Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir gündə koronavirusa yoluxma rekordu qeydə alındı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidКарантинный центр в Коммунарке
Карантинный центр в Коммунарке  - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 6 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 20582 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 378 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1733440-a çatıb. Rusiyada pandemiya yayılandan 29887 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1296124-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0