Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qarabağda vəziyyətin tənzimlənməsi daxili təhlükəsizlik baxımından vacibdir - Putin

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин принимает участие в заседании дискуссионного клуба "Валдай"
Президент РФ Владимир Путин принимает участие в заседании дискуссионного клуба Валдай - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiyada milyonlarla erməni və azərbaycanlı yaşayır. Bizi bu respublikalarla çoxəsrlik əlaqələr bağlayır” - Putin bildirib.

BAKI, 20 noyabr - Sputnik. “Dağlıq Qarabağda baş vermiş münaqişə və onun həlli Rusiya üçün xüsusi əhəmiyyət daşıyır”.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin rus sülhməramlıları ilə bağlı məsələlərə dair keçirilən iclasda deyib.

“Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi daxili təhlükəsizlik baxımından mühümdür. Rusiyada milyonlarla erməni və azərbaycanlı yaşayır. Bizi bu respublikalarla çoxəsrlik əlaqələr bağlayır” - Putin bildirib.

Rusiya Prezidenti qeyd edib ki, mütəmadi olaraq Azərbaycan və Ermənistan rəhbərləri ilə əlaqə saxlayır.

Xəbər lenti
0