Aleksey Navalnı, arxiv şəkli

Navalnının yaxınlarını həbs gözləyir: zəhərin izləri olan dəlili ölkədən çıxarmağa görə

32
(Yenilənib 12:22 18.09.2020)
Onlar su qabında zəhərləyici maddələrin qalıqlarının olduğunu bilirdilərsə, onun xaricə qanunsuz aparılmasına görə Rusiya Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ilə yeddi il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

BAKI, 18 sentyabr — Sputnik. Aleksey Navalnının yaxınları üzərində zəhərləyici maddənin izləri olan su qabını – bu maddənin tərkibinin nə olduğunu bilə-bilə – Rusiyadan çıxarıblarsa, onlar həbs oluna bilərlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Qribakov, Polyak və tərəfdaşları" vəkillər kollegiyasının rəhbəri Aleksandr Qribakov RİA Novosti ilə müsahibəsində bildirib.

Bir qədər əvvəl Navalnının "Instagram" səhifəsində onun Tomsk şəhərində qaldığı "Xander Hotel" mehmanxanasının nömrəsindəki su qablarında "Noviçok" zəhərləyici maddəsinin tapıldığına dair açıqlama yayılıb. Açıqlamada həmçinin deyilir ki, Navalnının xəstəxanaya yerləşdirilməsindən dərhal sonra vəkil çağırılıb, otaqda tapılan hər şeyin qeydə alınması, təsvir edilməsi və qablaşdırılması başlayıb.

View this post on Instagram

A post shared by Алексей Навальный (@navalny) on

"Proyekt" nəşri isə bildirib ki, su qabını, ola bilsin, Navalnının silahdaşı Mariya Pevçix Almaniyaya aparıb. Bununla yanaşı, Navalnının Berlinə daşınmasını təşkil etmiş "Cinema for Peace" fondunun təsisçisi Yaka Bizil "Bild" nəşrinə deyib ki, su qabı Almaniyanın xilasetmə təyyarəsi vasitəsilə Navalnının qərargah rəhbərinin xahişi ilə aparılıb.

Qribakov iddia edir ki, blogerin yaxınları su qabında zəhərləyici maddələrin qalıqlarının olduğunu bilirdilərsə, onun xaricə qanunsuz aparılmasına görə Rusiya Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ilə yeddi il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

"Lakin belə bir məsuliyyət barədə danışmaq hələ ki tezdir, çünki hələ iş açılmayıb, açıq mənbələrdən bildiyim qədər yalnız istintaq öncəsi araşdırma aparılır", — Qribakov RİA Novosti-yə bildirib.

Bununla yanaşı, hüquqşünas qeyd edib ki, belə bir vacib sübutun Rusiyadan nə üçün çıxarıldığını anlamır.

"Əgər bu su qabında həqiqətən də zəhərləyici maddə var idisə, əgər o, həqiqətən də Rusiya Federasiyasından kənara çıxarılıbsa, ən mühüm sübutun ölkəmizin hüdudlarından kənara çıxarılması qəribə görünür", – o qeyd edib.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniyaya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

32
Teqlər:
Aleksey Navalni, Rusiya, zəhərli maddələr, dəlil, sərhəd, qohum, qohumlar, həbs
Əlaqədar
Navalnının Rusiyaya qayıtmaq istəyi Almaniyanı çətin vəziyyətə salır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Rus qazından imtinanın altı variantı
"Cəfəngiyyatdır!" – “Noviçok”un yaradıcısı zəhərin yeni növünü istisna edir
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Alman siyasətçi Navalnının zəhərlənməsinin kimə fayda gətirdiyini izah edib
ABŞ idmançıları Tokiodakı XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimində Atletlər Paradı zamanı

Amerikalıları Olimpiadada düzgün oyundan kənarlaşdırıblar

0
(Yenilənib 20:13 03.08.2021)
Amerikalı idmançıların narkotiklərdən cəzasız şəkildə istifadə etməsi, ola bilər ki, onlara hansısa qələbələr gətirsin. Lakin uzaq gələcək üçün bu dəhşətli bir şeydir.

BAKI, 3 avqust — Sputnik. Rusiyalı olimpiyaçılar Tokioda əsl Bizans məkri nümayiş etdiriblər. Dəhşətli dərəcədə azaldılmış komanda ilə gəliblər: həmişəki yüz atletin əvəzinə on nəfər – bu necə ola bilər? Nifrət təbliğatına sinə gərdilər. Neytral formada bayraqsız və himnsiz çıxış edirlər. Praktiki olaraq gün boyu dopinq-analiz verirlər – Sofya Velikayanın ələ salınmasına baxmaq kifayətdir. Və bütün bunlara baxmayaraq, qalib gəlirlər.

"Dopinq lisenziyası"

Dayanın. Biz axı belə danışmamışdıq. Plana görə, Rusiya idmançıları gəlib uduzmalı idilər. Çünki qərbli tərəfdaşların fikrincə, onların hamısı dopinqdən istifadə edirlər. Bu necə ola bilər? Lakin Rusiya yığmasının uğuru göstərdi ki, bütün bu dopinq əhvalatı bitməyən "Noviçok" hekayələri kimi, növbəti absurd feykdir.

Bu gün kütləvi surətdə və tamamilə rəsmi olaraq minlərlə qərbli, ilk növbədə amerikalı idmançı iynənin təsirindədir. Onların çox sadə bəhanəsi var, adı da "terapevtik istisna"dır. Bəziləri onu "dopinq lisenziyası" adlandırırlar.

Onu əldə etmək elə də çətin deyil. İdmançı öz milli antidopinq komitəsinə həkimdən arayış təqdim edir və problemsiz qadağan olunmuş maddələrin istifadə etmək hüququ qazanır.

Çeşid isə çox genişdir. Buraya Norveç xizəkçilərinin istifadə etdikləri astmaya qarşı dərmanlar, tennisçi Uilyams bacılarının həmişə istifadədə ittiham olunduqları anaboliklər, həm də belə görünür ki, amerikalı gimnast Simona Baylzın problemlərinin səbəbkarı olan psixotrop maddələr daxildir.

Maraqlıdır ki, belə icazələrin verilməsi və onların məzmunu gizlidir. Bu, guya idmançıların tibbi məlumatlarıdır və şəxsi məsələdir. Milli antidopinq komitələrinin hesabatları elə təşkil olunur ki, heç kim nə başa düşməsin.

Sındırılan məlumatlar bazası və həqiqətlər

Həqiqi mənada dopinqlə mübarizə aparmaq istəyən avstraliyalı fəallar aşkar ediblər ki, məsələn, 2012-ci ildə ölkədə 37 güclü təsir edən dərman preparatına terapevtik istisna verilib. Lakin konkret nə qədər icazə verildiyi və bu icazələrin kimə verildiyi bilinmir.

WADA-nın (Ümumdünya antidopinq agentliyi) məlumatlar bazasının hakerlər tərəfindən bir neçə dəfə sındırılması aşkar məsələni təsdiq etdi: aparıcı Qərb idmançıları mütəmadi olaraq rəqiblərini keçmək üçün müxtəlif kimyəvi preparatlar qəbul ediblər.

Əfsanəvi britaniyalı qaçışçı Mo Farın analizlərində morfin, vikodin, triamsinolondan ibarət dəhşətli kokteyl tapılmışdı. Lakin heç kim onun Olimpiya qızılını şübhə altına almadı. Diskvalifikasiya barədə söhbət belə getmədi. Böyük Britaniya kraliçası ona cəngavər titulu verdi və Mo öz idman karyerasını davam etdirdi. O Tokioya da gedə bilərdi, əgər yığmanın heyətinə düşə bilsəydi.

Son bir neçə il ərzində Uilyams və Simona Bayls bacılarından götürülmüş dopinq nümunələrində qadağan olunmuş maddələr aşkar olunub.

Lakin hər üç idmançı yarışlara buraxılaraq mümkün olan bütün qələbələri qazanıblar.

Problemin miqyası hətta bir çox şeyə adətkərdə olmuş amerikalıları da qorxudub.

Bir neçə il əvvəl USA Today populyar məcmuəsi araşdırma aparmağa cəhd edərək WADA-ya məktub yazıb. Jurnal Uilyams bacılarının analizlərinin nəticəsinin həqiqətənmi bu qədər pis olduğunu öyrənməyə çalışıb. Məgər terapevtik istisnalarla bağlı məlumatları dərc etmək yaxşı olmazdımı? Bu halda ictimaiyyət əfsanəvi idmançıların hansı maddələri qəbul etdiklərini bilərdi.

Ümumdünya antidopinq təşkilatı həmin müraciəti cavabsız qoyub. Heç bir məlumat açıqlanmayıb. Jurnalistlər isə ABŞ antidopinq komitəsinin Uilyams bacıları və onlarla bərabər olan Baylsın heç bir günah sahibi olmadığı barədə rəsmi bəyanatla kifayətlənməli oldular.

Kasıblar üçün kokain

Həmin vaxt Bayls belə bir izahat verdi ki, uşaqlıqdan hiperaktivlikdən və özünə qarşı diqqət çatışmazlığından əziyyət çəkir, buna görə də WADA ona ritalin qəbul etməyə icazə verir. Bunun nə ilə nəticələndiyini isə bütün dünya Tokioda gördü.

Ritalin maddəsi güclü psixostimulyatordur və sadə xalq dilində ona "kasıblar üçün kokain" deyirlər. Həmin maddənin sərhəddən keçirilməsi qaydası çox mürəkkəbdir, pandemiya dövründə isə həmin qaydalar bir qədər də sərtləşdirilib. Vəziyyətdən xəbəri olan insanların dediyinə görə, Simona Baylsın məşqçisi ona lazım olan miqdarda ritalini Yaponiyaya gətirə bilməyib.

Beləliklə, adət etdiyi dərmansız qalan məşhur gimnast yarışlardan çıxıb və bütün komandanı taleyin ümidinə buraxıb. ABŞ KİV-ləri onu qəhrəman adlandıraraq, onun haqqında həyəcan dolu təsirli mətnlər yazıblar.

Lakin gəlin hər şeyi öz adı ilə çağıraq. Bütün dünyanın gözləri qarşısında amerikalı idmançı çox adi narkotik çatışmazlığı ağrısı çəkirdi.

Kütlənin diqqətini bu biabırçılıqdan yayındırmaq üçün ABŞ antidopinq agentliyinin rəhbəri Trevis Tayqart acığını rusiyalı idmançıların üzərinə tökdü: "Rusiya ciddi şəkildə cəzalandırılmağa layiqdir və dələduzluq etməkdə davam edir".

Bir baxın, bu həmin Tayqartdır ki, bir müddət əvvəl amerikalı atlet ŞaKarri Riçardsonu simvolik olaraq bir ay yarışlardan kənarlaşma ilə cəzalandırdı. Riçardson startdan əvvəl marixuana çəkərək bihal olmuşdu. Adətən bu cür hərəkətlərə görə WADA idmançıları dörd il müddətin cəzalandırır.

"Ah, idman, sən müharibəsən"

İndi isə Tayqart Rusiyanı "dopinqə dövlət dəstəyində" günahlandırır və olimpiyaçıların hamısının dopinq nümunələrini dərc etməyi təklif edir. Nə demək olar? Yaxşı edirlər. Rusiyalı idmançıların qorxmaq üçün səbəbi yoxdur. BOK elə bu gün onların analizlərinin nəticələrinin müsbət olmadığını bildirib. Amma amerikalı idmançıların analizlərinə baxmaq isə maraqlı olardı. Deyəsən orada artıq Mendeleyev cədvəlindəki maddələrin hamısı var.

Ruslar beynəlxalq yarışlarda pressinqə öyrəşiblər. Lakin Tokio Olimpiadası həddən artıq siyasiləşdirilib. Təmiz mübarizədə qələbə çalmaq gücündə olmayan Qərb tərəfdaşları öz məharətlərini təxribatlarda, yalanda, açıq-aşkar kobudluqda göstərirlər.

"Ah, idman, sən müharibəsən" — amerikalılar Olimpiya şüarını bu cür dəyişsəydilər, yaxşı olardı, indi bu dəbdədir.

Əlbəttə, adamın ancaq yazığı gəlir. ABŞ cəmiyyətini daxildən didib-dağıdan nifrəti bu bədbəxt idmançılar kənara da çıxarırlar. Onlar yorulmadan Olimpiya oyunlarını döyüş meydanına çevirməyə çalışırlar. Enlialın analitiklər baş verənləri "xaosun ixracı" adlandırır və burada strateji məqsədlər görürlər. Lakin getdikcə daha çox bunun sadəcə bir instinkt olması təəssüratı yaranır. Sadəcə olaraq, tərəfdaşlar artıq başqa cür bacarmırlar.

Amerikalı idmançıların narkotiklərdən və qadağan olunmuş maddələrdən cəzasız şəkildə istifadə etməsi, ola bilər ki, onlara hansısa qələbələr gətirsin. Lakin uzaq gələcək üçün bu, həqiqətən də dəhşətli bir şeydir. Artıq amerikalı uşaqların bir neçə nəsli əmindir ki, idmanda yalnız uşaq yaşlarından bədəninə müxtəlif zir-zibil yeritməklə ulduz olmaq olar. Bu qanunsuzluqları məşqçilər, həkimlər, Trevis Tayqart, ümumiyyətlə, prezidentə qədər hamı gizlədəcək. Bəs bu "dövlətin dopinqə dəstəyi" deyilsə, nədir? WADA böyük idmanın gələcəyi naminə amerikalılarla məşğul olsaydı, yaxşı olardı.

Eləcə də oxuyun:

  • Testlər, məhdudiyyətlər və nəzarət: Tokio Olimpiadasında idmançılarımızı nələr gözləyir

  • CAS ruslara "yox" dedi: "Katyuşa" olmaz

  • Milli Olimpiya Komitəsindən təkzib: "Belə "təşəkkür" məktubu yazmamışıq"

0
Teqlər:
ABŞ, Olimpiada, Tokio, Rusiya, dopinq, antidopinq, dopinq-test, Ümumdünya Antidopinq Agentliyi
İlan

Rusiyada oyun zamanı stadionda diri ilan aşkarlandı

618
(Yenilənib 23:19 02.08.2021)
Mübahisəli epizoda VAR vasitəsilə baxış zamanı stadion əməkdaşları ilanı yaba ilə meydandan çıxarıblar.

BAKI, 2 avqust - Sputnik. Futbol üzrə Rusiya Premyer Liqasında II turun "Axmat" - "Soçi" matçında meydanda diri ilan aşkarlanıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu hal oyunun ilk yarısının əvvəllərində yaşanıb.

Mübahisəli epizoda VAR vasitəsilə baxış zamanı stadion əməkdaşları ilanı yaba ilə meydandan çıxarıblar. Oyun isə 3 dəqiqəyədək dayandırılıb.

Qeyd edək ki, Qroznıdakı "Axmat Arena"da keçirilən görüşün ilk yarısından sonra "Soçi" öndədir - 1:0.

618