Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada 30 minə yaxın insanda koronavirus aşkarlanıb

© AFP 2023 / ALEXANDER NEMENOVСитуация в связи с эпидемиологической обстановкой в России, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutkada Rusiyanın 85 regionunda koronavirus infeksiyasına 29 039, o cümlədən kliniki əlamətləri olmayan 6 065 aktiv yoluxma aşkarlanıb.

BAKI, 6 dekabr - Sputnik. Rusiyada bir gündə koronavirusa 29 039 yoluxma qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Koronavirus İnfeksiyasının yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da koronavirusa yoluxanların sayı 2 460 770-ə çatıb.

"Son sutkada Rusiyanın 85 regionunda koronavirus infeksiyasına 29 039, o cümlədən kliniki əlamətləri olmayan 6 065 aktiv yoluxma aşkarlanıb", - məlumatda deyilir.

Qeyd edilir ki, bu, sutkalıq rekord göstəricidir.

Xəbər lenti
0