Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada vəziyyət gərginləşir, ölənlərin sayı 19 mini keçdi

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidМедицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива
Медицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Operativ Qərargahından bildirilib ki, bir gün ərzində ölkədə 144 nəfər ölüb. Beləliklə, qonşu ölkədə pandemiyadan ölənlərin sayı 19061 nəfərə çatıb.

BAKI, 17 sentyabr — Sputnik.Son bir sutka ərzində Rusiyada 5762 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1085281-ə çatıb. Rusiyada pandemiya yayılandan 19061 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 895698-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 30 milyonu keçib, 940 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0