Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Rusiyanın "Sputnik V" peyvəndi BMT-də təqdim olunacaq

35
Bu məqsədlə keçiriləcək "Sputnik V: COVID-19-a qarşı peyvənd" virtual tədbiri BMT Baş Assambleyasının xüsusi iclası çərçivəsində baş tutacaq

BAKI, 2 dekabr — Sputnik. Bu gün Rusiyanın BMT-dəki daimi nümayəndəliyi və Səhiyyə Nazirliyi "Sputnik V" koronavirus peyvəndinin təqdimatını keçirəcək.

Tədbirdə Rusiya Federasiyası səhiyyə naziri Mixail Muraşko, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə daimi nümayəndəliyin mətbuat katibi Fyodor Strjijovski bildirib.

O əlavə edib ki, "Sputnik V: COVID-19-a qarşı peyvənd" virtual tədbiri BMT Baş Assambleyasının xüsusi iclası çərçivəsində keçiriləcək. Strjijovski iclasda rus peyvəndi haqqında daha ətraflı məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi yayın sonunda bu ölkənin Səhiyyə Nazirliyinin nəzdindəki N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19-un qarşısının alınması üçün dünyada ilk peyvəndi qeydə alıb. Preparata "Sputnik V" adı verilib. Peyvənd insanın adenoviral vektorlarının öyrənilmiş və sınaqdan keçirilmiş platformasında yaradılıb. Bu metodla yaradılan peyvəndin əsas üstünlükləri təhlükəsizliyi, effektivliyi və uzunmüddətli mənfi nəticələrə səbəb olmamasıdır.

35
Teqlər:
təqdimat, BMT, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

Peskov: Rusiya öz maraqlarından imtina etməyə hazır deyil

2
(Yenilənib 17:34 20.04.2021)
"Təəssüf ki, bir çox ölkələr istənilən haker hücumu zamanı bunda Rusiyanı günahlandırırlar. Həm də bu zaman, təbii ki, indiyə qədər heç kim anlaşılan bir izahat da verməyib".

BAKI, 20 aprel — Sputnik. Rusiya Qərblə münasibətlərdə öz maraqlarından imtina etməyə hazır deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Mətbuat katibi bildirib ki, bütün bunlara baxmayaraq Rusiya dialoq üçün açıqdır.

"Təəssüf ki, bir çox ölkələr istənilən haker hücumu zamanı bunda Rusiyanı günahlandırırlar. Həm də bu zaman, təbii ki, indiyə qədər heç kim anlaşılan bir izahat da verməyib. Əlbəttə ki, Rusiya buna dözə bilməz və nəticədə müəyyən gərginlik yaranır. Həqiqətən, bəzən elə dövrlər olur, amma bu o demək deyil ki, bu məqamları arxada qoymaq üçün Rusiya hansısa maraqlarından əl çəkməyə hazırdır. Xeyr, bu qətiyyən belə deyil", - deyə Peskov Kremlin beynəlxalq arenada yaranmış vəziyyəti necə qiymətləndirməsi və Rusiyanın bir sıra ökələrlə münasibətlərinin kəskinləşməsi barədə sualı cavablandırarkən bildirib.

Peskov onu da qeyd edib ki, Rusiya dialoqa açıq olaraq qalır "və bunu prezident Putin dəfələrlə deyib".

2
Teqlər:
haker hücumu, açıqlama, Dmitry Peskov, Rusiya
Domodedovo aeroportu

"Domodedovo" aeroportunda peyvənd pasportlarının verilməsinə başlanıldı

8
Bu gündən etibarən hava limanının tibbi-sanitar hissəsində ÜST-ün standartlarına uyğun yeni tip sənəd əldə etmək mümkündür.

BAKI, 20 aprel — Sputnik. Moskvanın "Domodedovo" hava limanı peyvənd pasportlarını – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına uyğun olaraq COVID-19-a qarşı peyvənd haqqında sənədi  – verməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"-yə istinadla məlumat yayıb.

"Bu, peyvənd və profilaktika haqqında beynəlxalq sertifikatdır", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu ilin mart ayından etibarən "Domodedovo" Rusiya hava limanları arasında ilk dəfə olaraq COVID-19-a qarşı rus, ingilis, alman və fransız dillərində beynəlxalq peyvənd sertifikatları təqdim etməyə başlayıb.

"Bu gündən isə "Domodedovo"nun tibbi-sanitar hissəsində yeni tip sənəd - rus və ingilis dillərində ÜST-ün standartlarına uyğun peyvənd pasportu əldə etmək mümkündür", – deyə hava limanının məlumatında qeyd olunur.

"Domodedovo" aeroportunun baş həkimi Sergey Maxnevin sözlərinə görə, təyyarə ilə tez-tez uçan sərnişinlərin yalnız koronavirus deyil, bütün vaksinlərlə bağlı məlumatların əks olunduğu peyvənd pasportu əldə etmələri daha məqsədəuyğundur.

"Bu sənəd artıq xarici dövlətlərdə də tanınır", – deyə baş həkim vurğulayıb.

Peyvənd pasportu əldə etmək üçün aeroportun tibb məntəqəsinə yaxınlaşıb Rusiya Federasiyasının dövlət xidmətləri portalında qeydiyyatdan keçmiş peyvənd sertifikatını, eləcə də şəxsiyyət vəsiqəsi və pasportu təqdim etmək lazımdır.

"Domodedovo" aeroportunun ərazisində, həmçinin COVID-19-a qarşı vaksinasiya məntəqəsi də fəaliyyət göstərir. Həftə içi saat 9.00-dan 16.00-dək sərnişin terminalının ikinci mərtəbəsindəki "Uçub gələn sərnişinlər" ("Arrival") zonasında pulsuz peyvənd olunmaq mümkündür.

8