Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada yeni rekord - koronavirus yayılır

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidМедицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива
Медицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada bu xəstəliyə yoluxanların sayı 1903253-ə çatıb. Rusiyada pandemiya yayılandan 32834 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 14 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 22702 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 391 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1903253-ə çatıb. Rusiyada pandemiya yayılandan 32834 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1425529 -a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 53 milyonu keçib, 1,29 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0