Aleksey Navalnı, arxiv şəkli

Toksikoloq: Navalnının "zəhərlənmə" diaqnozu təsdiqlənməyib

43
(Yenilənib 20:00 08.10.2020)
"Zəhərlənmə yox idi. Zəhərlənmə onun səhhətinin pisləşməsi səbəblərindən biri kimi hesab olunurdu. Lakin klinikamızda olduğu ilk altı saat ərzində "kəskin zəhərlənmə" diaqnozu aradan qaldırıldı", – Sabayev deyib.

BAKI, 8 oktyabr — Sputnik. Rusiyanın Sibir Federal Dairəsinin və Omsk Vilayətinin baş toksikoloqu, tibb elmləri doktoru, 1 saylı Omsk Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının şöbə müdiri Aleksandr Sabayev RİA Novosti ilə müsahibəsində Aleksey Navalnının müalicəsindən danışıb.

– Aleksandr Vladimiroviç, Aleksey Navalnı məhz sizin yanınıza göndərilmişdi. Dərhal sadə bir sualım var: zəhərlənmə var idi?

– Zəhərlənmə yox idi. Zəhərlənmə onun səhhətinin pisləşməsi səbəblərindən biri kimi hesab olunurdu. Lakin klinikamızda olduğu ilk altı saat ərzində "kəskin zəhərlənmə" diaqnozu aradan qaldırıldı. Bundan başqa, zəhərlənmə nə klinik, nə anamnestik, nə də kimyəvi-toksikoloji tədqiqatlarda təsdiq olunub. Yəni, bunun kəskin zəhərlənmə olması barədə heç bir məlumat tapmadıq.

– Bəs onda nə idi? Xəstəliyin tarixçəsində nə qeyd etdiniz?

– Diaqnoz bütün bu aylar ərzində səsləndiyi kimi eyni olaraq qalır: karbohidrat mübadiləsinin pozulması. Burada gizlətməyə heç bir şey yoxdur. Bu, həqiqətən də ağır metabolik vəziyyətdir. Bu, xəstənin bəzi tərəfdarlarının təsvir etdiyi kimi kəskin kimyəvi xəstəlik deyil. Bu, metabolik vəziyyətdir, ağır metabolik pozğunluqdur. O, çox güman ki, xəstənin təyyarədə olarkən kəskin pisləşməsi anından bir neçə saat və bəlkə də bir neçə sutka əvvəl yaranıb.

Deyim ki, kəskin kimyəvi xəstəlik və metabolik xəstəlik heç bir əlaqəsi olmayan iki fərqli patoloji prosesdir.

– Bəs siz dediyiniz kimi, bu ağır metabolik pozğunluğa səbəb nə olub?

– Bir neçə səbəb ola bilər. Bu həm alimentar faktordur, yəni qidalanma amilləri və alkoqollu içkilərin istifadəsi amilləridir. Bu, pəhrizə riayət etməmənin və ya hansısa pəhrizin saxlanılması amilidir. Əsas səbəblər, bir qayda olaraq, məhz bunlardır. Lakin metabolik pozuntuların olması laboratoriya testləri ilə təsdiqlənib. Hər şey təsdiqlənib, hər şey sənədləşdirilib, hər şey kollegial səviyyədə müzakirə olunub, kifayət qədər ixtisaslı mütəxəssislərin, Omsk Tibb Universitetinin əsas mütəxəssislərinin, əməkdaşlarının iştirakı ilə səkkiz geniş konsilium keçirilib. Buna görə, "zəhərlənmə" diaqnozu çıxarılır, istisna olunur.

– Amma bütün bunlar xroniki pankreatitin fonunda baş verib?

- Əlbəttə, əlbəttə. Mədəaltı vəzi, onun funksiyası zədəli idi. Bu, bizim apardığımız testlərdən də görünürdü. Yəni mədəaltı vəzin funksiyasını səciyyələndirən simptom kompleksində patoloji dəyişikliklər baş vermişdi.

— Bundan ölmək olar?

— Əlbəttə. Əsas versiya xəstənin mədəaltı vəzinin disfunksiyası idi, çox güman ki, bu disfunksiya qanda şəkərin kəskin dəyişməsinə səbəb olub.

– Alekseyi ölümdən qurtardığınızı demək olarmı?

– Sözsüz. Xəstəliyin gedişatı ilə deyə bilərəm ki, xəstənin vəziyyətində böhran vəziyyəti avqustun 20-dən 21-nə keçən gecə bir saat davam edib. Bu an qanda laktat səviyyəsi kritik həddə qalxıb.

Yəni, böhran vəziyyəti nə təyyarədə, nə də o, xəstəxanaya daxil olan anda olmayıb. Böhran vəziyyəti sonradan, xəstəxanamızda təxminən 14 saat qaldıqdan sonra baş verib, yeddi-səkkiz saatlıq böhran vəziyyət olub.

– Siz bunun qarşısını necə aldınız, praktik olaraq nə edirdiniz?

– İntensiv terapiya aparırdıq, qısa təsirli insulin verirdik, adekvat neyrovegetativ korreksiya aparırdıq, normal yuxunu təmin edirdik, həyəcanın olmamasını təmin edirdik. Əlbəttə, qeyd etmək lazımdır ki, o, gəncdir, güc ehtiyatı var, xroniki, diqqətdən kənar xəstəlikləri yox idi. Ancaq işlər sürətlə aparılırdı – bu, bütün funksiyaların və sistemlərin hər saat monitorinqi deməkdir.

– Bəs o, komada qalmaqda davam edirdi?

– Bəli, komada, amma səthi komada. Dərin koma və səthi koma olur. Səthi koma xəstənin şüurunda yaxşılaşmanı göstərir. Reanimasiya xəstəsində bu artıq dinamikadır.

Xəstə daxil olanda koma beş bal qiymətləndirilirdi, onun hava limanına nəql edilməyə başladığı anda isə koma artıq doqquz bal idi, yəni komanın dərinliyi azalmışdı. Prinsipcə, doqquz bal ilə xəstə artıq gözlərini aça bilər, belə elementlər qısamüddətlidir, onlar artıq görünürdü.

– Bəs beş bal nədir? Xəstə necə görünür və özünü necə hiss edir?

– Beş bal koma xəstəsinin şüursuz vəziyyətdə olması, xarici qıcıqlandırıcılara, səsə, toxunuşa, hərəkətə, yer dəyişməyə reaksiyanın olmamasıdır, hələ nəfəs ala bilir, amma artıq tənəffüs çatışmazlığının əlamətləri meydana çıxır.

Bəli, biz zəhərlənmədən şübhələnirdik, kimyəvi təsiri göstərə biləcək analizlərin bütün spektrinə baxırdıq, axı təkcə kimyəvi-toksikoloji tədqiqatlar toksikantların olmasından xəbər vermir. Orqanizmin toksikantlara reaksiyası da toksikantların olmasından xəbər verir. Toksikantlara ilk reaksiya verən orqanların – böyrəklərin, qaraciyərin və ağciyərlərin reaksiyasına baxırdıq. Onun (xəstəxanada – red.) qaldığı müddət ərzində bu orqanların markerlərindən heç biri dəyişməyib: nə böyrəklər, nə qaraciyər, nə də ağciyərlər. Hər şey tamamilə təmiz idi. Birincisi, orqanlar işləyirdi, ikincisi, bu orqanlara heç bir ziyan dəyməmişdi ki, bu da kimyəvi xəstəlik üçün xarakterik deyil.

– Yəni kimyəvi xəstəlik elə kimyəvi travma kimidir? Siz bunu nəzərdə tutursunuz?

– Bəli! Tamamilə doğrudur, bunlar eyni terminlərdir. Sadəcə, kimyəvi xəstəlik daha çox nozoloji yanaşmadır. Travma birincisi xarici təsirin olduğunu nəzərdə tutur. İkincisi, bu, orqanlara kifayət qədər xarici kobud təsirin olmasıdır və bu, canlı, bioloji obyektin dərhal məhvinə gətirib çıxaran təsirdir. Travma budur.

– Zəhər insan orqanizmində özünü necə aparır?

– Kimyəvi xəstəlikdən danışarkən, biz mütləq onu müşayiət edən iki prosesi bilməliyik. Bu toksikokinetika və toksikodinamikadır. Sadə dillə desək toksikokinetika zəhərin – istənilən zəhərin orqanizmdə aqibətidir. Hansı olursa olsun, zəhər öz izini mütləq buraxır, onun izsiz keçməsi mümkün deyil. O, hər şeydən əvvəl ilk yarım saat-bir və ya iki saat ərzində öz izlərini detoksifikasiya orqanlarında qoyacaq — qaraciyərdə, böyrəklərdə, ağciyərlərdə.

– Bəs Navalnının indi ictimaiyyətdə peyda olmasından sonra onun görünüşü sizdə hansı təəssürat yaratdı?

– Xarici görkəmi onun xəstələyinə, biz qoyduğumuz diaqnoza tam uyğundur. Bəli, bu cür problemləri olan xəstələr tez bir zamanda yaxşılaşırlar. İnsanın niyə yaxşı göründüyünü vurğulayıram — karbohidrat metabolizmi səviyyəsi, bəslənmə və s. normallaşıb. Bütün bunlar kifayət qədər tez bərpa olunur.

Aleksey Navalnı, arxiv şəkli
© AP Photo / Alexander Zemlianichenko, File

Kimyəvi xəstəliklər isə şikəst edən xəstəliklər kimidir, orqanizmə çox hiddətlə və zərərli təsir edir, çox ağır xarici əlamətlər qoyur.

– Bəs kimyəvi xəstəlik olsaydı Navalnı necə görünərdi?

– Birincisi, o, indiyə qədər efirə gələ, ünsiyyət qura, belə fəal həyat apara bilməzdi. O, xəstəxana çarpayısında olardı. Bu birmənalıdır.

İkincisi, hətta yaxşı proqnozlarla, yaxşı klinika, yaxşı avadanlıq və dərmanlarla belə o, zəhərli ensefalopatiyanın erkən bərpa dövründə olardı – hələ yalnız indi əllərini, ayaqlarını hərəkət etdirə, indi gözünü aça bilərdi, tibbi heyətin köməyilə yeməyə başlayardı və s.

– Bu, şərti olaraq, elə bil, dixlofosla zəhərlənmə kimidir?

– Bəli! Hətta dixlofosla zəhərlənmədə belə xəstələrimiz 60-70 sutka ağır vəziyyətdə olublar. Yalnız reanimasiya dövrü bu qədər davam edir. Və yalnız bundan sonra bərpa dövrü başlayır, çünki biz sinir iflic edən zəhərlərdən danışırıq.

– Amma biz danışmırıq, bizə deyirlər.

– Bizə sinir iflic edən zəhəri tapmadığımızı deyirlər və ya şübhələnirlər. Artıq adından da aydındır ki, bu zəhərin nəticəsi necə olmalıdır — sinir iflic edən, yəni orqanizmin tam hərəkətsizliyi. Sinir sistemi – həm mərkəzi, həm də periferik sinir sistemi – çox yavaş və çox uzun müddət bərpa olunan bir sistem olduğundan altı aydan əvvəl yaxşı bir effekt gözləmək lazım deyil. Hətta hər şeyin yaxşı və əlverişli olması halında belə.

– Bəs biz hansı effekti yaxşı adlandırardıq?

– Bu halda yaxşı effekt yarım ildən sonra onun əlil arabasından istifadə etməsi olardı. Burada söhbət ən azı sadə hərəkətlərdən, elementar olaraq qaşığı götürməkdən, sadə əl hərəkətlərinə başlamaqdan, kreslodan istifadə etməkdən gedir.

– İndi isə "Charite" klinikası deyir ki, bu zəhərlənmə sağlamlığa zərər vurmadan da qala bilər, yəni tamamilə, yüz faiz bərpa olunacaq.

– Çünki zəhərlənmə yoxdur deyə hər şey bərpa olunacaq. Mahiyyət etibarilə artıq bərpa olub. Dünən internetdə kadrları gördüm – tamamilə heç bir zəhərlənmə yoxdur.

43
Tu-154

Sovet aviasiyasının əfsanəsi bu gün sonuncu sərnişinlərini daşıdı

20
(Yenilənib 19:18 28.10.2020)
Şirkətin baş direktoru Andrey Qulovun sözlərinə görə, təyyarənin uçuşa yararlılıq sertifikatının müddəti artıq başa çatır. Tu-154 istifadədən çıxarıldıqdan sonra təyyarə gələcək taleyi ilə bağlı qərar verilənə qədər Novosibirskin Tolmaçevo Hava Limanında qalacaq.

BAKI, 28 oktyabr — Sputnik. Rusiya mülki aviasiyasında qalan yeganə Tu-154 təyyarəsi bu gün son uçuşunu həyata keçirib.

"Alrosa" şirkətinə məxsus təyyarənin uçuş heyəti Tu-154-ün sonuncu sərnişinlərini Rusiyanın Yakutya bölgəsinin Mirnı şəhərindən Novosibirskə aparıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 140 sərnişin olub.

Şirkətin baş direktoru Andrey Qulovun sözlərinə görə, təyyarənin uçuşa yararlılıq sertifikatının müddəti artıq başa çatır. Tu-154 istifadədən çıxarıldıqdan sonra təyyarə gələcək taleyi ilə bağlı qərar verilənə qədər Novosibirskin Tolmaçevo Hava Limanında qalacaq.

Qeyd edək ki, əvvəllər Tu-154 təyyarələri Mirninski aviaşirkətinə məxsus olub, 2013-cü ildən isə "Alrosa" şirkətinin sərəncamına keçib.

"Alrosa" şirkətindən bildirilib ki, son 18 ildə Tu-154 təyyarəsi 27,5 min saat uçuş həyata keçirib. "Bu laynerlər "Alrosa" hava yollarının sərəncamına veriləndən sonra isə Tu-154M hər iki istiqamətdə 737 uçuş həyata keçirib, 160 mindən çox sərnişin, 1224 ton yük və 52 ton poçt daşıyıb", – deyə şirkətin rəsmisi bildirib.

Qeyd edək ki, "Alrosa" son illər Tu -154 M və Tu-134 təyyarələri ilə müntəzəm hava xidmətləri göstərən yeganə şirkətdir. Tu-134 son uçuşunu keçən may ayında yerinə yetirib və bundan sonra təyyarə Tolmaçevo Aviasiya Tarixi Muzeyinə verilib.

Xatırladaq ki, Tu-154 təyyarələri Tupolyov konstruksiya bürosunda işlənib-hazırlanmışdı. Bu təyyarə ilə ilk sınaq uçuşu 3 oktyabr 1968-ci ildə həyata keçirilsə də, Tu-154-lərin kütləvi şəkildə istismarına 9 fevral 1972-ci ildə başlanılıb. Tu-154 – Sovet İttifaqında ən geniş yayılmış orta mənzilli reaktiv sərnişin təyyarəsi idi.

20
İskəndər M raket kompleksi

Putinin təklifinə Avropanın reaksiyası məsuliyyətsizlikdir - XİN

38
(Yenilənib 17:17 28.10.2020)
Rusiya Xarici İşlər Nazirliyində belə hesab edirlər ki, Qərb tərəfdaşları Rusiyanın Avropadakı vəziyyəti sabitləşdirmək cəhdlərini qulaqardına vurur.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 26-da Vladimir Putin Orta və Qısa Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

Bununla belə, avropalı tərəfdaşlar bu təşəbbüsə şübhə ilə yanaşdılar. Xüsusilə də Berlindən bu cür fikirlərə "etibar etmədikləri"ni bildirdilər.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə müsahibəsində "İlk mənfi siqnalları, özü də kifayət qədər düşüncəsiz söylənmiş sözləri Avropadan eşitdik", – deyə bildirib.

O qeyd edib ki, "Prezident Putinin təkliflərini görməməzlikdən gəlmək istəyənlər, onları qulaqardına vuranlar Avropada təhlükəsizliyin təmin olunmasına "çox məsuliyyətsiz yanaşma" nümayiş etdirir.

"Səsləndirilən təkliflərin ciddiliyi onların hərtərəfli öyrənilməsini tələb edir. Bu təkliflərin dərinliyi əsaslı yanaşma istəyir. Bu, Rusiya Federasiyası rəhbərliyinin Avropada yeni "raket böhranları"nın yaranmasının qarşısını almaq baxımından hərbi-siyasi vəziyyəti sabitləşdirmək üçün bir yol tapmaq cəhdlərini göstərir", – deyə diplomat əlavə edib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb.

Moskva isə bəyan edib ki, o, yol verilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

38

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

0
İran XİN başçısının müavini: Son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm.

BAKI, 28 oktyabr - Sputnik. "Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram" , - Seyid Abbas Əraqçi bildirib.

Prezident İlham Əliyev isə öz növbəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

0