QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kremldən Ərdoğanın Qarabağa dair təklifinə reaksiya

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidKreml, arxiv şəkli
Kreml, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Peskov: Şənbə günü biz prezidentlər – Putin və Ərdoğanın telefon danışığı zamanı toxunulan məsələlər barədə məlumat vermişdik.

BAKI, 9 noyabr — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsini müzakirə ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Qarabağ üzrə işçi qrup yaratmaq təklifi barədə məlumatı şərh edərkən qeyd edib.

"Şənbə günü biz prezidentlər – Putin və Ərdoğanın telefon danışığı zamanı toxunulan məsələlər barədə məlumat vermişdik. Bu məlumata heç nə əlavə edə bilmərəm. Qarabağ mövzusuna doğrudan da toxunulub", - deyə Peskov Rusiya tərəfinin Qarabağ üzrə işçi qrupun yaradılmasına dair təklifə necə münasibət göstərməsinə dair suala cavab verərkən qeyd edib.

Qeyd edək ki, daha əvvəl "CNN Türk" telekanalı öz mənbələrinə istinadən Türkiyə və Rusiya prezidentlərinin son telefon danışığı zamanı Qarabağa dair müzakirələrinin detallarını açıqlayıb.

Президент России Владимир Путин встречает своего турецкого коллегу Реджепа Тайипа Эрдогана. Санкт-Петербург, 9 августа 2016 года - Sputnik Azərbaycan
QARABAĞ
Ərdoğan və Putinin Qarabağa dair danışıqlarının detalları açıqlandı

Qeyd olunur ki, telefon danışığı zamanı Ərdoğan Qarabağ probleminin həlli ilə bağlı Putinə işçi qrupun yaradılmasını təklif edib.

Telekanal iddia edir ki, Putin bu təklifi müsbət qarşılayıb və yaxın günlərdə Qarabağ üzrə danışıqlar ikitərəfli formata keçə bilər. Bu format ATƏT-in Minsk qrupundan kənar fəaliyyət göstərəcək.

Mənbə Şuşa zəfərindən sonra Azərbaycanın irəliləməni dayandıracağını və müzakirə masasını yoxlayacağını bildirib. Qeyd olunur ki, Ermənistan tərəfinin 7 rayondan çıxacağı Rusiya tərəfindən dilə gətirilib.

Nəşr qeyd edir ki, Türkiyə və Rusiya liderlərinin telefon danışığından sonra dərhal hər iki ölkənin xarici işlər nazirləri arasında da telefon danışığı baş tutub.

"CNN Türk"-ə danışan Azərbaycandan olan mənbələr isə artıq köhnə təkliflərin əvəzinə masada yeni təkliflərin olmalı olduğunu vurğulayıblar. Onlar iki məsələni xüsusi ilə vurğulayıb. Birincisi, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı. İkincisi isə masada danışılacaq tək şey öncədən orada yaşayan ermənilərin hansı statusla qalmasıdır.

Mənbələr "ermənilər orada Azərbaycan vətəndaşları kimi yaşayacaqlar, bir mədəni muxtariyyət kimi də ola bilər", - deyə qeyd ediblər.

Xəbər lenti
0