Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hədəfi dörd yarım dəqiqəyə vuran "Sirkon" raketi Rusiyanı hipersəs yarışda irəli çıxaracaq

Abunə olmaq
ABŞ-da "Sirkon" kimi gəmi əleyhinə hipersəs raketlər yoxdur. Mütəxəssislərin fikrincə, Rusiyanın bu sahədə üstünlüyü ən azı 10 il davam edəcək.

BAKI, 9 oktyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya dünyanın heç bir ölkəsində analoqu olmayan yüksək dəqiqlikli effektiv silahların sınaqlarını uğurla başa çatdıraraq hipersəs yarışda irəli çıxır. Oktyabrın 7-də Arktikanın sərt iqlim şəraitində "Sirkon" hipersəs raketinin hədəfi uğurla vurması Rusiya Silahlı Qüvvələrinin ən yeni silah sistemləri və kompleksləri ilə təchiz olunması istiqamətində yeni addım oldu.

Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Suverenliyin təminatçısı: Rusiyanın S-500 sistemini kim alacaq

Ağ dənizdə "Admiral Qorşkov" freqatından havaya buraxılmış "Sirkon" hipersəs raketi dörd yarım dəqiqə ərzində Barents dənizində 450 kilometr məsafədə olan hədəfi vurub və Rusiya Federasiyasının arktik sərhədlərinin və Şimali dəniz yolunun nə qədər etibarlı müdafiə edildiyini göstərib. Raketin sürəti 8 Maxdan çox olub, maksimal uçuş hündürlüyü 28 kilometrə çatıb. Layihəyə görə raketin sürəti 9 Maxa qədər (saatda 10789 kilometrdən çox), uçuş məsafəsi isə 1000 kilometrdən çox olmalıdır.

8 Maxdan yuxarı sürət yığanda bu raketlər bütün mövcud və perspektivli hava hücumundan müdafiə (HHM) sistemləri üçün əlçatmaz olur. "Sirkon" raketinin xüsusiyyətləri onun nüvə silahı ilə layiqli rəqabət aparmasına imkan verir. Konvensional (qeyri-nüvə) döyüş başlığı olan bu hipersəs raketin bir zərbəsi aviadaşıyıcı gəmini və ya quruda böyük bir obyekti məhv etmək üçün kifayətdir (onun üçün nüvə döyüş başlıqları da mövcuddur).

Rusiyanın ən yeni döyüş gəmilərindən biri olan "Admiral Qorşkov" freqatı ilk dəfə hipersəs raketdən dəniz hədəfinə atəş açıb. Bundan əvvəlki test atışları "Sirkon" raketinin unikal taktiki-texniki xüsusiyyətlərini – uçuş məsafəsi, atəş dəqiqliyi və hipersəs sürət göstəricilərini – təsdiqləyib. Bütün dövlət sınaqlarının başa çatmasından sonra ("Admiral Qorşkov" gəmisindən və "Severodvinsk" atom sualtı qayığından təxminən 10 atış) 2020-2021-ci illərdə gəmilərin və sualtı qayıqların "Sirkon"larla silahlandırılması planlaşdırılır.

Döyüş üstünlüyü

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Admiral Naximov" kreyseri, "Admiral Qorşkov" tipli freqatlar, 20385 ("Qremyaşşi") layihəsindən olan korvetlər, 22350 və 23560 layihələrindən olan gəmilər və 885, 885M, 949AM layihələrindən olan atom sualtı qayıqları "Sirkon" raketləri ilə təchiz olunacaq. Qeyd edək ki, "Sirkon" raketlərini "Kalibr" və "Oniks" raketləri üçün unifikasiya edilmiş atış qurğularından da buraxmaq olar. Modernizasiya zamanı digər döyüş gəmiləri də hipersəs raketlərlə təchiz edilə bilər. Bu, Rusiya donanmasının gücünün sürətli artımını təmin edəcək.

Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Amerikanın F-35 qırıcı-təyyarələrinin yeni problemləri – havada toqquşma

Rusiyanın Hərbi Dəniz Donanmasının 1000 kilometrdən çox vurma məsafəsi olan hipersəs raketlərlə təchiz edilmiş gəmi zərbə qrupu döyüş şəraitində 10-15 ədəd "Sirkon" raketini atmaqla düşmənin aviasiya zərbə qrupunu məhv etmək iqtidarındadır. Vurma məsafəsi 500 kilometrə qədər olan ABŞ və NATO raketləri "Sirkon" ilə rəqabətdə uduzur (hətta sürət nəzərə alınmadan belə).

Plazma buludunda, demək olar ki, görünməyən "Sirkon" düşmənin HHM zonasını bir neçə saniyəyə keçməyə qadirdir. İki kreyserdən və ya iki eskadra minadaşıyanından ibarət zərbə qrupunun bir hipersəs raketin zərbəsini dəf etmək şansı yoxdur. Hipersəs raketin böyük kinetik enerjisi "Arleigh Burke" tipli gəmini "parçalamağa" imkan verir.

Xatırladım ki, Rusiya freqatlarında və kiçik raket gəmilərində "Kalibr", "Oniks" və perspektivdə "Sirkon" raketlərini atmaq üçün müvafiq olaraq 16 və 8 buraxılış portu var. Bu nisbətən kiçik gəmiləri aviadaşıyıcı zərbə qrupları üçün ciddi rəqibə çevirir. Məsələn, Böyük Britaniyanın Kral donanmasının müasir HHM vasitələri saatda 3700 kilometrə qədər sürətlə uçan hava hədəflərini vurmağa qadirdir və onlar üçün Rusiyanın "Sirkon" raketi sadəcə qarşısı alınmazdır.

Rusiyanın ən yeni hipersəs raketi dəniz və yerüstü stasionar hədəflərin (idarəetmə məntəqələrin, arsenalların, aerodromların və liman qurğularının) vurulması üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli "Kalibr" qanadlı dəniz raketlərinin imkanlarını tamamlayacaq. "Sirkon" hərbi dəniz qüvvələrinin taktikasına və texnologiyasına prinsipial dəyişiklikləri diktə edir.

Texnoloji mükəmməllik

ABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı - Sputnik Azərbaycan
RUSİYA
Hollivudsayağı "ulduz müharibələri" üçün material: Rusiyanın yeni silahı çox iddialıdır

 

Hipersəs aparatı ənənəvi reaktiv mühərriki ilə sürətləndirmək mümkün deyil. "Sirkon" raketinin mühərriki prinsipcə yeni "Desilin-M" yanacağı ilə işləyir, oksidləşdirici kimi isə atmosfer oksigenindən istifadə olunur.

Hipersəs "Sirkon" raketi yüksək temperaturlu (1500 dərəcədən çox) plazma buludunda uçur – bu an alüminium və maqnezium əriməyə başlayır, istiyə dözümlü polad isə xassələrini itirir. Bu zaman avtomatik tuşlama sistemi və digər radioelektron avadanlıq davamlı işləməlidir. Konstruksiyanın dözümlülüyünü, mürəkkəb trayektoriyalarda raketinin idarəetməsini və funksiyalarını saxlamaq üçün berillium ərintilərindən, yeni ablativ materiallardan, bor və karbon liflərinə əsaslanan kompozitlərdən və digər kosmik texnologiyalardan istifadə olunub. Açıq mənbələrdən "Sirkon" (3K-22) raketinin uzunluğunun təxminən 6 metr, döyüş başlığının ağırlığının 300 kiloqram olduğu məlumdur. Yuxarıda qeyd edildiyi kimi, raketin işə salınması üçün 3C-14 universal gəmi atış kompleksindən istifadə olunur.

Amerikalılar da intensiv şəkildə (və nisbətən uğursuz) strateji hipersəs vasitələrini işləyib hazırlayırlar. ABŞ-da "Sirkon" kimi gəmi əleyhinə hipersəs raketlər yoxdur. Mütəxəssislərin fikrincə, Rusiyanın bu sahədə üstünlüyü ən azı 10 il davam edəcək. Rusiyanın hipersəs silahlarının dünyada rəqibləri yoxdur ki, bunu da Qərbin "RAND Corporation" tədqiqat mərkəzi tanıyır.

"Sirkon" sırf xarici hərbi təhdidlərə cavab və sülhün qorunması texnologiyasıdır.

Xəbər lenti
0