Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 2 milyonu keçdi

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidРабота скорой помощи "Домашний доктор" в Тамбове
Работа скорой помощи Домашний доктор в Тамбове - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 55,6 milyonu keçib, 1,34 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 19 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23610 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 463 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2015608-ə çatıb. Rusiyada pandemiya yayılandan 34 850 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1526656-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 55,6 milyonu keçib, 1,34 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0