Pantsir-S mobil kompleksi, arxiv şəkli

Rusiya istehsalı olan "Pantsir" Amerika PUA-larını vurur

1733
(Yenilənib 20:24 02.10.2020)
Amerika tərəfi Rusiya istehsalı olan Liviya kompleksinin zərbəsindən sonra pilotsuz uçuş aparatının itirildiyini etiraf edib.

BAKI, 2 oktyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Dünya silah bazarında qərbli rəqiblərin Rusiya istehsalı olan zenit raket və raket-top komplekslərini nüfuzdan salmaq cəhdləri sərt reallığa tab gətirə bilmir. Döyüş şəraitində Rusiya silahı Qərb istehsalı olan ən yeni nümunələri nəzərəçarpacaq dərəcədə üstələyir və "Pantsir-S" mobil kompleksi bunun bariz nümunəsidir.

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) 2019-cu ilin noyabrında Liviyada Rusiya istehsalı olan "Pantsir-C1/E” zenit raket-top kompleksinin (ZRTK) Amerikanın "MQ-9 Reaper" pilotsuz uçan zərbə aparatının və İtaliya ordusunun çox məqsədli "MQ-1 Predator" pilotsuz uçuş aparatını vurduğunu etiraf edib. AFRICOM kəşfiyyat idarəsinin rəhbəri kontr-admiral Haydi Berq hələ də ətraflı məlumat verməyib, lakin bundan əvvəl də bildirilib ki, noyabrın 20-də və 21-də Liviya paytaxtı Tripoli yaxınlığında ABŞ və NATO dronları Xəlifə Həftərin Liviya Milli Ordusunun "Pantsir" kompleksi tərəfindən vurulub. Bu kompleksin 50 ədədi BƏƏ tərəfindən Rusiyadan alınıb və uğurla istismar edilərək sonradan Liviyaya göndərilib.

Məlumdur ki, "MQ-9 Reaper" və "MQ-1 Predator" pilotsuz uçuş aparatları yerüstü hədəfləri ovlamaq üçün yaradılsa da, Liviyadakı yüksək texnologiyalı "Pantsir" sistemləri onlar üçün əl çatmaz olub. Bununla yanaşı, "Pantsir S1/E" dəyər və (ixrac qiyməti 14 milyon dollara qədər) effektivlik nisbətinə görə Amerika istehsalı olan ağır pilotsuz uçuş aparatlarından nəzərəçarpacaq dərəcədə üstündür (30 milyon dollara qədər).

Bundan əvvəl "MQ-9 Reaper" İran, Suriya və Yəmən səmalarında vurulub, lakin o, ABŞ və bir sıra NATO ölkələrinin qabaqcıl zərbə dronu olaraq qalır. Pentaqon yalnız yaxın zamanlarda Rusiyanın "Pansir-S1" komplekslərini məhv etmək üçün nəzərdə tutulan pilotsuz uçuş aparatları ailəsini yaratmağı planlaşdırır. Yeni pilotsuz uçuş aparatlarının ölçüsü nisbətən kiçik, çəkisi 100 kiloqrama qədər, sürəti saatda 130 kilometrə qədər, uçuş məsafəsi isə 350 kilometrə qədər olacaq. Hələlik isə ABŞ ordusu Arizona ştatının Yuma poliqonunda "Pantsir"lərin məhv edilməsi yollarını məşq edir.

Analoqu yoxdur

Dünyanın müxtəlif regionlarında döyüş növbətçiliyi apardığı illər ərzində "Pantsir" kompleksləri yüzdən çox pilotsuz uçuş aparatı məhv edib, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Suriyada bu kompleks "ağıllı raketlər" dəstələrinə və az görünən pilotsuz uçuş aparatlarına qarşı ən effektiv vasitə kimi tanınıb.

Suriyada istismar təcrübəsini nəzərə alaraq onun "Pantsir-S1M" modernləşdirilmiş ixrac versiyası pilotsuz təyyarələrin bütün növlərini effektiv şəkildə aşkar etmək və maksimal şəkildə aradan qaldırmaq qabiliyyətini əldə edib. "Pantsir-S1M" hədəfləri 75 kilometrə qədər məsafədə aşkar edir, yeni raketlər isə 40 kilometrə qədər vurma radiusunu vəd edir.

Müasir tendensiyalar belədir ki, hava hədəflərinin dağıdıcı və sürət imkanları, eləcə də görünməzliyi daim artır, ölçüsü isə azalır. Suriyada rəqib havadan kombinə edilmiş zərbələr endirirdi – pilotsuz təyyarələr və raketlər hədəfə müxtəlif istiqamətlərdən (bir zərbədə 13 pilotsuz uçuş aparatına qədər) yaxınlaşırdı, lakin uğursuzluqla üzləşirdi. “Pantsir”in atəşə nəzarət sistemi fazalı anten barmaqlığı ilə inteqrasiya olunub, hava hədəflərini və öz raketlərini müşayiət edir, uçuş aparatlarının hətta xırda detallarını fərqləndirə bilir. Üç radarın – optik, hədəfi uzaqdan aşkar edən (50 kilometrə qədər) və hədəfi müşayiət edən – kor zonası yoxdur.

"Pantsir-S" dünyada yeganə müdafiə sistemidir ki, qüllə hissəsində güclü artilleriya və raket silahlarını, inteqrasiya olunmuş radiolokasiya-optik idarəetmə sistemini özündə birləşdirir. Kompleks ən azı 20 kilometr radiusda hərbi və mülki obyektləri etibarlı şəkildə (hava hücumundan müdafiə qübbəsinin hündürlüyü 15 kilometrdir) bütün müasir qanadlı və səsdən sürətli raketlərdən, aviabombalardan və pilotsuz təyyarələrdən qoruyur.

"Pantsir" bərk yanacaqlı mühərriki və qəlpələnən əsas döyüş hissəsi olan dörd ədəd idarəolunan raketlərlə silahlanıb və saniyədə 1000 metrə qədər sürətlə uçan bir neçə hədəfi eyni zamanda vurmağa qadirdir. Üstəlik nisbətən ucuzdur (pilotsuz təyyarələrə S-300 və S-400 zenit raket komplekslərinin bahalı raketlərini sərf etmək səmərəsizdir). Bu sistemin döyüş imkanlarını iki ədəd altılüləli 30 millimetr çaplı dəqiqədə 5000 atış sürəti olan (hədəfləri vurma diapazonu 5 kilometrə qədər) toplar xeyli genişləndirir.

"Pantsir" kompleksi Rusiya Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilib və böyük ixrac potensialına malikdir. Rusiya artıq 15-dən çox xarici tərəfdaşdan bu komplekslə bağlı müraciət ərizəsi alıb. Dünyada "Pantsir"in birbaşa analoqu yoxdur, yaxın zamanlarda da gözlənilmir. Amerikalılar üçün "anti-Pantsir" pilotsuz uçuş aparatları ailəsini yaratmaq çox çətin olacaq.

Konseptual döyüş

Hava hücumundan etibarlı müdafiə qoşunların və silahların döyüş davamlılığının əsasıdır. Effektivliyə dair müasir tələblər nəzərə alınmaqla "Pantsir-S" ən yeni hipersəs raketlə (sürəti 5 Maxa qədər) təchiz olunub.

Rusiyalı mütəxəssislər həmçinin "Pantsir" robot zenit komplekslərini yaradırlar. Süni intellektli bu maşın avtomatik olaraq hədəflərini tapa, müəyyən edə və məhv edə biləcək – operatorun iştirakı olmadan. Bu, çox aşağı və ya çox yüksək temperatur şəraitində, kütləvi qırğın silahının (kimyəvi, bioloji, nüvə) tətbiq edildiyi hallarda xüsusilə vacibdir. Beləliklə, Rusiya bu sahədə yeni texnoloji sıçrayış edir və nailiyyətlərini mütləq yaxşı müttəfiqləri və tərəfdaşları ilə bölüşəcək.

Amerikanın "The National Interest" nəşri "Pantsir"i pilotsuz uçuş aparatlarının kütləvi hücumlarını dəf etmək üçün ideal silah adlandırır. ABŞ-ın quru qoşunları Hərbi Hava Qüvvələrinin hava təhlükələrini aradan qaldırmaq qabiliyyətinə güvənməyə öyrəşib və "Pantsir" kimi yaxın radiuslu effektiv kompleksə malik deyil. Bundan başqa, "Pantsir"in hava hədəfinə atışının qiyməti pilotsuz uçuş aparatının hücumunun qiymətindən yüz dəfə aşağıdır, döyüş şəraitində isə "Pantsir"lərin itkiləri minimaldır.

1733
Əlaqədar
Rusiya 2021-ci ildə uzaqmənzilli zərbə dronları alacaq - General Dronov
Hollivudsayağı "ulduz müharibələri" üçün material: Rusiyanın yeni silahı çox iddialıdır
Bakı Qarabağda əsasən İsrail istehsalı olan pilotsuz təyyarələrdən istifadə edir
Su-57 qırıcısının "təkmilləşməsi" ABŞ-ı niyə narahat edir
Qarabağ münaqişəsi: bəyanatlar və təkziblər mübarizəsi
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

17
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

17
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır

17
(Yenilənib 16:29 18.01.2021)
"Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk".

BAKI, 18 yanvar — Sputnik. "Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən emosional bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər". Bilirsiniz necə? Söz material gücə çevrilir. Bu halda müxtəlif tərəflərdən sözlər neqativ material gücə çevrildilər. Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk. Mən ümid edirəm ki, emosiyalar ikinci plana keçiriləcək", - deyə Lavov qeyd edib.

17
ABŞ Dəniz donaması

ABŞ hərbi donanması silahını haraya tuşlayıb?

0
(Yenilənib 22:29 18.01.2021)
İnformasiya və rəqəmsal texnologiyalar ABŞ donanmasının strategiyasında əsas yer tutur. Artıq bunlar olmadan hərbi əməliyyatlar aparmaq mümkün deyil.

BAKI, 18 yanvar — Sputnik, Nikolay Protopopov. "Qarşısını almaq və məğlub etmək" – ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, admiral Maykl Gildey yaxın onillik üçün "Naviqasiya planını" təqdim edib. Sənəddə əksini tapan əsas məsələ: Amerika donanması Dünya okeanında hegemonluq etməlidir. Qlobal nəzarətin məqsədi amerikalıların öz ölkələrində rifah içində yaşamasıdır. Bununla belə, planda başqa ölkələrə qarşı açıq-aşkar təcavüzkarlıq da öz əksini tapıb.

Bu barədə daha ətraflı RİA Novosti-nin növbəti materialında.

Dünya rəqibləri

Sənəd müəllifləri vurğulayırlar ki, ABŞ donanması bu ölkənin vətəndaşlarının təhlükəsizliyini və həyat tərzini təhdid edən uzunmüddətli rəqabətə cəlb olunub. Hərbi Dəniz Qüvvələri komandanlığı bir dəqiqə də vaxt itirməməlidir: güc tarazlığını yalnız qarşıdakı on ildə deyil, bütün XXI əsr boyunca qorumaq üçün fəal şəkildə hərəkətə keçmək lazımdır.

ABŞ-a görə, əsas rəqiblər və qlobal sakitliyi pozanlar Rusiya və Çindir. Amerikalı admiralların fikrincə, bu ölkələr uzun illərdir ki, hamının xeyrinə olan su hövzələrinin müstəqilliyini pozur.

Moskva və Pekin "qonşularını qorxudaraq" öz ərazi sularından kənarda dəyərli dəniz resursları üzərində "ədalətsiz nəzarət" həyata keçirir, "ən əhəmiyyətli su yollarını uzun mənzilli raketlərlə nəzarət altında saxlayırlar".

Rusiyanın müasir raket gəmiləri və sualtı qayıqları, hipersəsli raketləri və taktiki nüvə silahlarını inkişaf etdirməsi qəti şəkildə amerikalıların xoşuna gəlmir. Pentaqon rus donanmasının bütün dünyada aktivliyini gücləndirdiyini və get-gedə ABŞ-ın sahillərinə yaxınlaşdığını təsdiqləyir. Ona görə də Rusiyanı nəzarət altına almaq vacibdir.

Sürətlə inkişaf edən Çin donanması da narahatlıq doğurur. Amerika analitiklərinin fikrincə, bu, dünyanın ən iri dəniz donanmasıdır. Guya Pekin Vaşinqtona və onun müttəfiqlərinə meydan oxuyaraq ən kəskin və uzunmüddətli təhdidə çevrilir.

Eyni zamanda, qeyd olunur ki, ABŞ – dəniz dövlətidir və onun təhlükəsizliyi dənizdəki üstünlüyündən asılıdır. Bunun üçünsə Dünya okeanın hər bir guşəsində özünün hərbi dəniz gücünü göstərməlidir. Amerikalılar beynəlxalq hüququn imkan verdiyi hər yerdə üzməyə və uçmağa davam edirlər.

Donanmanın gücləndirilməsi

Beləliklə, ballistik raketli sualtı nüvə qayıqları "ABŞ-ı nüvə hücumundan qoruyur" və xüsusi əməliyyat qüvvələri "ən güclü düşməni çıxılmaz vəziyyətə salmağa hazırdır". Admirallar əmin edirlər ki, Hərbi Dəniz Qüvvələri istənilən sahilə desant atmağa qadirdir.

Donanma "istənilən təcavüzün qarşısını almaq üçün lazım olan bütün vasitələrə malikdir". Xüsusilə dənizdən, suyun altından və havadan hücumlara imkan verən informasiya, kibernetik texnologiyalar və digər silah növləri nəzərdə tutulur.

ABŞ qarşıdakı illərdə dənizdəki müasir qarşıdurmada süni zəkaya mühüm əhəmiyyət verəcək. Çünki bu sistemlərin döyüşdə təsirli olduqları və üstünlükləri artıq sübut olunub.

Pilotsuz dəniz platformaları da "həyati" əhəmiyyət daşıyır. Bu qurğular kəşfiyyat və müşahidə prosesində üstünlüyü təmin edəcək və donanmanın hücum qabiliyyətini artıracaq. Onilliyin sonuna qədər Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti robotlarla sıx əlaqədə işləməyi öyrənmələdir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı bütün planları həyata keçirmək üçün donanmanın gücləndirilməli və genişləndirilməli olduğuna inanır. Bunun üçün daha çox sualtı nüvə qayığı və yüksək hücum qabiliyyətinə malik suüstü gəmilər tələb olunur. Üstəlik, yeni gəmilər, məsələn, "Constellation" sinfinin perspektivli freqatları kimi kompakt olmalıdır.

Pentaqon təyyarə gəmilərini də nəzərdə saxlayır. Bu gəmilər hələ də ABŞ Hərbi Dəniz Qüvvələrinin qürur mənbəyi və güc nümayişinin əsas aləti hesab olunur. Donanmanın sualtı qüvvələrinin xüsusi əhəmiyyəti də qeyd olunur. Buradakı prioritet "Kolumbiya" sinfindəki nüvə enerjisi ilə işləyən strateji sualtı qayıqlarla yanaşı, həm də çoxməqsədli "Vircinya"lardır.

"Rəqəmsal texnologiyalar" və lazerlər

Dəniz Qüvvələrinin komandanlığı bu işdə texnologiyanın yetərli olmadığını qəbul edir. Düşmən davranışının nüanslarını başa düşmək üçün kadrları daha yaxşı hazırlamaq lazım gələcək. Admiralların fikrincə, "dənizçilər yalnız müşahidə etməməli, həm də təhdidlərə cəld reaksiya verməyi bacarmalıdırlar. Hər hansı bir ölkənin vətəndaşlarının mentalitet xüsusiyyətlərini bilməklə, instinktiv olaraq onların davranışlarını əvvəlcədən təxmin etmək mümkündür".

"Gələcək qarşıdurma" ssenariləri dünyanın hər yerində – Uzaq Şimaldan tutmuş Sakit Okeanın qərb hissəsinə qədər – həyata keçiriləcək. Məsələn, bu il ABŞ Hərbi Dəniz Qüvvələrinin bir neçə təyyarə gəmisi genişmiqyaslı manevrlər həyata keçirəcək. Orada ilk dəfə yeni hücum silahları və məlumat mənbələrindən istifadə olunmaqla, kiçik taktiki kiber qruplar yerləşdiriləcək. Admiral Gildeyin sözlərinə görə, yeni tarixdə bu cür manevrlərin tayı-bərabəri görünməyib.

İnformasiya və rəqəmsal texnologiyalar ABŞ donanmasının strategiyasında əsas yer tutur. Artıq bunlar olmadan hərbi əməliyyatlar aparmaq mümkün deyil. Çünki indi hər şeyi rəqəmsal texnologiyalar həll edir. Bu texnologiyalar dəniz və quru döyüşlərini sürətli və səmərəli şəkildə aparmağa imkan verir.

Hərbi Dəniz Qüvvələrində belə hesab edirlər ki, "ABŞ-ın düşmənləri donanmanın müdafiəsini böyük sayda raketlərlə yarmağa ümid bəsləyir. Bu səbəbdən də Pentaqon müxtəlif stasionar və mobil aşkarlama sistemlərindən, sualtı qayıqların radarlarından və pilotsuz dəniz aparatlarından istifadə edəcək, gəmi və təyyarələrin müdafiə qabiliyyətini artıracaq. Bununla belə, yaxın döyüşlərdə enerji silahlarından istifadə edilməsi də planlaşdırılır.

 

0
Teqlər:
Rusiya, ABŞ