Armen Cigirxanyan

SSRİ-nin Xalq artisti öldü

35
(Yenilənib 10:56 14.11.2020)
Cigərxanyan sovet dönəminin populyar filmlərindəki obrazları ilə yadda qalıb. Onun "Tehran-43" və "Görüş yerini dəyişmək olmaz" filmlərindəki rollarını xüsusi olaraq qeyd etmək lazımdır.

BAKI, 14 noyabr — Sputnik. SSRİ-nin Xalq artisti Armen Cigərxanyan bu gün, 86 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamasında onun teatrının nümayəndəsi bildirib

"Bu gecə kədərli xəbər gəldi. Armen Borisoviç Cigərxanyan məşhur artist və lider, teatrın rəhbəri öldü", - deyə teatrın rəsmisi bildirib.

Cigərxanyan sovet dönəminin populyar filmlərindəki obrazları ilə yadda qalıb. Onun "Tehran-43" və "Görüş yerini dəyişmək olmaz" filmlərindəki rollarını xüsusi olaraq qeyd etmək lazımdır.

35
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam
Rusiyada epdimioloji vəziyyət

Rusiyada COVID-19 ucbatından 1,1 milyon adam cərimələnib

7
(Yenilənib 16:54 28.11.2020)
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, koronavirus pandemiyası başlayandan epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimə olunub.

 

BAKI, 28 noyabr — Sputnik. Rusiyada koronavirus pandemiyası başlayandan epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimə olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus pandemiyası başlayandan polis əməkdaşları tərəfindən virusun yayılmasına qarşı tətbiq olunan məhdudlaşdırmaları, özünütəcrid rejimini pozan 1,1 milyon şəxs inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, vətəndaşlara yazılan cərimələrin miqdarı 1 000 rubldan 15 min rubla qədərdir, indiyə kimi yazılan cərimələrin miqdarı isə 1,7 mlrd. rublu ötüb.

7
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Rusiya

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa