Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Narışkin: Bizim kəşfiyyat üçün MKİ əsas opponentdir

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidИнтервью директора СВР С. Нарышкина РИА Новости
Интервью директора СВР С. Нарышкина РИА Новости - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici Kəşfiyyat Xidmətinin sədri: Yuri Andropovun onun xarici kəşfiyyat işindəki xidmətlərini həmişə yada salır və yüksək qiymətləndiririk.

BAKI, 3 noyabr — Sputnik. Bu il dekabrın 20-də Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) 100 illik yubileyini qeyd edəcək. Ümumrusiya Fövqəladə Komissiyasından XKX-nin yaradılmasına qədər uzun yol qət edən xarici kəşfiyyatçılar bu müddət ərzində suveren inkişaf, təhlükəsizlik və öz Vətənlərinin milli maraqlarının qorunması naminə çox sayda dəyərli məlumatlar əldə ediblər.

Rusiya xarici kəşfiyyatının dünyanın digər kəşfiyyat xidmətləri arasında hansı yeri tutduğu, fəaliyyətindəki prioritetlərin nədən ibarət olduğu, əcnəbilərin kəşfiyyatçılara hansı səbəbdən kömək etdikləri barədə XKX-nın direktoru Sergey Narışkinin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi geniş müsahibədə oxuya bilərsiniz.

Sergey Narışkin - Sputnik Azərbaycan
RUSİYA
Narışkin kimdir: deputat, kəşfiyyatçı və?

Söhbətin birinci hissəsində Narışkin, həmçinin Prezident seçkisindən sonra ABŞ-da vəziyyətin necə inkişaf edəcəyinə dair proqnozunu bölüşərək Qərbin dünyanın müxtəlif yerlərində xaos yaratmaq cəhdlərini davam etdirdiyini, Vaşinqtonun Rusiya ilə Çin arasında əməkdaşlığı pozmağa çalışdığını da qeyd edib.

– Sergey Yevgenyeviç, məlum olduğu kimi, 70-ci illərdə, FTB-də KQB-nin rəisi Yuri Andropovun portreti asılmışdı və amerikalılar bunu SSRİ Dövlət Təhlükəsizlik Komitəsini dünyanın ən yaxşı kəşfiyyat idarəsi hesab etdikləri ilə izah edirdilər. Xarici kəşfiyyat xidməti ayrıca quruma çevrildiyi bir vaxtda sizin portretinizin FTB-dən asılması mümkündürmü? Başqa sözlə, hazırda Rusiya Xarici Kəşfiyyat Xidməti dünyada ən yaxşı kəşfiyyat idarəsi hesab oluna bilərmi?

– Çox güman ki, mənim portretim orada yoxdur, hərçənd Rusiyanın bütün xarici kəşfiyyat xidmətinin direktorlarının dosyesi amerikalılarda olmamış deyil. Çünki Rus kəşfiyyatı, həqiqətən də dünyanın beş və ya üç ən güclü, ən təsirli kəşfiyyat xidmətlərindən biridir. Və mən bunu heç də qürrələnmək naminə demirəm, həqiqət budur. Məsələ burasındadır ki, kəşfiyyat işi ənənələr, əvvəlki nəsillərin təcrübəsi, kəşfiyyat fəaliyyətinin sübut olunmuş texnologiyaları üzərində qurulur. Siz özünüz də, amerikalılara istinadən qeyd etdiniz ki, vaxtilə sovet kəşfiyyatı bütün dünyada ən güclü kəşfiyyat xidməti olub. Bu rus balet məktəbi, yaxud da sovet və rus riyaziyyatçılar məktəbi, riyaziyyat elmi ənənəsi kimi bir şeydir. Və bu həqiqətdir. Siz Yuri Andropovun adını çəkdiniz. Biz onun xarici kəşfiyyat işindəki xidmətlərini həmişə yada salır və yüksək qiymətləndiririk. O, doğrudan da, nəhəng dövlət adamı olub və uzun illər Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışıb. Andropov kəşfiyyat bölməsinə xüsusi diqqət yetirirdi. Həmin vaxt bu qurum Dövlət Təhlükəsizlik Komitəsinin Birinci Baş İdarəsi adlanırdı. Belə bir detal var: o dövrdə bütün DTK rəhbərləri bu və ya digər bölmədə partiya qeydiyyatına alınırdılar. Yuri Vladimiroviç isə Birinci Baş İdarənin partiya təşkilatının üzvü idi və həmin qurumun işində fəal iştirak edirdi. Üstəlik, Birinci Baş İdarənin xaricdəki mənbələri ilə də görüşürdü. Əlbəttə, 70-ci illərin əvvəlində onun təşəbbüsü ilə verilmiş bir vacib qərara – Birinci Baş İdarənin Moskvanın mərkəzindən kənara, Yasenevoya köçürülməsinəgörə də biz ona çox minnətdarıq. Hazırda bizim Xidmətin baş qərargahı da orada yerləşir.

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidRusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi zamanı
Sergey Narışkin: Bizim kəşfiyyat üçün MKİ əsas opponentdir - Sputnik Azərbaycan
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi zamanı

– Təmiz havada?

– Təmiz havada. Və ən əsası, bu, həm insan potensialını, həm də texnologiyanı inkişaf etdirməyə imkan verdi. Bu potensial həmin qərarın üstündən 50 il keçəndən sonra da tükənməyib. Yeri gəlmişkən, iki il əvvəl bizim təhsil müəssisəmizin 80 illiyi qeyd olunanda (90-cı illərin ortalarına kimi Qırmızı Bayraq İnstitutu adlandırılırdı, həmin vaxtdan isə Xarici Kəşfiyyat Akademiyası adını aldı) ona yenidən Yuri Vladimiroviç Andropovun adı verildi. Utancverici haldır ki, 90-cı illərdə onun adı təhsil müəssisəsindən çıxarılmışdı.

– İndi get-gedə açıq mənbələrin sayı artır və bu mənbələrdən daha çox məlumat alınır. Belə demək mümkündürmü ki, artıq kəşfiyyat işi öz əhəmiyyətini itirməyə başlayıb?

– Bilirsiniz, hər hansı bir qərar qəbul etmək üçün istifadə olunan informasiya müəyyən meyarlara cavab verməlidir: aktual və dolğun olmalı, mötəbər mənbədən alınmalıdır. Hətta gündəlik həyatımızda belə, biz KİV-dən, internetdən aldığımız məlumatları hansısa telefon nömrəsinə zəng vuraraq və yaxud, bu məsələdən xəbərdar olan dostlarımızdan, tanışlarımızdan dəqiqləşdirməyə çalışırıq. Dövlət səviyyəsində qəbul olunmuş qərarların məsuliyyəti böyükdür, deməli məlumata qarşı qoyulan tələblər də yüksəkdir. O cümlədən də həmin məlumatın mötəbərliliyinə, aktuallığına və dolğun olmasına qarşı qoyulan tələblər. Bu səbəbdən də, məlumatlar qarşılıqlı yoxlanılmalı və fərqli mənbələrdən dəqiqləşdirilməlidir. Hər hansı bir dövlətdə kəşfiyyat bax bu əlavə məlumatların mənbəyidir, ölkə rəhbərliyi bunun əsasında bu və ya digər qərarlar qəbul edir. Bundan başqa dövlət rəhbərliyi hələ elektron və kağız daşıyıcılarına köçürülməmiş, beyinlərdə, fikirlərdə olan informasiyaların əldə edilməsində də maraqlıdır. Kəşfiyyat xidmətinin əldə etməli və ölkə rəhbərliyinə çatdırmalı olduğu məlumat, bax budur. Odur ki jurnalist peşəsi kimi kəşfiyyatçı peşəsi də yoxa çıxan, ölən deyil. Mən sizi əmin edirəm ki, ölkə rəhbərliyi KİV-də, internetdə gedən məlumatlara çox diqqətlə yanaşır. Odur ki, sizi də, bizi də hələ uzun onilliklər ərzində gərgin əmək gözləyir.

Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bəşərin beşiyinə uzanan qara əllər: orada kəşfiyyat aparmaq ən böyük cinayətdir

– Özü də bizim işimizi zərrəbinlə müşahidə eləyirlər.

– Belə demək olar, amma sözün yaxşı mənasında.

– Bəs xarici kəşfiyyat Xidmətinə necə düşmək olar? Namizəd hansı meyarlara cavab verməlidir? Deyək ki, kəşfiyyatçı olmağı arzulayan hər hansı bir yeniyetmə bu meyarlara uyğun gələrsə, onu işə götürərlərmi, yoxsa bu iş üçün tamamilə gözlənilməz insanlar seçilir?

– Potensial olaraq 30 yaşınadək hər bir ali təhsilli gənc Rusiya Xarici Kəşfiyyat Xidmətinə işə qəbul oluna bilər. Bunun üçün tələb olunan bütün sənədlər və digər təfərrüatlarla Xidmətin saytından tanış olmaq mümkündür. Ya da Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edərək informasiya almaq olar. Bundan sonra həmin namizədin uzunmüddətli araşdırılması prosesi başlayır. Bu işdə kadrlar xidmətinin əməkdaşları iştirak edir və söhbətlər, sosial şəbəkələrdə profilin araşdırılması və başqa yollarla namizədin, belə demək mümkündürsə, daxili dünyasını öyrənilir.

– Bu dəfə artıq zərrəbinlə deyil, mikroskopla?

– Bəli, mikroskopla. Əlbəttə ki, ən vacib məqam namizədin intellektual qabiliyyətidir. Və onun kəşfiyyat xidmətində işə düzəlmək istəməsinin əsl səbəblərini anlamaq da çox vacibdir. Yerli xarici kəşfiyyatın yüz ilə yaxın fəaliyyət müddətində kadrlara tələblər həmişə çox yüksək olub. Eyni yüksək meyarlar bu gün də qalır.

– Bəs xariciləri bu işə necə cəlb edirsiz? Axı əcnəbilərin kəşfiyyat xidmətinə işlədiklərini inkar etmək olmaz, çünki bunsuz kəşfiyyat işinin səmərəsi aşağı düşər. Bəs onları hansı motivasiya ilə işə cəlb edirsiz? Yəqin ki, bütün dünyada olduğu kimi bu işdə maddi maraq da var. Amma, çox güman ki, "Kembric beşliyi" məsələsində olduğu kimi ideoloji maraqlar da öz işini görür.

– Dmitri, siz çox maraqlı məsələyə toxundunuz. İdeoloji əsas, ideoloji motivlər –kifayət qədər geniş anlayışlardır. Bunlar yalnız dövlətin və cəmiyyətin sosial, siyasi quruluşunun prinsipləri deyil, eyni zamanda, ölkənin beynəlxalq siyasətə münasibətdir. Mədəni, humanitar, ailə dəyərlərinə münasibətidir. İnanın ki, dünyada Rusiyanın xarici siyasətinə rəğbət bəsləyən, ümumbəşəri dəyərləri qorumağa və dəstəkləməyə, sülhün bərqərar olmasına çalışan və hətta mən deyərdim ki, Rusiyanın zəifləri müdafiə etməsindən təsirlənən sağlam düşüncəli, müstəqil fikirli insanların sayı kifayət qədərdir. Bir sözlə, bu insanlar ağı qaradan, yaxşı pisdən ayırmağı bacarırlar. Sizin də xatırlatdığınız əfsanəvi "Kembric beşliyi"ndə olduğu kimi.

– Mən sizdən elə bu cavabı da gözləyirdim. Və tamamilə sizin dediklərinizlə həmfikirəm. Rusiya dünyadakı düşünən insanlar üçün, həqiqətən də, çox cəlbedici ölkədir.

– Əlbəttə ki, maddi amillər də öz rolunu oynayır.

ABŞ hərbi hava qüvvələrinin RQ-4A Global Hawk kəşfiyyat dronu - Sputnik Azərbaycan
RUSİYA
ABŞ təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat aparıb

– Necə deyərlər, biri digərinə mane olmur... Bir də sovet vaxtı "əsas düşmən" anlayışı mövcud idi. Bu anlayış indi də qalırmı?

– Xarici Kəşfiyyat Xidməti öz işini 1996-cı ildə qəbul edilmiş qanun əsasında və çərçivəsində qurur. Bu normativ aktda belə bir anlayış yoxdur. Bir məsələni xüsusi qeyd etməliyəm ki, Rusiya kəşfiyyatı hər hansı bir dövlətə və ya dövlətlərə qarşı fəaliyyət göstərmir. Rusiya kəşfiyyatı ölkəmizin, cəmiyyətimizin maraqlarını qoruyur və dövlətimizə, vətəndaşlarımıza qarşı bütün xarici təhdidlərin müəyyənləşdirilməsini öz əsas vəzifəsi hesab edir. Əsas vəzifəmiz ölkə rəhbərliyinə siyasət, iqtisadiyyat, müdafiə, elm və texnologiya sahələrində qərar qəbul etmək üçün vacib məlumatlar verməkdir. Bundan başqa, Xidmətin qarşısında xaricdəki Rusiya nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək vəzifəsi də durur. Bəzən, xüsusən də Yaxın Şərq, Şimali Afrika, Orta Şərq, Orta Asiyadakı bir sıra ölkələrdə bu vəzifə bizim qarşımıza daha sərt öhdəliklər qoyur və biz onları həll edirik.

– Mənə bir dəfə Pentaqonda olmuşam. Oradakı uzun dəhlizlərdə kifayət qədər, necə deyərlər, “əyani təşviqat nümunələri”nə rast gəlmək olar. Və həmin nümunələrdən ABŞ-ın əsas düşməninin kim olduğunu açıq-aşkar görmək mümkündür. Əlbəttə ki, bu, Rusiyadır. Odur ki, normativ aktlarda “əsas düşmən” anlayışının olmaması heç də o demək deyil ki, bizim üçün belə bir ölkə mövcud deyil. Bu ölkənin adını çəkmək olmaz?

– Mən deyərdim ki, Rusiyanın ən güclü rəqibi, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarıdır.

– Kəşfiyyat sahəsində də?

– Bəli, çünki ABŞ-ın və hər şeydən əvvəl, Mərkəzi Kəşfiyyat İdarəsinin kəşfiyyat xidmətləri dünyanın ən güclü kəşfiyyat xidmətlərindən biridir. Buna görə də amerikalı həmkarlarımız kəşfiyyat işində bizim əsas rəqibimiz sayılır.

– Bəs Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının, heç olmasa, nəzəri cəhətdən bizim potensial dostlarımız olduğunu söyləyə bilərik? Axı biz nə vaxtsa müttəfiq olmuşuq.

– Biz hələ də MKİ-dən olan həmkarlarımıza münasibətlərimiz qoruyub saxlayırıq, xüsusilə də beynəlxalq terrorizmlə mübarizə məsələsində. Və belə qarşılıqlı fəaliyyət demək olar ki, dünyanın ən böyük kəşfiyyat xidmətləri səviyyəsində mövcuddur.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları əməliyyat zamanı - Sputnik Azərbaycan
RUSİYA
2018-ci ildə Rusiya əks kəşfiyyatı 600-ə yaxın xarici agenti ifşa edib

– Rusiya kəşfiyyatına qayıtsaq, siz kimi bir nömrəli kəşfiyyatçı adlandırardınız? Ümumiyyətlə, kəşfiyyatda belə bir anlayış mövcuddurmu?

– Kəşfiyyat işində şablonlar mövcud deyil. Və hər bir kəşfiyyat əməliyyatı öz-özlüyündə bənzərsizdir. Üstəlik, bu və ya digər kəşfiyyat əməliyyatının həyata keçirilməsində, komanda işi böyük əhəmiyyət kəsb edir. Yəni, hər hansı bir nəticə əldə olunursa, bu bir nəfərin deyil, komanda işinin nəticəsidir. Bu iki-üç nəfərlik kiçik kəşfiyyat qrupu da ola bilər, böyük kəşfiyyat əməliyyatını həyata keçirən dəstə də. Bununla belə, əlbəttə ki, kəşfiyyat əməliyyatlarının başında duran şəxslərin təcrübəsi qiymətləndirilir. Və həmkarları onlardan bəhs edərkən "məşhur kəşfiyyat zabiti", "böyük" və ya "görkəmli kəşfiyyat zabiti" epitetlərindən istifadə edirlər. Xidmətimizin mənzil-qərargahının nəzdində Rus Kəşfiyyat Tarixi Muzeyi var ki, orada da məşhur, əfsanəvi sovet, rus kəşfiyyat zabitlərinin adları mərmər lövhəyə həkk olunub. Onların sayı yüzdən çoxdur.

– Onlardan bir neçəsinin adını çəkə bilərsiniz?

– Siz yəqin ki, onları tanıyırsınız. Aleksey Kozlov, Rudolf Abel və sair.

– İndi ABŞ-da vaxtilə Rusiyaya işləmiş Oldriç Eyms, Robert Hanssen kimi kəşfiyyat zabitləri cəza çəkir. Onların azadlığa çıxarılmasına ümid etmək olarmı?

– Təəssüf ki yox. Bu Amerika tərəfinin mövqeyidir. Çünki bu iki insan o zamankı Sovet İttifaqının təhlükəsizliyinə çox böyük töhfə veriblər. Bu barədə başqa heç nə deyə bilmərəm.

– Başqa sözlə, kəşfiyyatçı dövranın gərdişinə hər zaman hazır olmalıdır? Ancaq təəssüf ki, hər bir kəşfiyyat xidmətinin tarixində faciəli epizodlar var. Bizim kəşfiyyatımız da bunlardan xali deyil. Elə ABŞ-a mühacirət etmiş Oleq Kalugini götürək... Onun vurduğu ziyanı necə qiymətləndirə bilərsiniz?

– Mən bu hadisəni qiymətləndirməkdə çətinlik çəkirəm, çünki çoxdan baş verib. Ancaq aydın məsələdir ki, Amerika tərəfi, necə deyərlər, onu qara qaşına, gözünə görə qəbul etmədi. Kaluginin xain olduğu faktdır.

– Bir az da xoş məqamlara toxunaq. Bu il Xarici Kəşfiyyat Xidmətinin 100 illiyi Böyük Qələbənin 75 illiyinə təsadüf etdi. “Baharın on yeddi anı” filmindəki məşhur Stirlis obrazının prototipinin mövcud olduğunu söyləmək mümkündürmü?

– Siz Yulian Semyonovun romanı əsasında Tatyana Lioznovonın çəkdiyi çox gözəl ekran işini yada saldınız. Sözsüz ki, Ştirlis obrazının prototipi polkovnik Maksim İsayevdir. Düzdür, kəşfiyyat xidmətinin tarixini araşdıran bəzi mütəxəssislər Ştirlisin prototipinin gestapo zabiti Villi Leman olduğunu iddia edirlər. Həqiqətən də, V. Leman 1941-ci ilin əvvəllərinə qədər gestapoda Ştirlisin Təhlükəsizlik Xidmətində tutduğu mövqe ilə müqayisə oluna biləcək çox yüksək vəzifəyə sahib olub. Ancaq Ştrilisin taleyi Lemanın taleyi ilə üst-üstə düşmür. Niyə? Çünki Leman 1942-ci ildə Gestapoda güllələnib. "Baharın on yeddi anı" romanında və filmindəki hadisələr isə xatırladığınız kimi, 1945-ci ilin ilk aylarında baş verir. Yulian Semyonovun romanın fabulasını Qərb müttəfiqləri ilə Hitler Almaniyası arasındakı separat danışıqların ifşa olunması əməliyyatı təşkil edir. Müharibə illərində belə danışıqların aparılmasına bir neçə dəfə cəhd edildiyini və Sovet xarici kəşfiyyatının iştirakı ilə yatırıldığını qeyd edə bilərəm.

– Bu prosesdə biz də iştirak eləmişik?

– Kəşfiyyatımız, həqiqətən də, bu işdə iştirak edib. Və məsələnin Nürenberq məhkəməsinə qədər gelib çıxmasında bunun böyük rolu olub.

- Sergey Yevgenyeviç, bax siz dediniz ki, biz hələ də müəyyən dərəcədə Yalta-Potsdam dünya düzəni şəraitində yaşayırıq. 2019-cu ilin yazında siz, təhlükəsizlik üzrə Moskva konfransında çıxış edərkən bunları dediniz (tam olaraq sitatı gətirirəm): "Avroatlantik elitanın yaxın vaxtlara qədər rəqabətsiz görünən liderliyini qorumaq istəyini aydın görmək olar”. Buna cəhd görünür Daha sonra dediniz ki, “qlobal korporasiya genişlənməni dayandıra və gəlirin azalmasına imkan verə bilməz”. Daha sonra – yenə sizdən sitat gətirirəm: “Ehtimal ki, onun üçün zərərli və əlverişsiz hala gələn beynəlxalq hüquq sistemini və təhlükəsizlik arxitekturasını məhv edəcəkdir”. Bu fikirləri yarım il əvvəl bildirmişdiniz. Bu yarım il ərzində sizin proqnozunuz nə dərəcədə dəqiq oldu?

Начальник ГРУ Игорь Коробов - Sputnik Azərbaycan
RUSİYA
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib

 

- Dmitri, mənim çıxışlarımı izlədiyiniz üçün sizə təşəkkür edirəm.

- Bu çətin deyil, çünki onlar elə də müntəzəm və elə də çox sözlü deyil.

- Mən bunu da əlavə etmək istəyərdim ki, mənim o vaxt adını çəkdiyim beynəlxalq korporasiya iflas öncəsi vəziyyətdədir və onun təcrübəli böhran menecerlərindən ibarət komandaya ehtiyac duyur. Bu bir zarafat ola bilər. Ciddi danışsaq, beynəlxalq vəziyyətin, beynəlxalq durumun inkişafının indiki gedişi, Qərb mərkəzli dünya nizamının çökməsi və onu çoxqütblülüyün əvəzləməsi qənaətlərinin doğruluğunu təsdiqləyir. Çox dərin sosial-siyasi böhran yaşayan Birləşmiş Ştatlarda baş verənlərə baxın. Böhran vəziyyətləri həm ümumilikdə Avropa ittifaqında, həm də Avropa ittifaqının ayrı-ayrı ölkələrində görülür. Ayrı-ayrı ölkələr beynəlxalq terrorizmin nə olduğunu tam mənada öyrəndilər. Yeri gəlmişkən bu ölkələrdə bu problem bir çox hallarda yanlış, düşünülməmiş miqrasiya siyasəti ilə bağlıdır. Amerikalılar, avropalılar öz ölkələrində, evlərindəki işləri həll etmək əvəzinə, onlar hələ də dünyanın digər regionlarında xaos yaratmağa cəhd edilir. Onları elə də böyük olmayan Avrasiya məkanında inteqrasiya prosesləri xüsusi ilə, özü də çox qorxudur. Bu məkanda həqiqətən suveren və müstəqil dövlətlərin mövcudluğu və bundan əlavə müsbət inkişaf edən inteqrasiya təşkilatlarının olması onların öz təhlükəsizlik anlayışlarına, amerikanların öz təhlükəsizliyinin anlayışlarına uyğun gəlmir. Təbii ki, onlar bu inteqrasiya birliklərinin fəaliyyətinə nifaq salmağa çalışır və bizə yaxın olan, bizimlə birlikdə bu birliklərin, təşkilatların əsası olan ölkələrdə proseslərin gedişini pozmağa çalışırlar. Əlavə edib. Bir çoxlarına RAND analitik korporasiyası tanışdır. Ötən il RAND korporasiyası hesab dərc edib və həmin hesabatda qeyd olunur ki, Ukraynanın hərbi potensialının güclənməsi, Belarusda hakimiyyət dəyişikliyi, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrində və Dnestryanı ətrafında qeyri sabitlik ABŞ maraqlarına uyğundur. Demək olar ki, istənilən amerikalı, britaniyalı geosiyasətçiləri üçün böyük qitə gücləri, dövlətləri məsələn Rusiya və Almaniya, Rusiya və Çin kimi ölkələrin əməkdaşlığı qorxulu yuxudur. Buna görə də Birləşmiş “Şimal axını-2”tikintisində mümkün olan bütün maneələri yaradır və ölkələr arasında münasibətləri pozmaq üçün səbəblər axtarırlar. Eyni şeyi onlar Rusiya və Çin əməkdaşlığına qarşı da edirlər. Lakin ölkələrimizin başçıları bunu açıqca bilir, aydın hiss edir və düşünülmüş siyasət yürüdürlər.

Начальник ГРУ Игорь Коробов - Sputnik Azərbaycan
RUSİYA
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib

- Sergey Yevgenyeviç, siz çox detallı şəkildə qərb "korporasiyasının" bax bu inteqrasiya proseslərindən necə cəkindiyindən və onları qəbul etmədiyindən danışdınız. Lakin biz ondan danışırdıq ki, qərb "korporasiyası" onun üçün əlverişsiz olmuş beynəlxalq hüquq sistemini və qlobal təhlükəsizlik arxitekturasını məhv etməyə daha çox meyllidir. Hazırda onların hər şeyi məhv etdikləri bir dövrdə belə bir dağıntının əlamətləri var?

- Axı mən Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, KTMT kimi regional inteqrasiya birliklərindən gedir. Onlar regional qurumlar olsalar da, artıq qlobal arxitekturaya daxildirlər.

- Məsələn, "Beş göz" axı çoxdan məlum idi, bu ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya kəşfiyyatlarının birliyidir. Onlar həmin qərb "korporasiyasının" belə qlobal strategiyasının və real qlobal siyasətinin hazırlanmasında hansı dərəcədə iştirak edirlər, bu birlik nə qədər nüfuzludur, birlik o cümlədən Rusiya üçün nə qədər təhlükəlidir? Bu həqiqətən ağlasığmaz dərəcədə ciddi bir şeydir? Onu necə qiymətləndirmək olar?

- Bilirsiniz, ABŞ və Böyük Britaniyanın xüsusi xidmətlərinə MKİ-yə, Mİ-6-ya gəldikdə onlar həqiqətən ciddi opponentdirlər, onlara hörmət və diqqətlə yanaşmaq lazımdır. Fikrimcə, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat orqanları dəqiq bu kateqoriyaya aid deyillər və onların hansısa qlobal proseslərə təsiri yəqin ki, sıfıra yaxındır.

- Söhbət yəqin ki, onların ərazilərindən istifadə olunmasından gedir?

- Bilirsiniz, amerikalılar ümumiyyətlə alyanslar, koalisiyalar yaratmağı sevirlər. Lakin onlar nə dərəcədə həqiqidirlər – Suriyadakı hadisələri yada salın, onların yaratdığı antiterror koalisiyasının tərkibinə...

- Çoxlu ölkələr daxil idi.

- Təxminən 60 ölkə. Nəticə belə oldu ki, 2015-ci ilin payızında İŞİD Suriyanın 80%-nə nəzarət edirdi. Və yalnız Rusiya Hava-Kosmik qüvvələri Suriya ordusu ilə birlikdə bu mübarizəyə qoşulanda vəziyyət kökündən dəyişdi. Bu mənim koalisiyalara aid suala cavabımdır.

- Lakin əlbəttə ki, Xarici Kəşfiyyat İdarəsi ABŞ-da baş verənləri izləyir. ABŞ bütün dünya üçün vacib ölkədir və Vladimir Putin , bu yaxınlarda bildirib ki, dünyanın bütün ölkələri az və ya çox dərəcədə ABŞ-da baş verənlərdən asılıdırlar. Siz XKİ-nin rəhbəri kimi ölkə rəhbərliyinə aktual, hərtərəfli məlumat verməlisiniz. Demək belə, orada indi nə baş verir? Həqiqətən "rəngli inqilab"dır? Baş verənləri hansı terminlərdə demək olar?

- Yəqin xatırlayırsınız ki, irqi səbəbdən iğtişaşlar, çaxnaşmalar ABŞ-da daima, bu ölkə yaranandan baş verir. 1992-ci ildə Los-Ancelesdə baş vermiş, 60 nəfərin ölümü və 1 milyard dollarlıq ziyanla nəticələnmiş hadisələri yada salmaq kifayətdir.

Hazırkı iğtişaşlar və etirazlar polislərin qaradərili ABŞ vətəndaşını öldürməsindən sonra başladı. Belə demək dəhşətlidir, lakin belə hadisələr Amerika üçün adiləşib. Hər il minədək belə hadisə baş verir, amma hazırda seçkiqabağı kampaniyanın gedişində həm demokratlar, həm də respublikaçılar bu amildən elektoratlarını gücləndirmək üçün istifadə etdilər. Bu ikrahdoğurucu hərəkətdir və siyasi elitaların irrasional düşüncə tərzindən xəbər verir. Onlar taktika xətrinə ictimai sabitliyi qurban verirlərь.

Yəni, demək olar ki, hazırkı iğtişaşlar və etirazlar ictimai quruluşa, reallıqdan uzaqlaşmış elitalara qarşı "rəngli inqilab" cəhdidir.

- ABŞ-dakı proseslər barədə sizin proqnozunuz necədir? Seçkilərdən sonra bu iğtişaşlar, qarşıdurma, nifrət bitəcək? Yoxsa ölkə bir müddət bununla yaşayacaq? Nəticə necə olacaq?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezident DTX-nın və Xarici Kəşfiyyat xidmətinin şəxsi heyətini təbrik edib

- Bizim qiymətləndirmə: sosial böhran kimin qalib gəlməsindən asılı olmayaraq dərinləşəcək. Təbii ki, uduzmuş tərəf nəticələrlə razılaşmayacaq və bu radikalları daha çox küçəyə çıxmağa təhrik edəcək. Biz bu prosesin uzanacağını gözləyirik.

- Çox şey itirilib, qarşıdurmalar, mübahisələr, məhkəmələr olacaq.

- Bəli. Və bütün bu sistemə etiraz etmək üçün böyük baza olacaq. Ona görə də bu bəla, Amerika cəmiyyətinin, dövlətinin bu xəstəliyi qalmaqdadır. ABŞ iqtisadi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövləti olduğu üçün, bu xəstəliyi digər ölkələr də hiss edəcəklər. Buna hazır olmaq lazımdır, lakin qorxmaq lazım deyil. Çünki həm Rusiya, həm də bir çox başqa ölkələr artıq hətta keçmiş hegemonun iştirakı olmadan bu və ya digər beynəlxalq problemlərin həlli üçün çoxlu təcrübə, alətlər toplayıblar.

- Yaxşı, onda bu şəraitdə Rusiya-Amerika münasibətlərinin taleyi necə olacaq? Onlar daha da pisləşəcəklər? Orada kimsə tapılacaq ki, Rusiya və ABŞ-ın bir-birini cavab zərbəsi ilə dəfələrlə məhv edə biləcəyini, radioaktiv külə döndərə biləcəyini desin. Sülhə də ciddi yanaşmaq lazımdır, çünki orada hələlik hamı ekologiya barədə fikirləşir. Və nüvə müharibəsinin ekologiyaya təsiri barədə düşünmək istəmirlər, balıqlar və nadir heyvanlar barədə düşünürlər.

- Rusiya Federasiyasının mövqeyinə gəldikdə, biz, əlbəttə ki, daha geniş dialoqda və ölkələrimiz arasında bərabərhüquqlu münasibətlərin, bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq. Lakin təəssüf ki, hələlik Amerik siyasi seqmentində belə yanaşmanın nişanələrini görmürük. Bu həm demokratlara, həm də respublikaçılara aiddir.

- Bəli, prezident Putin bu yaxınlarda bildirib ki, ABŞ-da Rusiyaya dair çox da xoş olmayan partiya konsensusu mövcuddur. Lakin bununla yaşayacağıq. Mənim fikrimcə, Rusiyanın çoxlu sayda müttəfiqləri var. Bu müttəfiqlər Rusiya beynəlxalq arenada çoxqütblü dünya konsepsiyasını yürütməyə başlaması səbəbindən artıb. Yəni, Çin çinlilərin, Türkiyə türklərin, Yaponiya yaponlarındır Və beləliklə, ölkələr öz istədikləri kimi olmaq istədiklərindən, onlar çoxqütblülük konsepsiyasında Rusiyanın müttəfiqləridir.

Rusiyanın müttəfiqlərin biri Çindir. Rusiya prezidenti hətta sakit tərzdə hərbi ittifaq barədə də düşünürdü. O bildirdi ki, bu ittifaq bizim üçün mütləq deyil, çünki ölkələrimiz arasında etimad səviyyəsi elədir ki, bunu formal olaraq nə iləsə möhkəmləndirməyin vacibliyi aydın deyil. Mən Çinin bu məsələyə reaksiyasını xüsusi olaraq izləmişəm. Çinlilər cavab verdilər ki, Rusiya və Çinin münasibətləri necə deyərlər sonsuzdur. Onlar Putini təkzib etmədilər. Siz özünüz demişdiniz ki, Rusiya və Çinin münasibətləri bizim qərbdəki potensial dostlarımızı qıcıqlandırır. Kəşfiyyat rəhbəri kimi bu münasibətlərə qarşı hansısa təxribat görürsünüz? Çünki hətta dostları qarşı-qarşıya qoymaq texnologiyaları var. Belə şeyləri görürsünüz, qeydə alırsınız?

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları əməliyyat zamanı - Sputnik Azərbaycan
RUSİYA
2018-ci ildə Rusiya əks kəşfiyyatı 600-ə yaxın xarici agenti ifşa edib

- Bəli, əlbəttə. Biz elə şeyləri, bu və ya digər Amerika rəsmilərinin bizim əməkdaşlığımıza problem yaratmaq, nifaq salmaq məqsədi ilə öz tərəfdaşları ilə necə ünsiyyət qurduğunu, hansı təxribatçı tezisləri irəli sürdüklərini qeydə alırıq. Mən Rusiya və Çinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqəsinin nümunəsində demək istəyirəm ki, çinli yoldaşlarımızla tərəfdaş münasibətləri çox yüksək səviyyədədir.

- Yəni, çinli həmkarlarınızla etibarlı məlumatları paylaşırsınız?

- Tamamilə elədir.

- Həssas mövzular üzrə?

- Bəli, informasiya mübadiləsi edirik. Şübhəsiz, terrorçuluq fəaliyyətinə gəldikdə, bu barədə dünyanın istənilən kəşfiyyat orqanı ilə qarşılıqlı əməkdaşlıq edirik. Lakin çinli həmkarlarımızla bu və ya digər qaynar nöqtədə hadisənin və yaxud hansısa ciddi problemin inkişaf etməsinə dair təhlilləri bölüşürük. Və əsasən bizim qiymətlərimiz üst-üstə düşür.

- Məsələn, Çin kəşfiyyatı – onun potensialını, gücünü necə qiymətləndirərsiniz? Hansı terminlərdə?

- Rusiya kəşfiyyatı kimi, Çin kəşfiyyatı, xüsusi xidmət orqanları dünyanın əilk beşliyindədir. Təkrar edirəm, bizim çinli həmkarlarımıza böyük hörmətlə yanaşırıq.

- Onların öz kəşfiyyat ənənələri var? Siz dediniz ki, biz öz məktəbimizə söykənirik, onların öz ənənələri var?

- Öz ənənələri, öz üsulları, müəyyən xüsusiyyətləri, texnologiyaları.

- Götürürsünüz? Öyrənməli nəsə var?

- Tərəfdaşlarımızda həmişə öyrənməli nəsə olur.

Xəbər lenti
0