikasında hərbi əməliyyatlarda sınaqlardan uğurla çıxıb, o, “veteran” sayılan Ми-24-lə birlikdə istifadə olunub. Bir neçə bu cür vertolyot RF Hava-Kosmik Qüvvələrində təcrübə istismarındadır. Rusiyalı pilotlar 2028-ci ilədək 100 yeni Ми-28НМ alacaqlar.

Ağır hərbi-nəqliyyat Ми-26Т2В vertolyotunun seriya istehsalı 2021-ci ildə, dövlət sınağı bitdikdən sonra başlanacaq.

Müdafiə Nazirliyi və FHN üçün isə Ми-26-nın unifikasiya olunmuş arktika modifikasiyası hazırlanır. Arktika sahillərində istifadə üçün uyğunlaşdırılmış ağır vertolyotun ilk sınaq nümunəsi 2022-ci ildə peyda olacaq. Bu azmanın xüsusi təqdimata ehtiyacı yoxdur. Ми-26-nın ilkin modifikasiyası dağlarda yükgötürmə üzrə yeddi dünya rekordu qırıb – bu, sınaqlar zamanı Elbrusun zirvəsi (dağın hündürlüyü 5600 m-dən çoxdur) yaxınlığında qəzaya uğramış hərbi Ми-8АМТШ vertolyotunun qalıqlarının təxliyəsi üzrə unikal əməliyyat zamanı qeydə alınmışdı.

Ми-28НМ və Ми-26Т2В vertolyotlarının ixrac potensialı yüksəkdir və ilk növbədə ənənəvi olaraq Rusiya aviatexnikasından (Ми-28Э versiyası) istifadə edən ölkələrin mütəxəssislərinin diqqətini çəkir. Yeni Ми-28НМ texnoloji keyfiyyətləri saxlamaqla vertolyot parkını unifikasiya edərək modernləşdirməyə imkan yaradır. “Rostvertol”un nəhəngləri 350 Ми-26-nın hazırlandığı Rusiyadan başqa dünyanın müxtəlif ölkələrində də istifadə olunur.

Gecə ovçusu

Зенитный ракетный комплекс С-300ПС, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Axı silah öz-özünə atəş aça bilməz

Yeni nəsil Ми-28НМ zərbə vertolyotu (modernləşdirilmiş gecə versiyası) özündən əvvəlki Ми-28Н-dən təkcə daha gücləndirilmiş, hədəfi istənilən hava şəraitində, gecə və gündüz vurmaq bacarığı ilə seçilmir. “Uçan tank”ı dairəvi müşahidə bucaqlı unikal radiolokasiya sistemi, Rusiya istehsalı olan güclü mühərriklər, idarəetmə sistemi və düşmənin HHM raketlərinə qarşı müasir vasitələrlə təchiz ediblər (lazer dəfetmə stansiyası onlar üçün fantom hədəflər yaradır). Baş konstruktor Vitali Şerbinanın məlumatına görə, yeni raket Ми-28НМ-ə düşmən HHM-inin təsir zonasına daxil olmadan yerüstü hədəfləri məhv etmək imkanı yaradır. Rusiyada ən güclü sayılan tank əleyhinə vertolyot raketi «Хризантема-В»nin sınaqları da uğurla keçib, o, 1,2 m qalınlıqda zirehli poladı deşə bilir. “Hava-hava”/”hava-səth” sinfindən olan çoxhədəfli, özütuşlanan başlığa malik raket barədə məlumatlar isə hələ sirr saxlanılır. Hədəf spektrinə həmçinin aşağı sürətli hava obyektləri (PUA-lar) da daxildir. Sürətli zərbə vertolyotu digər uçan aparatlara hədəf göstərişi verə, cəbhə aviasiyasının tərkibində, xüsusi əməliyyatlarda fəaliyyət göstərə, yaxud da cəbhə xəttindən uzaqdakı (düşmənin arxasındakı) kəşfiyyat qrupuna dəstək verə bilər.  

Yeni Ми-28НМ-in sürəti (300 km/saat) döyüş tətbiqi radiusu (450 km), yükqaldırma qabiliyyəti (2300 kq), ən əsası isə göyərtəsində “Sirkon” tipli qanadlı hipersəs raketinin yerləşdirilmə imkanı Amerikanın Forbes nəşrini xeyli narahat edib. Həm də bu, hamısı deyil. Döyüş informasiya sistemi də müasirləşdirilib.

İkinci idarəetmə komplekti ekipaj üzvlərindən birinin yaralanması halında maşının salamat qalma şansını xeyli artırır. Yeri gəlmişkən, Ми-28НМ-in kabinəsi 20 mm kalibrədək zirehdeşən güllələrdən (mərmilərdən) etibarlı qorunmaya malikdir. Dayaq vintinin pərləri kompozit materiallardan hazırlanıb, bu isə vintə 30 mm çaplı mərmilərin dəyməsi halında da uçuşu başa çatdırmağa imkan verir.

Испытательный пуск новой ракеты российской системы противоракетной обороны на полигоне Сары-Шаган в Казахстане - Sputnik Azərbaycan
RUSİYA
Rus silahı: 2020-ci ilin ilkin yekunları

“Gecə ovçusu”nun yeni mühərriki (ВК-2500) geniş temperatur diapazonunda (planetin istənilən nöqtəsində) istifadəyə imkan yaradır, müasir avtomat idarə sistemi və yanğından müdafiə sistemi ilə seçilir, bunlar uçuşların təhlükəsizliyini artırır, xidməti sadələşdirir və texniki xarakteristikaları yaxşılaşdırır. İlk tam təmirədək resurs və güc də xeyli artırılır (2000 saat/dövrdən 3000 saat/dövrədək). Bu cür silah Rusiyanın müdafiə texnologiyaları sahəsində liderliyini vurğulayaraq qərb “partnyorları”nın qaynar fantaziyalarını soyudur.

Aşkar üstünlük

Rusiyanın genişfüzelyajlı hərbi-nəqliyyat Ми-26 vertolyotu planetdə ən böyük və ən güclüdür. Onun ən yeni Ми-26Т2В modifikasiyası gecə-gündüz istifadəsi, müasir avionikası, 25 tonadək yükqaldırma qabiliyyəti (maksimal uçuş kütləsi 56 t) ilə seçilir. Uçuş mənzili 800 km, sürəti 270 km/saatdır, 4600 m hündürlükdə uça bilir. Analoqu yoxdur və yaxın müddətdə də peyda olacağı real deyil.

Vertolyot silah-sursatlı desantın daşınması (82 nəfər), yüklərin füzelyajın içində və xarici asqılarda daşınması üçün nəzərdə tutulub. Qeyd edək ki,  Ми-26-nın mühərrikləri havanı 70% təmizləmə qabiliyyəti olan tozdan qoruma qurğusu ilə təchiz olunub ki, bu da Yaxın Şərq, Mərkəzi Asiya və Afrika ölkələri üçün çox vacibdir (yəni çox tozlu havada istifadə oluna bilər).

Ми-26Т2В «Витебск» göyərtə müdafiə kompleksi, rəqəmsal pilotaj kompleksi ilə təchiz olunub. Radioelektron qurğu marşrut üzrə avtomatik uçuşa, təyin nöqtəsinə çataraq oraya enməyə, əsas və ya köməkçi aerodromlara qayıtmağa imkan verir. Kabinənin ölçüləri və Ми-26-nın yükqaldırma qabiliyyəti motoatıcı diviziyanın yüklərini və hərbi texnikasını daşımağa imkan yaradır. 12x8.25 m ölçülü yük bölməsində iriqabaritli avtomobillər yerləşə bilər. Rusiyanın Müdafiə Nazirliyi ən azı 10 bu cür maşın almağı planlaşdırır.

Ми-26 vertolyotu geniş spektrli hərbi və mülki məsələlərin həlli üçün universal alətdir. Onun ən maraqlı modifikasiyaları bunlardır:

Обезвреженные противотанковые мины на дороге в Нагорном Карабахе, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Dağlıq Qarabağın minalardan təmizlənməsinin perspektivləri
Ми-26MS – müvafiq avadanlıqlı tibbi vertolyot, Ми-26ТЗ – eyni zamanda dörd təyyarəni yanacaqla təmin edən əlavə yanacaq çənli yanacaqdolduran vertolyot, Ми-26ПП – maneə yaradan vertolyot (radioelektron mübarizə), Ми-26НЕФ-М – xarici asqısında hidroakustik stansiyası olan qayıq əleyhinə vertolyot, Ми-27 – ordunun idarəedilməsi üçün hava məntəqəsi.

Ми-26-nın unikal imkanlarını daha əvvəl amerikalılar təcrübədə sınayıblar. ABŞ-ın Əfqanıstan kampaniyasında, 2009-cu ilin payızında, taliblərin atəşə tutduğu Chinook CH-47 vertolyotu məcburən enməli oldu. Ancaq sonra amerikalı pilotlar elə eyni tip maşınla o vertolyotu təxliyə edə bilmədilər. RF-in nəqliyyat şirkətinin Ми-26 vertolyotu CH-47-ni (12 tondur) xarici asqısı ilə qaldıraraq 110 km aralıdakı bazaya “apardı”. Əlbəttə, bu dünya rekordu deyil. Amma Rusiyanın pərli nəhəngi 14 rekord qırıb, bunlar arasında 25 ton yükün 4100 m yüksəkliyə qaldırılması da var. Onun ətraf fəzada və yaxın perspektivdə texnoloji rəqibi hələ ki müşahidə olunmur.

Xəbər lenti
0