Rusiya Prezidenti Vladimir Putin

Putin Qərbə qarşı sanksiyaların müddətini uzatdı

27
Bundan əlavə, hökumətə səlahiyyətlərinə uyğun olaraq fərmanın icrası üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək də tapşırılıb.

BAKI, 21 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Qərbə qarşı sanksiyaları 2021-ci ilin dekabrına qədər uzadıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, müvafiq fərman şənbə günü RF prezidentinin rəsmi səhifəsində yerləşdirilib.

"2021-ci il yanvarın 1-dən dekabrın 31-dək Rusiya Federasiyası Prezidentinin 6 avqust 2014-cü il tarixli 560 saylı "Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə, bəzi xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında" fərmanı ilə nəzərdə tutulmuş bəzi xüsusi iqtisadi tədbirlərin müddəti uzadılsın" deyə məlumatda bildirilir.

Bundan əlavə, hökumətə səlahiyyətlərinə uyğun olaraq fərmanın icrası üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək də tapşırılıb.

27
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Qonşu ölkədə bir gündə 500-dən çox adam öldü

4
(Yenilənib 12:36 28.11.2020)
Rusiyada bu xəstəliyə yoluxanların sayı 2242633-ə çatıb. Rusiyada pandemiya yayılandan 39068 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 28 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 27100 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 510 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2242633-ə çatıb. Rusiyada pandemiya yayılandan 39068 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1739470-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61,6 milyonu keçib, 1,44 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
operativ qərargah, Operativ Qərargah, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Armen Sarkisyan

Ermənistan prezidenti təcili Rusiyaya getdi

43
(Yenilənib 11:49 28.11.2020)
Məlumatda bildirilir ki, Sarkisyan erməni icmasının üzvləri ilə Qarabağ və Ermənistandakı vəziyyəti müzakirə edəcək.

BAKI, 28 noyabr — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfərə gedib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumatda qeyd olunur ki, Armen Sarkisyan Moskvaya bu gün səfər edib.

Ermənistan prezidenti Rusiyada erməni icmasının nümayəndələri ilə görüş keçirəcək. Məlumatda bildirilir ki, Sarkisyan icma üzvləri ilə Qarabağ və Ermənistandakı vəziyyəti müzakirə edəcək.

43
Teqlər:
Erməni diasporu, erməni, Qarabağ, Rusiya, Ermənistan prezidenti Armen Sarkisyan, Armen Sarkisyan
Bərbərxana, arxiv şəkli

Restoran bərbərxanaların fəaliyyəti dayandırılıb

0
Noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.

0
Teqlər:
epidemiya, pandemiya, restoran, bərbər, Nazirlər Kabineti yanında Operativ Qərargah