Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Federasiya Şurası Qarabağla bağlı Putinə razılıq verdi

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidЗдание Совета Федерации Федерального Собрания Российской Федерации на улице Большая Дмитровка в Москве.
Здание Совета Федерации Федерального Собрания Российской Федерации на улице Большая Дмитровка в Москве. - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Sülhməramlı Qüvvələrinin cəlb olunması Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasında əsas rol oynayıb.

BAKI, 18 noyabr — Sputnik. Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhməramlı missiya ilə çıxış etməsini təsdiqləyib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Bununla da, Rusiya Federasiya Şurasını bu ölkənin Prezidenti Vladimir Putinə noyabrın 10-dan Rusiya hərbçilərinin lazımı silah-sursat və xüsusi texnika ilə Dağlıq Qarabağa göndərməsinə icazə verib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə bəyan edib ki, Rusiya Sülhməramlı Qüvvələrinin cəlb olunması Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasında əsas rol oynayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0