Elmin Guliyev

Moskva məhkəməsi azərbaycanlı reperi həbsdə saxladı

39
(Yenilənib 15:24 12.10.2020)
Taqan rayon məhkəməsinin Elmin Quliyevin həbsi ilə bağlı 23 sentyabr tarixli qərarı qanuni elan edilib.

BAKI, 12 oktyabr — Sputnik. Moskva şəhər məhkəməsi qəza törədərək piyadaları vurmuş azərbaycanlı reper Elmin Quliyevin həbsinin qanuni olduğunu elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Moskva şəhər məhkəməsi Taqan rayon məhkəməsinin Quliyevin həbsi ilə bağlı 23 sentyabr tarixli qərarını qanuni elan edib", – agentliyin həmsöhbəti bildirib.

Sentyabrın 21-də Moskvada iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. "Infiniti" markalı avtomobil "Mercedes" markalı avtomobilə çırpılıb, səkiyə uçub və piyadaları vurub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, üç nəfər xəstəxanaya yerləşdirilib.

Tibbi müayinənin yekunlarına görə, Quliyev sükan arxasında narkotik intoksikasiya vəziyyətində olub. Reper günahını etiraf edib, ancaq osteoxondroz səbəbiylə antibiotiklər və ağrı kəsicilər qəbul etdiyini izah edərək, tamamilə ayıq olduğunu və heç bir narkotik maddədən istifadə etmədiyini deyib.

Quliyevi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

39
Kitab, arxiv şəkli

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

7
(Yenilənib 12:40 27.10.2020)
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib

BAKI, 27 oktyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun "Seçilmiş əsərləri" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

"Teatrın tarixi və texnikası haqqında", "O.M.Meyerholda məktublardan", "Gündəlikdən (1907–1912-ci illər)", "Fırtına", "Maskarad", "Teatr qeydləri", "Alicənab dəyyus", "Ürpənən torpaq", "Meşə", "Bubus müəllim", "Mandat", "Müfəttiş" adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr inqilabına qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrlar ilə əməkdaşlıq edib. Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, "Biomexanika" adıyla bütün dünyada tanınan aktyor sisteminin yaradıcısı, məşhur "Teatr Oktyabrı" proqramının müəllifidir. "Don Juan" (Molyer), "Müfəttiş" (N.Qoqol), "Hedda Qabler" (H.İbsen), "Mandat" (N.Erdman), "Elektra" (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib. Repressiya illərində azadlıqdan məhrum edilib və 1940-cı ildə həbsxanada güllələnib.

7
İl-76M ağır hərbi-nəqliyyat təyyarəsi, arxiv şəkli

Rusiya "qiyamət günü" təyyarələrini niyə dirçəldir

123
(Yenilənib 20:13 26.10.2020)
Geniş, müdafiə olunan, yüksək texnologiya ilə təchiz edilmiş – yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələri uzunmüddətli İl-96-400M laynerinin bazasında yaradılmış yeni hava komandanlığı qərargahları alacaq. Qərbdə bu cür mexanizmləri "qiyamət günü təyyarəsi" adlandırırlar.

BAKI, 26 oktyabr — Sputnik, Andrey Kots. III Dünya müharibəsinin başlayacağı təqdirdə ölkənin hərbi-siyasi rəhbərliyi müdafiənin təşkili, eləcə də quru qoşunları, dəniz və hava qüvvələrinə komandanlığı məhz bu "uçan qərargah"ların göyərtəsindən həyata keçirəcəklər. Belə yüksək texnologiyalı təyyarələr hazırda yalnız Rusiya və ABŞ-da var. "RİA Novosti"nin növbəti məqaləsi həmin təyyarələrin xüsusiyyətləri haqqındadır.

Komanda heyətini xilas etmək

Nüvə gücləri arasındakı münasibətlər sərhədi aşır. Diplomatlar çıxılmaz vəziyyətə düşür, tərəflər səfirləri geri çağırır. Silahlı qüvvələr maksimum hazırlıq vəziyyətinə gətirilir. Strateji bombardmançı təyyarələr havaya qalxır, ballistik raketli nüvə mühərrikli sualtı qayıqlar okeana enir, mobil yerüstü raket sistemləri döyüş patrul yollarında yerləşdirilir. Bütün dünya sükut içində III Dünya müharibəsinin başlanmasını gözləyir.

Bu ssenari hələlik fantastikadan başqa bir şey deyil. Rusiyada da, ABŞ-da yaxşı başa düşürlər ki, genişmiqyaslı müharibə sürətlə nüvə savaşına çevrilə və on milyonlarla insan həlak ola bilər. Ancaq hərbçilər hər zaman ən pis vəziyyətə hazırlıqlı olmalıdır.

Hər iki tərəf belə hesab edir ki, bu cür qarşıdurmada ilk zərbəni endirərək düşməni sarsıdacaq, onu qoşunlara nəzarət etmək və müqavimət göstərmək imkanından məhrum edəcək. Bu məqamda əsas hədəf isə hərbi və siyasi mərkəzlər olur.

Təhlükənin mövcud olduğu dövrdə Rusiya rəhbərliyi və Silahlı Qüvvələrin yüksək komandanlıq heyəti ciddi məxfilik şəraitində hərbi aerodroma aparılacaq ki, burada da onları "qanadlı komanda məntəqələri" gözləyəcək. "Qiyamət günü" təyyarələrinin əsas vəzifəsi, dövlətin yüksək vəzifəli şəxslərini hücuma məruz qalan ərazidən çıxarmaq və onlara ölkənin müdafiəsini havadan idarə etmək imkanı verməkdir.

Bu komanda məntəqələrinin döyüş dayanıqlığı qırıcı təyyarələr və hava tankerləri tərəfindən təmin edilir. Bənzər taktika Soyuq Müharibə dövründə ABŞ-da işlənib-hazırlanmışdı.

Çoxdan gözlənilən yerdəyişmə

Rusiya Aerokosmik Qüvvələrində İl-86 sərnişin təyyarələri bazasında hazırlanmış dörd İl-80 "qiyamət günü təyyarəsi" var. Güclü elektrik qurğuları, müasir rabitə vasitələri, həyat-təminat sistemi bir neçə gün havada qalmağa imkan verir, əlbəttə ki, əlavə yanacaqdoldurmanın həyata keçirilməsi ilə.

İl-80 öz "mülki sələf"indən hündür "alın" hissəsi – müxtəlif elektron avadanlıqların yerləşdiyi yerüstü bölmə – ilə fərqlənir. Bundan başqa, İl-80-də heyət üzvlərinin və sərnişinlərin yaxınlıqdakı nüvə partlayışından kor olmamaları üçün İl-80-də illüminator yoxdur. Quyruq hissəsində isə sualtı qayıqlarla rabitə yaratmaq üçün bir çıxış kabel antenası var.

İl-80 barədə daha geniş məlumat vermək olmaz, çünki bu dövlət sirridir.

Yalnız o məlumdur ki, həmin təyyarələrin göyərtəsinə silahlı qüvvələrin bütün növlərinə və qollarına nəzarət etmək üçün xüsusi avadanlıqlar, yüksək səviyyəli sərnişinlərin işləməsi və istirahəti üçün otaqlar quraşdırılıb, yanacaq tədarükü üçün əlavə çənlər yerləşdirilib. İstənilən mülki və hərbi aerodromdan havaya qalxa bilən təyyarə kütləvi qırğın silahlarından qorunma vasitələri ilə təchiz olunub, həmçinin ötürmə, rabitə və naviqasiya sistemlərinin yerüstü və peyk avadanlığının məhv olması halında belə ayrılıqda fəaliyyət göstərə bilər.

Bununla belə, İl-80-lər artıq 15 ildən çoxdur qoşunlarda xidmət edir və resurslarının çoxu artıq tükənib. Bundan başqa, İl-86 baza təyyarələri orta məsafəlidir. Onların praktiki məsafəsi cəmi 3800 kilometrdir ki, bu da hava komandanlığı qərargahı üçün kifayət deyil. Bu səbəbdən, yeni "qiyamət günü təyyarəsi" üçün baza olaraq İl-96-400M-in seçilməsi daha məntiqə uyğundur: bu təyyarənin maksimum yüklənmə halında qət etdiyi uçuş məsafəsi təxminən doqquz min kilometrdir.

"Uçan hotellər"

ABŞ Silahlı Qüvvələrinin sərəncamında Boeing 747 təyyarəsinin bazasında hazırlanmış dörd E-4B Nightwatch təyyarəsi var. Onların hər birinin göyərtəsinə 100 nəfərədək insan yerləşə və müntəzəm yanacaq doldurma vəziyyətində bir həftəyə qədər havada qala bilər. E-4B-lər nüvə partlayışının zərərverici amillərindən qorunur və ən müasir elektron avadanlıqlarla təchiz edilir.

Əslində, Amerikanın "qiyamət günü təyyarəsi" uçan hoteldən fərqlənmir. Burada bir neçə gün yaşamaq və işləmək üçün hər bir şərait var - mətbəx, hamam otağı, istirahət zonası, yataq otağı, masa və doqquz oturacaqlı iclas zalı, 29 nəfərlik rabitə və kommunikasiya zonası və digər otaqlar mövcuddur. Salon çox rahatdır və avadanlıq olduqca erqonomikdir. Bəlkə də elə buna görə ABŞ-ın birinci şəxsləri "Air Force One"-ın klassik prezident təyyarəsi əvəzinə rəsmi səfərlə digər ölkələrə uzun uçuşlar zamanı məhz E-4B-yə üstünlük verirlər.

E-4B təyyarəsi Rusiyanın İl-80-dən əhəmiyyətli dərəcədə köhnədir. Bu təyyarələr hələ 1970-ci illərdə istismara verilib. Bununla belə, həmin təyyarələr daim modernləşdirilir. 2015-ci ildə təyyarələrin bir qisminin rabitə avadanlığı yenidən proqramlaşdırılıb və modifikasiya olunub. Təyyarələr yüksək sürətli internet bağlantısı, genişzolaqlı peyk rabitəsi və xüsusi təhlükəsiz kanalları ilə təchiz olunur. E-4B-nin uçuş məsafəsi 11 min kilometrdir.

Bundan əlavə, amerikalıların strateji nüvə sualtı qayıqları ilə rabitə sistemini təmin etmək və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Strateji Komandanlığının hava komandanlığı qərargahı kimi istifadə olunmaq üçün hazırlanmış 16 ədəd E-6 təyyarəsi də var. Müharibə vəziyyətində bu vasitələrin sualtı qayıqlar və "qiyamət günü təyyarələri" E-4B ilə əlaqə yaradaraq Atlantik və Sakit okean bölgələrində döyüş patruluna çıxması nəzərdə tutulur.

123
(2:07 / 16.42Mb / просмотров видео: 1)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

0
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə