Böyük Britaniya bayrağı, arxiv şəkli

London Rusiyaya qarşı kibermüharibə apardığını təsdiqləyir

38
(Yenilənib 22:50 29.10.2020)
Böyük Britaniya Rusiya əleyhinə informasiya savaşı və kibermüharibə apardığını açıq şəkildə etiraf edib. Aydın məsələdir ki, bu fakt heç kim üçün sensasiya xarakteri daşımayıb.

BAKI, 29 oktyabr — Sputnik, Vladimir Kornilov. Sedvilin bu yaxınlara kimi Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olduğunu, eyni zamanda Vaythollun bürokratik aparatına rəhbərlik etdiyini nəzərə alsaq, ehtimal ki, həyata keçirilən əməliyyatlardan xəbərdardır. Və elə onun bu barədə müsahibə verdiyi "The Times" qəzeti Sedvilin rəsmi diplomatik fəaliyyətlə yanaşı, MI-6-da zabit kimi xidmət göstərdiyini də yazmışdı.

Bəs bu ilin sonuna qədər Lordlar Palatasında yer tutmağa hazırlaşan keçmiş məmur nəyi etiraf edib? O, İngiltərənin kiberməkanda Rusiyaya hücum edəcəyini bildirib. "Bizim bundan istifadə etdiyimizi sizin görməməyiniz heç də o demək deyil ki, biz bunu etmirik", – deyə Sedvil fikrini bir qədər dolaşıq cümlə ilə ifadə etsə də, açıq şəkildə bildirib.

Прямая линия с президентом РФ Владимиром Путиным
© Sputnik / Aleksey Nikolsky

Lord onu da deyib ki, İngiltərə Rusiya liderlərinə və onların maraqlarına qarşı bir sıra gizli hücumlar həyata keçirib. Onun sözlərinə görə, London rus oliqarxlarının əmlak və hesablarına qarşı da hücum gerçəkləşdirib. Amma Rusiya, yəqin ki, bu sonuncu hərəkətinə görə Londona təşəkkür etməlidir. Çünki Vladimir Putin dəfələrlə rus biznesmenlərini xəbərdar edib ki, öz kapitallarını hansı ölkədə qazanırlarsa, elə orada da saxlasınlar.

Rusiyaya qarşı kiberhücumlar və təxribat kampaniyalarına gəlincə, lord Sedvil bununla bağlı özünü hiyləgərliyə vuraraq bəyan edib ki, guya London bu hücumlara Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənmə hadisəsindən sonra başlayıb. Əlbəttə ki, ruslar onun bu sözlərinə inanacaq qədər sadəlövh insanlar deyillər. Xatırladaq ki, Skripallar 2018-ci ilin mart ayının 4-dən özlərini yaxşı hiss etmədiklərini bildirmişdilər, halbuki ingilis xüsusi xidmət orqanlarının Rusiyadakı çirkli əməlləri bu hadisədən xeyli əvvəl qeydə alınıb.

Psixoloji və informasiya müharibələri üzrə ixtisaslaşmış ingilis firması – Strateji Kommunikasiya Laboratoriyasının (SCL Group) fəaliyyətini yada salmaq kifayətdir. Bu şirkət İngiltərənin, ABŞ-ın, ümumilikdə NATO-nun hərbi və kəşfiyyat strukturlarının dezinformasiya kampaniyalarının icraçısı kimi çıxış etdiyini heç vaxt gizlətməyib. Özü də bu fəaliyyətini 1990-cı illərin əvvəllərindən bəri davam etdirir.

Логотипы социальных сетей
© Sputnik / Владимир Трефилов

SCL-nin çirkli iş üsulları 2018-ci ilin mart ayında bu qurumun törəmə şirkəti olan "Cambridge Analytica" ilə bağlı qalmaqalda ortaya çıxdı. Və bu da ona görə baş verdi ki, Qərb elitası Donald Trampın seçki kampaniyasında iştirak etdiyinə görə bu şirkətə qarşı ayağa qalxmışdı. Belə olmasaydı, indiyə kimi ona dəyib-toxunan olmayacaqdı.

2015-ci ildə NATO sözügedən şirkəti "Rusiya istiqamətində fəaliyyət" üçün görəvləndirdi. SCL hətta 2004-cü ildə Kiyevdə "narıncı inqilab"ın həyata keçirilməsində əli olduğunu da gizlətmir. Həmin vaxt Viktor Yuşşenkonun müəmmalı şəkildə "zəhərlənməsi" "narıncılar"ın qələbəsini təmin etdi. Artıq Kiyevin də etiraf etdiyi kimi, əslində o zaman hansısa zəhərlənmə hadisəsi baş verməyib. Odur ki, istər-istəməz adamın ağlına Skripallar və digər zəhərlənmə olaylarında da bu şirkətin "mütəxəssis"lərinin işə qarışıb-qarışmadığı barədə suallar gəlir.

Bir daha qeyd edək ki, bütün bunlar Solsberidə baş verən insidentdən xeyli əvvəl qeydə alınıb. Və 2017-ci ilin aprel ayından təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində işləyən Sedvil bu hadisələrdən xəbər tutmaya bilməzdi. Yəqin, lord hələ də sadəlövhlüklə centlmenlərin söylədiyi hər sözə insanların etimadla yanaşacağına inanır.

Əlbəttə ki, hər kəs hazırda kibersilahlar və kibertəqiblərdən bütün ölkələrdə istifadə olunduğunu yaxşı bilir. Özü də yalnız rəqiblər əleyhinə deyil, həm də müttəfiqlərə qarşı. Yalnız Amerika kəşfiyyatı tərəfindən həyata keçirilmiş alman kansleri Angela Merkelin telefonunun uzun müddət dinlənilməsi əməliyyatını yada salmaq kifayətdir. Odur ki, Londonun Skripallarla bağlı insidentdən əvvəl də Rusiyanı fəal şəkildə təqib etmədiklərini düşünmək gülüncdür.

İngilis lordları isə bizi inandırmağa çalışırlar ki, onların Kremlin daxili şəbəkəsini ifşa etmək cəhdləri ("The Times" Sedvilin müsahibəsini şərh edərək məhz bu məsələyə toxunur), sadəcə "Porton Doun" yaxınlığında, İngiltərə Müdafiə Nazirliyinin çox gizli kimyəvi laboratoriyasında baş vermiş zəhərlənmə hadisəsinə cavabdır.

Lord titulunu yenicə qazanmış Sedvil isə qürrələnir ki, London Skripallar məsələsinə cavab olaraq "İngiltərədəki bütün Rusiya kəşfiyyat şəbəkəsini" çökdürüb. Yaxşı, bəs onda ingilis mətbuatında "Putinin casusları kraliçanı izləməyə çalışır" barədə yeni "sensasiyalar" haradan qaynaqlanır?

Əgər "The Sunday Express" qəzetinin yazdığına inansaq, "Baş Qərargah İdarəsinin hakerləri" II Yelizavetanın çox gizli "Porton Doun" laboratoriyasına səfəri barədə məlumat əldə etməyə çalışıb. Çox təəssüf ki, qəzet Putinin "casuslarının" (özü də artıq Britaniyadakı şəbəkəsi məhv edilmiş casuslarının) niyə bu cür səy göstərdiyini və 94 yaşlı kraliçanın ziyarət cədvəlini ələ keçirməklə nə öyrənmək istədiklərini izah etmir. Yoxsa, kraliçanın laboratoriyaya gedərkən hansı paltarı geyindiyini üzə çıxarmaq istəyiblər? Bəlkə, kraliça bu laboratoriyaya ona görə yollanıb ki, orada çalışanlara cavanlıq iksirini tapmağı əmr eləsin? Ancaq Rusiyaya qarşı əsassız ittihamlardan söhbət gedəndə ingilis mətbuatı özünü əziyyətə salıb bu cür suallar vermir.

Əlbəttə ki, hər kəs Qərb xüsusi xidmət orqanlarının dezinformasiya, kiberhücumlar, casusluq və birbaşa təxribatlardan istifadə edərək Rusiyaya qarşı çoxdan gizli və çirkin müharibə apardığını və bu savaşda ingilislərin mühüm rol oynadığını yaxşı bilir.

Ancaq bu günə qədər həmin kampaniyanın birbaşa iştirakçıları bu faktı daim inkar edərək Rusiyanın onlara qarşı ittihamlarının "Putin Rusiyasının mübtəla olduğu" paranoyadan qaynaqlandığını" iddia edirlər.

Yəqin ki, bu qədər səmimi açıqlamalarına görə, lord Sedvilə xüsusi təşəkkür düşür. Çünki onun sayəsində indi Rusiya əleyhinə növbəti təxribatından bəhs olunduğu vaxt Moskvanın əlində istinad edə biləcəyi bir mənbə var. Və bundan sonra Rusiya ilə bağlı növbəti saxta xəbərin və ya müəmmalı "zəhərlənmə" hadisəsinin arxasında kimin dayandığını təxmin etmək çətin olmayacaq.

38
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

15
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

15
Teqlər:
sülhməramlılar, Rusiya, Mina
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər